Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə63/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   59   60   61   62   63   64   65   66   ...   445

SAYLAR 7:86

111


SAYLAR 9:5

görə iki min dörd yüz şekel idi;

86

buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs



yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi;

87

yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on



iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə;

88

ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi



dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi

üçün verilən təqdimlər bunlar idi.

89

Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə



qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə

danışardı.

8

Yeddi çıraq

1

* Rəbb Musaya belə dedi:



2

«Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”».

3

Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi.



4

Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı.

Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi.

Levililərin təyin edilməsi

5

Rəbb Musaya dedi:



6

«İsrail övladlarının arasından Levililəri götür və onları pak et.

7

Onları


pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb

geyimlərini yusunlar. Beləliklə, pak olarlar.

8

O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun



yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür.

9

Levililəri



Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla.

10

Levililəri Rəbbin önünə



gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar.

11

Harun yellətmə təqdimi olaraq



İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər.

12

Levililər



ə

llərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq

Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun.

13

Levililəri Harunla oğullarının önündə dayandır.



Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən.

14

Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun.



15

Levililəri pak edib

yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə

bilər.


16

Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu

bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm.

17

* İsrail övladları arasında ilk doğulan bütün



oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün

onları Özümə təqdis etdim.

18

Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə



Levililəri götürdüm.

19

İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim



ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs

yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar».

20

Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail



övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.

21

Levililər özlərini



pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və

onlar üçün kəffarə etdi ki, pak olsunlar.

22

Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında



Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər.

23

Rəbb Musaya belə dedi:



24

«Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar

Hüzur çadırının işini görmək üçün içəri girsinlər.

25

Əlli yaşa çatanda isə gördükləri xidmətlərini



dayandırıb daha işləməməlidirlər.

26

Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına



yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal».

9

Pasxa bayramının keçirilməsi

1

* İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında



Musaya dedi:

2

«İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər.



3

Onu ayın on

dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə

görə qeyd edin».

4

Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər.



5

Sina


səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları

Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.

*

8:1 Çıx. 25:31-40; 37:17-24



*

8:17 Çıx. 13:2

*

9:1 Çıx. 12:1-13




SAYLAR 9:6

112


SAYLAR 10:20

6

Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər.



Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib

7

belə dedilər: «Ölüyə görə biz murdarıq, nə



üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?»

8

Musa onlara



dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək».

9

Rəbb Musaya dedi:



10

«İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə

toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin.

11

İkinci



ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək

və acı göyərti ilə yesinlər.

12

* Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın.



Pasxaya aid olan bütün qanunları icra etsinlər.

13

Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı



keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir,

o adam günahının cəzasını çəksin.

14

Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına



və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”».

Məskən üzərindəki bulud

(Çıx. 40:34-38)

15

Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər



məskənin üzərindəki bulud alova oxşayırdı.

16

Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda



oxşayırdı.

17

* Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada



dayanardısa, İsrail övladları da orada düşərgə salardılar.

18

Onlar Rəbbin əmrinə görə yola düşər



və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar

düşərgə saldıqları yerdə qalardılar.

19

Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət



edərdilər.

20

Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə



düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər.

21

Bəzən də bulud axşamdan



səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun

bulud qalxanda yola düşərdilər.

22

İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən



üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan

zaman yola düşərdilər.

23

Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola



düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər.

10

İki gümüş kərənay

1

Rəbb Musaya belə dedi:



2

«Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı

çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət.

3

İki kərənay birdən çalınarsa, bütün icma sənin



yanına, Hüzur çadırının girişinə toplansın.

4

Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları



sənin yanına toplansınlar.

5

Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər.



6

Yenə də


yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə

çalınsın.

7

Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.



8

Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda

olsun.

9

Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki,



Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.

10

Şad gününüzdə, bayramlarınızda



və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın;

Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».



İsrail övladları Sinanı tərk edirlər

11

İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi.



12

İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.

13

İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər.



14

Öncə Yəhuda ordu dəstələri

öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi.

15

İssakar



qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi.

16

Zevulun qəbiləsinin ordusuna isə Xelon



oğlu Eliav rəhbərlik edirdi.

17

Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.



18

Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik

edirdi.

19

Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.



20

Qad qəbiləsinin

ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.

*

9:12 Çıx. 12:46; Z



ə

b. 34:20; Yəh. 19:36 *

9:17 Çıx. 40:36



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə