Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə69/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   65   66   67   68   69   70   71   72   ...   445

SAYLAR 21:26

123

SAYLAR 22:20

26

Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş



və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.

27

Bunun üçün şairlər belə deyirlər:



«Xeşbona gəlin;

Qoy yenidən qurulsun,

Sixonun şəhəri bərpa edilsin.

28

* Çünki Xeşbondan atəş,



Sixonun şəhərindən alov çıxdı;

Moavın Ar şəhərini,

Arnonun təpələrinin başçılarını

Yandırıb məhv etdi.

29

Vay halına, ey Moav!



Ey Kemoşun xalqı, yox oldun!

Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı,

Qızları əsir aparıldı.

30

Lakin biz onları məğlub etdik,



Xeşbondan Divona qədər məhv oldular,

Medvaya uzanan Nofahadək

Hər tərəfi viran etdik».

31

İsraillilər Emorluların torpağında məskunlaşdı.



32

Musa Yazeri nəzərdən keçirmək üçün adamlar

göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.

33

Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə



onlarla döyüşə çıxdı.

34

Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını



sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına

gətir».


35

İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını

ə

lə keçirdilər.



22

Balaqın Bilamı çağırması

1

İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.



2

İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.

3

Camaatı gördükdə



Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə

düşdü.


4

Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi

bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.

5

* Beor oğlu Bilamı



çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur,

Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir.

6

Xahiş edirəm, indi gəl,



mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib

ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu

bilirəm».

7

Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına



getdilər və Balaqın sözlərini ona söylədilər.

8

Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb



mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.

9

Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?»



10

Bilam Allaha dedi: «Moav

padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi:

11

“Budur, Misirdən çıxan xalq yer



üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”».

12

Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».



13

Bilam


səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə

getməyə mənə izin vermir».

14

Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə



birgə gəlmək istəmədi».

15

Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi.



16

Bilamın yanına gəlib ona

dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə.

17

Çünki sənə



çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə

bu xalqa lənət oxu”».

18

Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu



mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm.

19

İndi



xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək».

20

O gecə Allah



*

21:28 Yer. 48:45-46

*

22:5 2Pet. 2:15-16; Y



ə

hd. 11



SAYLAR 22:21

124


SAYLAR 23:10

Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq

Mənim sənə söyləyəcəyim şeyləri et».

Bilamın eşşəyi

21

Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi.



22

O getdiyi

üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə

minmişdi və onunla bərabər iki nökəri də vardı.

23

Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin



mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu.

24

Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi.



25

Eşşək Rəbbin

mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı.

26

Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu.



27

Eşşək Rəbbin

mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu.

28

Rəbb



eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?»

29

Bilam eşşəyə dedi:



«Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim».

30

Eşşək Bilama dedi:



«Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə

edərdimmi?» Bilam dedi: «Xeyr».

31

Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda



durduğunu gördü və başını əyib üzüstə yerə sərildi.

32

Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç



dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir.

33

Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən,



indi səni öldürərdim və onu sağ buraxardım».

34

Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki



sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə

qayıdım».

35

Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de».



Bilam Balaqın başçıları ilə bərabər getdi.

36

Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən



uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.

37

Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam



göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»

38

Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın



dilimə qoyacaq sözü söyləyəcəyəm».

39

Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.



40

Balaq


mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.

41

Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail



xalqının bir hissəsini gördü.

23

Bilamın birinci dəfə gələcəkdən xəbər verməsi

1

Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və



yeddi qoç hazırla».

2

Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir



qoç təqdim etdilər.

3

Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə



Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.

4

Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir



buğa ilə bir qoç təqdim etdim».

5

Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb



belə de».

6

Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma



qurbanlarının yanında durublar.

7

Bilam gələcəkdən xəbər verib dedi:



«Balaq məni Aramdan,

Moav padşahı məni şərq dağlarından gətirdi,

“Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu,

Gəl İsrailə qarğış et” dedi.

8

Allahın lənət etmədiyinə mən necə lənət edim?



Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?

9

Qayaların zirvəsindən onları görürəm mən,



Təpələrdən onlara baxıram.

Müstəqil yaşayan,

Ellərdən özünü ayıran

Bir xalq görürəm.

10

Kim Yaqubun tozunu saya bilər?



İsrailin dörddə birini

Axı kim hesablar?




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə