Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə60/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   56   57   58   59   60   61   62   63   ...   445

SAYLAR 2:18

105


SAYLAR 3:30

18

Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar.



Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun.

19

Efrayim ordusundan 40 500 nəfər siyahıya



alındı.

20

Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur



oğlu Qamliel olsun.

21

Onun ordusundan 32 200 nəfər siyahıya alındı.



22

Sonra Binyamin qəbiləsi

düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun.

23

Onun ordusundan 35 400 nəfər



siyahıya alındı.

24

Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü



onlar gedəcəklər.

25

Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar.



Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun.

26

Dan ordusundan 62 700 nəfər siyahıya



alındı.

27

Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel



olsun.

28

Onun ordusundan 41 500 nəfər siyahıya alındı.



29

Sonra Naftali qəbiləsi düşərgə salacaq.

Naftalililərin rəhbəri Enan oğlu Axira olsun.

30

Onun ordusundan 53 400 nəfər siyahıya alındı.



31

Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar

gedəcəklər».

32

İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə



cəmi 603 550 nəfər siyahıya alındı.

33

Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail



övladları ilə birgə siyahıya alınmadı.

34

İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə



yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola

düşdü.


3

Harun oğulları

1

Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir.



2

* Harun


oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar.

3

Harun oğullarının kahinlik



vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır.

4

* Nadav ilə Avihu Sina səhrasında Rəbbin



önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları

Harunun yanında kahinlik etdilər.

5

Rəbb Musaya dedi:



6

«Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək

etsinlər.

7

Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs



məskənə xidmət etsinlər.

8

Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək



İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər.

9

Levililəri Harunla oğullarının ixtiyarına ver;



onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.

10

Harunla oğullarına tapşır



ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».

11

Rəbb Musaya dedi:



12

«Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər

arasından Levililəri seçmişəm. Levililər Mənimdir.

13

* Çünki bütün ilk oğlanlar Mənimdir. Misir



torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan

bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».



Levililərin vəzifələri

14

Rəbb Sina səhrasında Musaya belə dedi:



15

«Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir

aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al».

16

Musa da Rəbbin sözünə



görə əmr edildiyi kimi onları siyahıya aldı.

17

Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari.



18

Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey.

19

Qohatın


nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel.

20

Merarinin nəsil başçısı olan oğulları:



Maxli və Muşi.

Ailələrinə görə Levi nəsilləri bunlardır.

21

Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır.



22

Bir aylıq və

ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı.

23

Gerşon nəsilləri qərb



tərəfində məskənin arxasında düşərgə salmalıdırlar.

24

Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri



Lael oğlu Elyasafdır.

25

Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə,



Hüzur çadırının girişində olan arakəsməyə,

26

həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı



həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.

27

Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır.



28

Bir


aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs

ə

şyalara cavabdehdirlər.



29

Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar.

30

Qohat


*

3:2 Say. 26:60

*

3:4 Lev. 10:1-2; Say. 26:61



*

3:13 Çıx. 13:2




SAYLAR 3:31

106


SAYLAR 4:16

nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır.

31

Onlar sandığa, masaya, çıraqdana,



qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla

ə

laqədar olan bütün xidmətə cavabdehdirlər.



32

Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu

Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.

33

Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır.



34

Bir aylıq və ondan

yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı.

35

Merari nəsillərinə mənsub



ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar.

36

Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla



ə

laqədar bütün xidmət,

37

məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə



olundu.

38

Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə



düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana

cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.

39

Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda



kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.

40

Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün



İsrail övladlarını adları ilə siyahıya al.

41

İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri



və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb

Mənəm».


42

Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları

siyahıya aldı.

43

Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar



cəmi 22 273 nəfər idi.

44

Rəbb Musaya dedi:



45

«Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin

heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm».

46

İsraillilərin



ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə,

47

hər adam üçün



hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür.

48

Onları Levililərin



sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver.

49

Musa Levililərlə əvəz olanların



sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü.

50

İsrail övladlarının ilk oğlanlarından



Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı.

51

Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi



kimi satınalma ödənişini Harunla oğullarına verdi.

4

Qohat övladlarının vəzifələri

1

Rəbb Musaya və Haruna dedi:



2

«Levililər arasından Qohat övladlarına mənsub nəsillərlə ailələri

siyahıya alın.

3

Hüzur çadırında xidmət etməyə gələn otuz yaşından əlli yaşına qədər kişilərin hamısını



hesablayın.

4

Qohatlıların Hüzur çadırında xidməti budur: ən müqəddəs əşyalara baxmaq.



5

Düşərgə


yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını

örtsünlər.

6

Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər



və onun şüvüllərini yerinə qoysunlar.

7

Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə



təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın.

8

Onların üzərinə al rəngli



bir kətan sərərək suiti dərisindən bir örtük çəksinlər və onun şüvüllərini yerinə qoysunlar.

9

Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və



çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər.

10

Çıraqdanı və onun bütün



avadanlığını suiti dərisindən bir örtüklə sarıyıb xərəyə qoysunlar.

11

Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və



şüvüllərini taxsınlar.

12

Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi



kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.

13

Qurbangahdan külü



təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər.

14

İbadət zamanı işlədilən bütün əşyaları: xəkəndazı,



çəngəlləri, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını onun üzərinə qoysunlar. Sonra

bunların üstünü suiti dərisindən bir örtüklə örtüb şüvüllərini taxsınlar.

15

Düşərgə yola düşəndə Harunla oğulları müqəddəs əşyaları və bütün avadanlığı örtməyi qur-



tarandan sonra Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki,

ölməsinlər. Hüzur çadırında olan bu şeyləri daşımaq məsuliyyəti Qohatlılara aiddir.

16

Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və



məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına

nəzarət edəcəkdir».




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə