Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə66/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   62   63   64   65   66   67   68   69   ...   445

SAYLAR 15:1

117


SAYLAR 15:41

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına belə söylə: “Sakin olmaq üçün sizə verəcəyim torpağa

girib yaşadığınız vaxt

3

ə



gər kimsə Rəbbin xoşuna gələn ətri təqdim etmək üçün yandırma qurbanı,

ə

hd qurbanı, könüllü qurban yaxud bayram qurbanı olaraq mal-qaradan yaxud qoyun-keçidən Rəbb



üçün yandırma təqdimi versə,

4

Rəbbə qurban gətirən adam taxıl təqdimi kimi dörddə bir hin zeytun



yağı ilə yoğrulmuş efanın onda biri qədər narın un gətirsin.

5

Yandırma qurbanı yaxud digər növlü



qurban üçün hər bir quzuya tökülən içmə təqdimi olaraq dörddə bir hin şərab hazırlayın.

6

Qoç üçün taxıl təqdimi kimi hinin üçdə biri qədər zeytun yağı ilə yoğrulmuş efanın onda iki hissəsi



qədər narın un və

7

içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna



gələn ətir olaraq təqdim edin.

8

Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən



9

buğa


ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un

gətirin.


10

İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma

təqdimidir.

11

Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın.



12

Nə qədər heyvan kəssəniz, hər biri ilə

birlikdə eyni təqdimi gətirin.

13

Hər bir yerli İsrail övladı Rəbbin xoşuna gələn ətri – yandırma



təqdimini gətirərkən bu şeyləri belə etsin.

14

Müvəqqəti yaxud nəsildən-nəslə aranızda yaşayan yadelli Rəbbin xoşuna gələn ətri – yandırma



təqdimini gətirərkən eynilə sizin etdiyiniz kimi etsin.

15

Ey camaat, sizin üçün də, sizinlə yaşayan



yadelli üçün də qayda birdir, nəsillər boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə

baxır.


16

* Sizin üçün də, sizinlə yaşayan yadellilər üçün də eyni qanun və eyni hökm olmalıdır”».

17

Rəbb Musaya belə dedi:



18

«İsrail övladlarına belə söylə: “Mən sizi aparacağım torpağa girib

yaşadığınız vaxt

19

torpağın çörəyindən yeyəndə onun müəyyən hissəsini Rəbbə qaldırma təqdimi



kimi verin.

20

İlk xəmirinizdən bir yastı kökə gətirin, bunu xırmanınızın qaldırma təqdimi kimi verin.



21

İlk xəmirinizdən edilən bu qaldırma təqdimini nəsildən-nəslə qədər Rəbbə verin.



Bilmədən işlənən günaha görə təqdim

22

Əgər səhv edib Rəbbin Musaya buyurduğu əmrlərin birinə –



23

Rəbbin əmr etdiyi gündən

başlayaraq nəsildən-nəslə Musa vasitəsilə sizə buyurduğu hər hansı bir şeyə əməl etmirsinizsə

24

bu



iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir

olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah

qurbanı olaraq bir təkə gətirsin.

25

Kahin bütün İsrail övladlarının icması üçün kəffarə etsin. Beləcə



onlar bağışlanacaqlar, çünki səhv olmuşdur və bu səhv üçün də Rəbb üçün yandırma təqdimi olan

qurbanlarını və Onun hüzurunda günah qurbanlarını gətirmişlər.

26

Bütün İsrail icması və aralarında



yaşayan yadellilər bağışlanacaq, çünki bütün xalq bilmədən səhv etmişdir.

27

* Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin.



28

Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə

edilən adam bağışlanacaq.

29

İsrail övladları arasında yerli olsun ya da yadelli olsun, bilmədən günah



edənlər üçün qoy qanun bir olsun.

30

Lakin əgər yerli ya yadelli qəsdən günah işlətsə, Rəbbə küfr etmişdir və xalqı arasından qovulsun.



31

Çünki o, Rəbbin sözünə xor baxıb və Onun əmrini pozub. Belə adam mütləq qovulsun və öz cəzasını

çəksin”».

Şənbə gününü pozan adam

32

İsrail övladları səhrada olarkən Şənbə günündə odun yığan bir adama rast gəldilər.



33

Odun


toplayan adamla rastlaşanlar onu Musanın, Harunun və bütün icmanın qarşısına gətirdilər.

34

O adamı



həbs etdilər, çünki onunla nə edəcəkləri hələ qərara alınmamışdı.

35

Rəbb Musaya dedi: «Bu adam



öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün».

36

İcma



o adamı düşərgədən kənara çıxarıb Rəbbin Musaya əmr etdiyi kimi daşqalaq edərək öldürdü.

Qotazlar

37

Rəbb Musaya belə dedi:



38

* «İsrail övladlarına de ki, nəsildən-nəslə geyimlərinin ətəklərinə dörd

tərəfdən qotaz tiksinlər. Hər qotazın üzərinə bənövşəyi qaytan salsınlar.

39

Bu qotazlara baxanda



Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə

qapılıb Mənə xəyanət etməyin.

40

O zaman bütün əmrlərimi yadda saxlayıb yerinə yetirəcəksiniz və



Allahınızın hüzurunda müqəddəs olacaqsınız.

41

Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran



Allahınız Rəbb Mənəm. Bəli, Allahınız Rəbb Mənəm!»

*

15:16 Lev. 24:22



*

15:27 Lev. 4:27-31

*

15:38 Qanun. 22:12




SAYLAR 16:1

118


SAYLAR 16:39

16

Qorah, Datan və Aviramın etirazı

1

* LevioğluQohatoğluİsharoğluQorahqürurlanıbRuvennəslindənEliavoğullarıDataniləAviram



və Pelet oğlu On ilə birlikdə

2

Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və



ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu.

3

Birlikdə toplanaraq Musa ilə Haruna qarşı



çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların

arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?»

4

Musa bunu eşidib üzüstə yerə sərildi.



5

Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb

kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə

izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır.

6

Ey Qorah və bütün



yoldaşları, özünüz üçün buxurdanlar alın;

7

səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş



kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq

bəsdir!»


8

Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın!

9

İsrailin Allahı sizi İsrail icmasından



seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın

önündə duraraq onlara xidmət edəsiniz.

10

Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə



səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz?

11

Deməli, ey Qorah, sən və



bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?»

12

Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik!



13

Bizi səhrada

öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək

istəyirsən?

14

Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və



bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!»

15

Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək



belə, almadım və onların heç birinə pislik etmədim».

16

Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və



Harun.

17

Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər



biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin».

18

Hər kəs



öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur

çadırının girişində durdular.

19

Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur



çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü.

20

Rəbb Musaya və Haruna dedi:



21

«Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim».

22

Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə



bütün icmayamı qəzəblənirsən?»

23

Rəbb Musaya dedi:



24

«İcmaya de: “Qorah, Datan və Aviramın

məskənlərinin ətrafından çəkilin!”»

25

Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər.



26

Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara

aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız».

27

Hamı



Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə

uşaqları ilə çıxıb çadırlarının girişində durdular.

28

Musa dedi: «Bütün bu işləri etmək üçün məni



Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz.

29

Əgər bu adamlar hər



kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni

göndərməmişdir.

30

Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi



udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız».

31

Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı.



32

Yer ağzını açdı,

onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu.

33

Onlar və onlara aid



olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox

oldular.


34

Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!»

deyərək qaçışdılar.

35

Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi.



36

Rəbb Musaya dedi:

37

«Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən



götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir.

38

Öz həyatı bahasına



günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər.

Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət

olsun».

39

Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa



vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi.

*

16:1 Y



ə

hd. 11



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə