Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə45/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   41   42   43   44   45   46   47   48   ...   445

LEVİLİLƏR 4:8

81

LEVİLİLƏR 5:9



hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına

töksün.


8

Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən

piyi və üstündəki bütün piyi,

9

belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa



bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.

10

Bunların hamısı ünsiyyət qurbanı olan



mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan

qurbangahda tüstülədib yandırsın.

11

Buğanın dərisini, başından budlarına qədər bütün ətini –



içalatını, bağırsaqlarını,

12

hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə



atsın və orada odunla yandırsın.

13

Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli



olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar,

14

işlədikləri günah aşkara



çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin.

15

İcmanın



ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər.

16

Sonra məsh edilmiş



kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.

17

Kahin barmağını qana batırıb Rəbbin



hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin.

18

Sonra kahin Hüzur çadırında Rəbbin önündəki



qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının

girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.

19

Sonra o heyvanın



bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın;

20

günah qurbanı olan buğaya nə cür etsə,



bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın.

21

Sonra kahin



buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən

günah qurbanıdır.

22

Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini



bilmədən pozub təqsirkar olsa,

23

işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə



gətirsin;

24

ə



lini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə

onu kəssin. Bu, günah qurbanıdır.

25

Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az



götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini

isə həmin qurbangahın altlığına töksün.

26

Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi



kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o

bağışlansın.

27

Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq



bilmədən günah işlədib bu günahda təqsirkar olsa,

28

işlətdiyi günah özünə aşkar olanda qoy o,



günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin

29

və əlini günah qurbanının başına qoyub



bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin.

30

Sonra kahin barmağı ilə qurbanın qanından



bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan

hissəsini isə qurbangahın altlığına töksün.

31

Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini



çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla

kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.

32

Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o, qüsursuz dişi heyvan gətirsin



33

ə



lini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin.

34

Sonra



kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan

qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.

35

Sonra


o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu

qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o

adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.

5

1



Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu barədə şəhadət

etməsə, cəzasını çəkər.

2

Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın



leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır.

3

Birini murdarlayan ifrazata, insandan ifraz olan



murdarlığa bilmədən toxunan kəs – nə cür murdarlıq olursa olsun – onu dərk edəndə təqsirkar sayılır.

4

Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən



hər kəs bunu biləndə təqsirkar sayılır.

5

Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını



etiraf etsin

6

və o, günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi



keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin.

7

Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq



üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı

olaraq gətirsin

8

və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən



ayırmadan boynunu üzsün

9

və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə