Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə31/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   27   28   29   30   31   32   33   34   ...   445

ÇIXIŞ 12:50

54

ÇIXIŞ 14:9



50

İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər.

51

Rəbb o gün İsrail



övladlarını Misir torpağından dəstələrlə çıxartdı.

13

Çıxış xatirəsi

1

* Rəbb Musaya dedi:



2

«İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün

heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir».

3

Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb



sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin.

4

Çıxdığınız bu gün



Aviv ayındadır.

5

Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin,



Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda

icra edin.

6

Yeddi gün mayasız çörək yeyin, yeddinci gün Rəbbə bayram olsun.



7

O yeddi gün ərzində

yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.

8

O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə



görə belə edirəm”.

9

Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu



dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı.

10

İldən-ilə təyin olunan vaxt



bu qanuna riayət edin.

11

Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan



bəri

12

* ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün



heyvan balaları da Rəbbin olsun.

13

Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin.



Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin.

14

Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından



qüdrətli əli ilə çıxartdı.

15

Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan



həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə

mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini

ödəyirəm”.

16

Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə



Misirdən çıxartdı».

Allah İsrail övladlarına yol göstərir

17

Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq,



o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar».

18

Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı.



İsrail övladları Misir torpağından silahlanıb çıxdılar.

19

* Musa Yusifin sümüklərini özü ilə apardı,



çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi

də buradan çıxarın» deyərək and içdirmişdi.

20

İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar.



21

Rəbb


onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək

üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər.

22

Gündüzlər bulud dirəyi, gecələr isə



od dirəyi xalqın önündən ayrılmadı.

14

1



Rəbb Musaya dedi:

2

«İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın.



Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”.

3

Firon



düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir.

4

Mən isə fironu



inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi

göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər.



Misirlilər İsrail övladlarını təqib edirlər

5

Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar



dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?»

6

Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü.



7

O, altı yüz seçmə döyüş arabasını

və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi.

8

Rəbb Misir padşahı fironun



ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər.

9

Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-



Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar.

*

13:1 Say. 3:13; Luka 2:23



*

13:12 Luka 2:23

*

13:19 Yar. 50:25; Yeşua 24:32; İbr. 11:22




ÇIXIŞ 14:10

55

ÇIXIŞ 15:6



10

Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə

də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər.

11

Onlar Musaya dedilər: «Məgər Misirdə



qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin?

12

Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə



qulluq etmək bizim üçün yaxşıdır».

13

Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi



gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz.

14

Sakit olun, Rəbb sizin üçün döyüşəcək!»



Qırmızı dənizdən keçid

15

Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər.



16

Sən


isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru

yerdən keçsinlər.

17

Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün



ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.

18

Fironu, döyüş



arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb

Mənəm».


19

İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən

arxalarına keçib,

20

Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət



verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar.

21

Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu



qovub yerini quruya çevirdi. Sular yarıldı və

22

* İsrail övladları dənizin ortasında quru yerdən



keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.

23

Misirlilər onları təqib etdilər; fironun



atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.

24

Dan yeri



söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı.

25

O,



arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail

övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür».

26

Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və



süvarilərin üzərinə qayıtsın».

27

Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı.



Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.

28

Yerinə qayıdan



sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu

örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.

29

İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol



tərəfdə divar olmuşdu.

30

Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü



gördü.

31

İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və



qulu Musaya güvəndi.

15

Musanın qurtuluş ilahisi

1

* O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular:



«Rəbbə ilahi oxuyacağam,

Çox böyük zəfər çaldı.

Atı və süvarini dənizə tulladı.

2

* Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi.



Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm.

Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm.

3

Rəbb döyüşçüdür, Rəbdir Onun adı.



4

Fironun döyüş arabalarını,

Ordusunu da dənizə atdı.

Döyüş arabalarının başçıları

Qırmızı dənizdə boğuldu.

5

Əngin sulara bürünüb



Daş tək dərinliklərə

Necə də qərq oldular.

6

Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi.



*

14:22 1Kor. 10:1-2; İbr. 11:29

*

15:1 V


ə

hy 15:3-4 *

15:2 Z

ə

b. 118:14; Yeş. 12:2




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə