Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə39/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   35   36   37   38   39   40   41   42   ...   445

ÇIXIŞ 31:1

70

ÇIXIŞ 32:18



31

Hüzur çadırı üçün ustalar

(Çıx. 35:30–36:1)

1

Rəbb Musaya dedi:



2

«Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb,

3

onu


Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki,

4

qızıl, gümüş və



tuncla işləməyi bacarsın,

5

daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin.



6

Mən də Dan

qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə

hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər:

7

Hüzur çadırını, Şəhadət



sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını,

8

masanı və onun ləvazimatını,



xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını,

9

yandırma qurbanları üçün



qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını,

10

toxunmuş geyimləri –



kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini,

11

məsh yağını,



Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».

Şənbə istirahət günü

12

Rəbb Musaya dedi:



13

«Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin.

Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən

Rəbb Mənəm.

14

Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən



öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun.

15

* Altı gün iş görülsün, yeddinci



gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir.

16

İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər.



17

* Mənimlə

İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci

gün isə istirahət etdi və dincəldi”».

18

Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət



daş lövhəsini Musaya verdi.

32

Qızıl dana



(Qanun. 9:6-29)

1

* Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi:



«Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran

adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!»

2

Harun onlara cavab verdi: «Arvadlarınızın,



oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin».

3

Bütün xalq



qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi.

4

* Harunonlardanqızılgötürdü, oymaalətiilə



surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından

çıxaran allahlarınız!» dedi.

5

Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və



elan etdi: «Sabah Rəbb naminə bayram olacaq».

6

* Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma



qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı.

7

Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və



8

Mən


onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar,

qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”»

9

Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır.



10

Qoy Mən xalqa qarşı

qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim».

11

* Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən



onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı?

12

Axı nə üçün Misirlilər “Onları



pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini

yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön.

13

* * Qulların İbrahimi, İshaqı, və İsraili xatırla



və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu

ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin».

14

Beləliklə,



Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü.

15

Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də



yazılı idi.

16

Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi.



17

Yeşua xalqın səs-küyünü

eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir».

18

Musa cavab verdi:



*

31:15 Çıx. 20:8-11; 23:12; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:12-14

*

31:17 Çıx. 20:11



*

32:1 H


ə

v. 7:40 *

32:4 Neh. 9:18;

H

ə



v. 7:41 *

32:6 1Kor. 10:7

*

32:11 Say. 14:13-19



*

32:13 Yar. 22:16-17

*

32:13 Yar. 17:8




ÇIXIŞ 32:19

71

ÇIXIŞ 33:19



«Bu qələbə çalanların nidası deyil,

Məğlubiyyətə uğrayanların da səsi deyil.

Mən nəğmə səsi eşidirəm».

19

Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri



ə

lindən atıb dağın ətəyində parça-parça etdi.

20

Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza



dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi.

21

Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?»



22

Harun


cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir.

23

* Onlar mənə



dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran

adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”

24

Mən isə onlara dedim: “Kimdə qızıl varsa,



onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı».

25

Musa bildi ki, xalq nəzarətdən çıxıb. Harun nəzarəti o qədər zəiflətmişdi ki, düşmənlər onları lağa



qoyurdular.

26

Musa düşərgənin girişində durub çağırdı: «Rəbbin tərəfində olanlar, mənim yanıma



gəlin!» Bütün Levi övladları onun yanına toplaşdı.

27

Musa onlara dedi: «İsrailin Allahı Rəbb belə



deyir: “Qoy hər biriniz qılıncını belinə qurşasın. Hər kəs düşərgədə qapı-qapı gəzərək öz qardaşını,

dostunu və qonşusunu öldürsün”».

28

Levililər də Musa onlara etdiyi əmrə əməl etdilər. O gün üç minə



yaxın adam həlak oldu.

29

Musa Levililərə dedi: «Bu gün sizin hər biriniz oğlunun və qardaşının canı



bahasına xeyir-dua alıb Rəbb üçün vəzifəyə təyin olundunuz».

30

Ertəsi gün Musa xalqa dedi: «Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna



qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim».

31

Musa Rəbbin hüzuruna qayıdıb dedi: «Ah, bu



xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi;

32

* İndi yalvarıram, onların günahlarını



bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil».

33

Rəbb Musaya dedi: «Mənə qarşı kim günah



işlədibsə, onun adını kitabımdan siləcəyəm.

34

Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur,



Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm».

35

Rəbb Harunun düzəltdiyi danaya və gördükləri işə görə İsrail xalqını bəlaya saldı.



33

Sinadan ayrılmağa hazırlıq

1

* Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa



və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa,

2

qarşında bir mələk göndərib



Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım

3

süd və bal



axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi

məhv edərəm».

4

Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı.



5

Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq

getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”».

6

Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular.



Musanın Hüzur çadırı

7

Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı.



Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi.

8

Musa çadıra tərəf çıxdığı



vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca

baxardı.


9

Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə

danışardı.

10

Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının



girişində səcdə qılardı.

11

Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa



düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi.

12

Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi



göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf

tapmısan”.

13

Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə



agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır».

14

O isə Musaya cavab



verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».

15

Musa Rəbbə cavab verdi:



«Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə.

16

Xalqımın mənimlə birlikdə Sənin



gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan

digər xalqlardan nə ilə fərqlənək?»

17

Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın



və səni adınla tanıyıram».

18

Musa dedi: «İzzətini mənə göstər».



19

* Rəbb dedi: «Mən bütün

*

32:23 H


ə

v. 7:40 *

32:32 Z

ə

b. 69:28; Vəhy 3:5 *



33:1 Yar. 12:7; 26:3; 28:13

*

33:19 Rom. 9:15




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə