Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə44/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   40   41   42   43   44   45   46   47   ...   445

LEVİLİLƏR 1:1

79

LEVİLİLƏR 2:4



LEVİLİLƏR

KİTABI


GİRİŞ

«Levililər» Kitabı İsraillilərin hələ də Sina dağında qalmasını təsvir edir. Bu kitab qədim İsrailin

ibadət və dini mərasimlərindən bəhs edir.

Burada həmçinin bu ibadət üçün məsuliyyət daşıyan Levi tayfasından olan Harun və onun

oğullarının kahinlik vəzifəsinə təyin olunmasından danışılır.

Allahın müqəddəsliyi və insanların Onunla daima ünsiyyətdə olmaq üçün ibadət etməsinin yolları

kitabın əsas mövzusudur. İsa Məsihin ikinci böyük əmr adlandırdığı məşhur sözləri: «Qonşunu özün

kimi sev» bu kitabdandır (19:18).

Kitabın məzmunu:

1:1–7:38 Təqdim və qurbanlar haqqında qanunlar

8:1–10:20 Harunun və onun oğullarının kahinliyə təyin olunması

11:1–15:33 Paklıq və murdarlıq haqqında qanunlar

16:1-34 Kəffarə günü

17:1–27:34 Təqdisolunma və ibadət haqqında qanunlar

Yandırma qurbanı

1

Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:



2

«İsrail övladlarına bəyan et və de: “Sizdən bir

nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.

3

Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan



olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının

girişinə gətirsin.

4

O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə



kimi qəbul olunsun.

5

O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim



edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər.

6

Sonra o adam yandırma



qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın.

7

Kahin Harunun övladları qurbangahda



od qalayıb üstünə odun düzsünlər.

8

Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-



parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər.

9

Qurbanın



içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib

yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

10

Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan



olsun.

11

Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər



isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər.

12

Sonra o adam heyvanı parça-parça



doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan

od üstünə düzsün.

13

İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib



qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.

14

Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud



göyərçinlərdən qurban gətirsin.

15

Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda



tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın.

16

Kahin quşun çinədanını



lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın.

17

Sonra o, qanadlarını tutaraq quşu



yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə

tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

2

Taxıl təqdimi

1

Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür *



qoysun.

2

Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün



hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn

ə

tir – yandırma təqdimidir.



3

Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu,

Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.

4

Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr



və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.

*

2:1 Kündür – saqqız ağacının qabığından hazırlanan xoşiyli sarımtıl madd



ə

.



LEVİLİLƏR 2:5

80

LEVİLİLƏR 4:7



5

Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş

mayasız kökə kimi bişir.

6

Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.



7

Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.

8

Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini



qurbangaha aparsın.

9

Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib



yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

10

Taxıl təqdiminin qalan hissəsi isə



Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün

ə

n müqəddəsdir.



11

Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya

da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.

12

Bunları ilk



məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim

olunmasın.

13

Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə.



Bütün təqdimlərini duzla.

14

Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını



təqdim et.

15

Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir.



16

Kahin bir az yarma

və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün

verilən yandırma təqdimidir.

3

Ünsiyyət qurbanı

1

Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin



hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin.

2

Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur



çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər.

3

Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən



piyi və üstündəki piyi,

4

belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər



hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.

5

Bunları Harun övladları qurbangahda odunlarla



qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir –

yandırma təqdimidir.

6

Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud



dişi heyvan gətirsin.

7

Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim



etsin:

8

ə



lini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı

qurbangahın hər tərəfinə səpsinlər.

9

Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma



təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi

10

belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları



böyrəkləri ilə birgə çıxartsın.

11

Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün



yandırma təqdimi olaraq verilən paydır.

12

Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin:



13

ə

lini heyvanın



başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər

tərəfinə səpsinlər.

14

Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin:



içalatı örtən piyi və üstündəki bütün piyi,

15

belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin



quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.

16

Kahin bunları qurbangah üstündə



tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir.

Bütün piy Rəbbə məxsusdur.

17

Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda



olsun: piyi də, qanı da yeməyin”».

4

Günah qurbanı

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün

ə

mrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin.



3

Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah

qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin.

4

Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna



gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin.

5

Sonra məsh edilmiş



kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.

6

Kahin barmağını qana batıraraq Rəbbin



hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin.

7

* Sonra kahin Hüzur çadırında,



Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan

*

4:7 Say. 15:27-28




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə