Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə40/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   36   37   38   39   40   41   42   43   ...   445

ÇIXIŞ 33:20

72

ÇIXIŞ 34:24



xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə

istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».

20

Sonra O davam etdi: «Üzümü isə görə



bilməzsən, çünki Məni görən adam sağ qalmaz».

21

Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer



var, elə burada, bu qayanın üstündə dur.

22

İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam;



Mən keçənə qədər səni əlimlə örtəcəyəm.

23

Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan



görəcəksən, üzüm isə görünməyəcək».

34

Yeni daş lövhələri



(Qanun. 10:1-5)

1

Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan



sözləri yeni lövhələrin üstündə yazacağam.

2

Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə



önümdə dur.

3

Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə



qoyun-keçi, nə də mal-qara otlasın».

4

Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub,



ə

lində iki daş lövhə tutaraq Sina dağına çıxdı.

5

Rəbb buludun içindən enib orada Musa ilə durdu və



Rəbb olan Öz adını bəyan edib

6

* * Musanınqarşısındankeçərəkdedi: «RəbbMənəm, rəhmlivəlütfkar



Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm,

7

minlərlə nəslinə məhəbbətimi



göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını

üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm».

8

Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı.



9

Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf

tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə

günahımızı bağışla və bizə sahib ol».



Əhdin təzələnməsi

(Çıx. 23:14-19; Qanun. 7:1-5; 16:1-7)

10

Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə



möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin

ə

trafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur.



11

Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları,

Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram.

12

Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd



kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın.

13

* Onların qurbangahlarını dağıdın, daş sütunlarını



sındırın, ilahə Aşera bütlərini kəsin.

14

Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır,



O, həqiqətən, qısqanc Allahdır.

15

Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları



ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın.

16

Onların



qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza

da o allahlara xəyanət etdirməsinlər.

17

* Özünüz üçün tökmə allahlar düzəltməyin.



18

* Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı

yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız.

19

* Bütün ilk doğulan oğlanlar və bütün heyvanlarınızın, istər mal-qaranızın, istərsə də qoyun-



keçinizin ilk doğulan balaları Mənimdir.

20

* İlk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası



verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Aranızda hər adamın ilk oğlunun əvəzini ödəyin.

Heç kəs önümə əliboş gəlməsin.

21

* Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət



edin.

22

* * Buğda biçinin nübarı ilə Həftələr bayramını qeyd edin. İlin sonunda isə Yığım bayramını qeyd



edin.

23

İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər.



24

Çünki


Mən sizin qarşınızdan millətləri qovub sərhədlərinizi elə genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz

Allahınız Rəbbin hüzurunda görünmək üçün gələndə heç kəs sizin torpağınıza tamah salmasın.

*

34:6 Say. 14:18; Neh. 9:17; Z



ə

b. 86:15; 103:8; 145:8; Yoel 2:13; Yun. 4:2 *

34:6 Çıx. 20:5-6; Say. 14:18; Qanun. 5:9-10;

7:9-10


*

34:13 Qanun. 16:21

*

34:17 Çıx. 20:4; Lev. 19:4; Qanun. 5:8; 27:15



*

34:18 Çıx. 12:14-20; Lev. 23:6-8; Say. 28:16-25

*

34:19 Çıx. 13:2



*

34:20 Çıx. 13:13

*

34:21 Çıx. 20:9-10; 23:12; 31:15; 35:2; Lev. 23:3; Qanun. 5:13-14



*

34:22 Lev. 23:15-21;

Say. 28:26-31

*

34:22 Lev. 23:39-43




ÇIXIŞ 34:25

73

ÇIXIŞ 35:29



25

* Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti

səhərə qədər qalmasın.

26

* * Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə



bişirməyin».

27

Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd



kəsirəm».

28

Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi,



heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On Əmri yazdı.

Musanın üzü nur saçır

29

* Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına



görə üzü nur saçır.

30

Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona



yaxınlaşmaqdan qorxdular.

31

Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı



və Musa onlarla söhbət etdi.

32

Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina



dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi.

33

Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi.



34

Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı.

Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi.

35

İsrail övladları isə Musanın üzünün



nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi.

35

Şənbə günü üçün qanun

1

Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi



ə

mr etdi.


2

* Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz,

istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün.

3

Şənbə günü yaşadığınız heç bir yerdə



od yandırmayın».

Müqəddəs məskən üçün ianələr

(Çıx. 25:1-9)

4

Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur:



5

öz aranızdan Rəbbə

bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc,

6

bənövşəyi,



tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,

7

qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri,



ə

brişim ağacı,

8

çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,



9

efodla döşlüyün

üstünə taxılan damarlı əqiq və sağanaq daşları.

10

Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin:



11

müqəddəs


məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını;

12

sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini;



13

masanı, onun şüvüllərini

və bütün ləvazimatını; təqdis çörəklərini;

14

işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və



işıq yağını;

15

buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün



arakəsməni;

16

yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini



və bütün avadanlığını; ləyəni və onun altlığını;

17

həyətin pərdələrini, dirəklərini və altlıqlarını;



həyətin darvazası üçün arakəsməni;

18

məskənin payalarını; həyətin payalarını; onların iplərini;



19

müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və

oğullarının kahinlik etmək üçün geyimlərini».

20

İsrail övladlarının bütün icması Musanın yanından çıxdı.



21

Ürəyinə toxunan və könlü istəyən

hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi.

22

Kişilər və



qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl

ə

şyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi.



23

Kimdə bənövşəyi, tünd

qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə,

bunları təqdim etdi.

24

Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə



ə

brişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi.

25

Ürəyi hikmətlə dolu bütün qadınlar



öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər;

26

bu



işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər.

27

Xalqın başçıları bunları təqdim



etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını,

28

çıraq, məsh yağı, ətirli



buxur üçün ətriyyatı və zeytun yağını.

29

İsrail övladlarından hər kişi, hər qadın Rəbbin Musa vasitəsilə



yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.

*

34:25 Çıx. 12:10



*

34:26 Qanun. 26:2

*

34:26 Qanun. 24:21



*

34:29 2Kor. 3:7-16

*

35:2 Çıx. 20:8-11; 23:12; 31:15;



34:21; Lev. 23:3; Qanun. 5:12-14


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə