Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə52/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   48   49   50   51   52   53   54   55   ...   445

LEVİLİLƏR 15:16

91

LEVİLİLƏR 16:17



Cinsi axıntı

16

Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın.



17

Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar

sayılsın.

18

Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama



qədər murdar sayılsın.

Qadınların qanaxması

19

Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama



qədər murdar sayılsın.

20

Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey



murdar sayılsın.

21

O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və



axşama qədər murdar sayılsın.

22

O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun,



su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.

23

Əgər bir adam o qadının yatağına ya üstündə



oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın.

24

Əgər kişi qadınla yaxınlıq edən



zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər

yataq da murdar sayılsın.

25

Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün



bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın.

26

Bütün axıntı vaxtı aybaşı



murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın.

27

Onlara toxunan



hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın.

28

Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın.



29

Səkkizinci gün həmin o qadın

iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin.

30

Kahin



quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu

qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin.

31

Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdar-



lığı ilə murdar edib ölməsinlər”».

32

Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər



kişi üçün,

33

aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın



üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür.

16

Kəffarə günü

1

* Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi:



2

«Qardaşın

Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə

qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir

oluram.

3

* Buna görə Harun Müqəddəs yerə yalnız belə girə bilər: günah qurbanı üçün bir buğa və



yandırma qurbanı üçün bir qoç götürsün;

4

müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da



olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun

ə

vvəl bədənini su ilə yusun, sonra onları geysin.



5

İsrail övladlarının icmasından günah qurbanı iki

təkə və yandırma qurbanı üçün bir qoç götürsün.

6

Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün



günahını kəffarə etsin.

7

Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində



saxlasın.

8

Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel * üçün püşklə seçsin.



9

Sonra Harun

püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin.

10

Püşklə Azazel olmaq üçün



seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə

etsin.


11

Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin.

12

Rəbbin hüzurundan,



qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən

xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin.

13

Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur



tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin.

14

Buğanın



qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin.

15

* Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib



qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin.

16

Bununla Harun İsrail



övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə

etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin.

17

Müqəddəs yerdə



*

16:1 İbr. 6:19

*

16:3 İbr. 9:7



*

16:8 Azazel – xalqın günahını k

ə

ffarə etmək üçün çölə qovulan təkə. Kəffarə



günü bu təkə xalqın bütün günahını özündə daşıyıb çölə qovulub yox olurdu və bu xalqın günahının

gedib yox olmasının rəmzidir. *

16:15 İbr. 9:12



LEVİLİLƏR 16:18

92

LEVİLİLƏR 17:16



kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və

bütün İsrail camaatı üçün kəffarə edib

18

çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun



üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin.

19

Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının



murdarlığından pak edib təqdis edin.

20

Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ



qalan təkəni gətirsin

21

və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və



günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün.

Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın.

22

Təkə onların bütün cəzasını



öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.

23

* Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb



orada qoysun.

24

Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb



öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin.

25

Günah qurbanının piyini də



qurbangahda tüstülədib yandırsın.

26

Azazel olan təkəni yola salan adam da geyimini və bədənini



su ilə yusun, sonra düşərgəyə girsin.

27

* Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən



günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın.

28

Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin.



29

* Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən

məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə

etsin.


30

Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün

günahlarınızdan təmizlənəcəksiniz.

31

O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür.



Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun.

32

Atasının yerinə kahinlik etmək



üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib

33

Ən



Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də

kəffarə etsin.

34

İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə



ə

bədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu.

17

Həyat verən qandır

1

Rəbb Musaya belə dedi:



2

«Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri

budur:

3

İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən



4

onu


Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər

kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun.

5

Belə ki İsrail övladları



qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına

gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər.

6

Kahin belə qurbanın qanını Hüzur çadırı



girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib

yandırsın.

7

* İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban



kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.

8

Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma



qurbanını və ya ünsiyyət qurbanını kəsəndə

9

Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının



girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.

10

* İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən



Mən üz döndərib xalqı arasından qovacağam,

11

* çünki hər məxluqa həyat verən qandır. Mən onu



həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə

kəffarə edən qandır.

12

Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda



yaşayan yadelli də qan yeməsin›.

13

İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan



insan onun qanını yerə axıdıb torpaqla örtsün.

14

Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna



görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat

verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun.

15

Yerli olsun, yadelli olsun, təbii



yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək

murdar, sonra pak sayılsın.

16

Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”».



*

16:23 Yez. 44:19

*

16:27 İbr. 13:11



*

16:29 Lev. 23:26-32; Say. 29:7-11

*

17:7 2Saln. 11:15



*

17:10 Yar. 9:4; Lev.

7:26-27; 19:26; Qanun. 12:16,23-25; 15:23

*

17:11 İbr. 9:22




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə