Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə37/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   33   34   35   36   37   38   39   40   ...   445

ÇIXIŞ 26:34

66

ÇIXIŞ 28:8



Müqəddəs yeri ayırsın.

34

Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax.



35

Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı

isə şimal tərəfinə qoy.

36

Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis



toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt.

37

Bu arakəsmə üçün də əbrişim ağacından beş



dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök.

27

Yandırma qurbanı üçün qurbangah



(Çıx. 38:1-7)

1

Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də



beş qulac, hündürlüyü isə üç qulac olsun.

2

Qurbangahın dörd küncündən onunla bir hissədən olan



dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört.

3

Oranın kül qablarını, kürəklərini, ləyənlərini,



çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt.

4

Qurbangah üçün tuncdan torlu



şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt.

5

Onu qurbangahın kənarından



aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin.

6

Qurbangah üçün əbrişim ağacından şüvüllər



düzəlt və üstünü tuncla ört.

7

Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki



yanında olsun.

8

Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt.



Müqəddəs məskənin həyəti

(Çıx. 38:9-20)

9

Müqəddəs məskənin həyətini düzəlt. Həyətin cənub tərəfində bir tərəf üçün uzunluğu yüz qulac



olan pərdələr nəfis toxunmuş incə kətandan olsun.

10

Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan,



dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun.

11

Şimal tərəfi üçün də uzunluğu yüz qulac



pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə

gümüşdən olsun.

12

Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün



on dirək və on altlıq düzəlt.

13

Şərq tərəfində də həyətin eni əlli qulac olsun.



14

Darvazanın bir tərəfi

üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun.

15

O biri tərəf üçün də üç dirəyi



və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun.

16

Həyətin darvazası üçün uzunluğu iyirmi



qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli

arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun.

17

Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları



olsun.

18

Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan



olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun.

19

Müqəddəs məskənin ibadəti



üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun.

Kahinliyin təyin olunması

(Lev. 24:1-4)

20

Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ



gətirsinlər. Bu yağdan çıraqlar daima

21

Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin



bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər

nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun.

28

Kahinlərin geyimləri

(Çıx. 39:1-7)

1

Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının



arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin.

2

Qardaşın Haruna izzət və gözəllik üçün



müqəddəs geyimlər hazırla.

3

Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun



təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin.

4

Onların



hazırlayacağı geyimlər bunlardır: döşlük, efod,* üst cübbə,† dama-dama xirqə,‡ çalma və qurşaq.

Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər.

5

Qoy


geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər.

6

Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla



düzəltsinlər.

7

Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin.



8

Efodun üstündəki

kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş

*

28:4 Efod – kahin xalatı.



28:4 Cübb

ə

– qədim uzun xalat. ‡



28:4 Xirq

ə

– cübbənin altından geyilən içi



pambıqlı qısa geyim.


ÇIXIŞ 28:9

67

ÇIXIŞ 29:8



incə kətandan olsun.

9

İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını



həkk et.

10

Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı,



11

həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları

hörmə qızıl sağanaqlara salıb,

12

bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının



xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək.

13

Hörmə



qızıldan sağanaqlar düzəlt,

14

xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri



sağanaqlara tax.

Döşlük

(Çıx. 39:8-21)

15

Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli



iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt.

16

Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu



bir qarış, eni də bir qarış olsun.

17

Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz,



zümrüd

18

ikinci sıra firuzə, göy yaqut və almaz,



19

üçüncü sıra sirkon, əqiq və ametist,

20

dördüncü


sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın.

21

Daşlar



İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma

möhürü olsun.

22

Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır.



23

Döşlük üçün iki qızıl

halqa düzəlt və onları döşlüyün iki ucuna tax.

24

İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax.



25

İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla.

26

Yenə


də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax.

27

Digər iki qızıl



halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə

bərkit.


28

Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin

üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın.

29

Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının



adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq.

30

Urim və Tummimi də hökm döşlüyünə



qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail

övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.



Kahinlərin digər geyimləri

(Çıx. 39:22-31)

31

Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik.



32

Ortasında baş keçirmək üçün yer olsun.

Onun kənarında cırılmamaq üçün yaxa toxunsun.

33

Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd



qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz:

34

cübbənin ətəyi boyunca ətrafında qızıl



zınqırov və nar sıra ilə düzülsün.

35

Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi



səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin.

36

Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş”



yazısını həkk et.

37

Onu bənövşəyi qaytanla çalmanın üstünə – qabaq tərəfinə tik.



38

Beləcə lövhəcik

Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin

Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy

lövhəcik həmişə Harunun alnında olsun.

39

Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış



tikib düzəlt.

40

Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt.



41

Bunları


qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün

təqdis et.

42

Beldən buda qədər lüt bədənlərini örtən kətan alt paltarları tik.



43

Bunları Harunla oğulları

Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda

cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun.

29

Kahinliyin təqdis olunması

(Lev. 8:1-36)

1

Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür.



2

Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş

mayasız qoğalları narın buğda unundan hazırla.

3

Onları bir səbətin içinə qoy, buğa və iki qoçla



birgə təqdim et.

4

Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur.



5

Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun

kəmərini belinə bağla.

6

Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy.



7

Məsh yağını

götürüb Harunun başına tök və onu məsh et.

8

Sonra oğullarını gətir və onlara xirqələr geyindir.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə