Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə71/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   67   68   69   70   71   72   73   74   ...   445

SAYLAR 24:22

127


SAYLAR 26:12

22

Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda



Yanıb yox olacaqsınız».

23

Bilam gələcəkdən xəbər verməyə belə davam etdi:



«Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək?

24

Kittim sahillərindən gəmilər gələcək,



Aşşur ilə Everi ram edəcək,

Amma onlar da məhv olacaq».

25

Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi.



25

İsrail övladlarının Peorda günaha batması

1

* İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı.



2

Bu qadınlar

allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların

allahlarına səcdə etdi.

3

İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin



qəzəbi İsraillilərə qarşı alovlandı.

4

Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır.



Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün».

5

Buna görə Musa İsrailin hakimlərinə dedi:



«Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün».

6

Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün



İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.

7

Kahin Harun



oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü.

8

İsrailli



adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail

övladlarını qıran vəba dayandı.

9

Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi.



10

Rəbb Musaya dedi:

11

«Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından



döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail

övladlarını məhv etmədim.

12

Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram.



13

Bu onun


üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib

İsrail övladları üçün kəffarə etdi”».

14

Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında



bir nəsil rəhbəri idi.

15

Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı



idi.

16

Rəbb Musaya dedi:



17

«Midyanlıları düşmən hesab edin və onları qırın.

18

Çünki onlar hiylə ilə sizə



düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı

bəyin qızı Kozbi məsələsində sizi aldatdılar».

26

İkinci siyahıyaalma

1

* Vəbadan sonra Rəbb Musaya və kahin Harun oğlu Eleazara dedi:



2

«Bütün İsrail övladlarının

icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın».

3

Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb



dedi:

4

«Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!»



Misir torpağından çıxan İsrail övladları bunlardır:

5

İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır:



Xanok soyundan Xanok nəsli;

Pallu soyundan Pallu nəsli;

6

Xesron soyundan Xesron nəsli;



Karmi soyundan Karmi nəsli.

7

Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi.



8

Palunun oğlu Eliav,

9

Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır



ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd

getdilər.

10

Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə



ölənlər başqalarına da bir ibrət oldu.

11

Qorahın nəsli isə ölmədi.



12

Nəsillərinə görə Şimeonlular bunlardır:

Nemuel soyundan Nemuel nəsli;

Yamin soyundan Yamin nəsli;

*

25:1 1Kor. 10:8



*

26:1 Say. 1:1-46




SAYLAR 26:13

128


SAYLAR 26:38

Yakin soyundan Yakin nəsli;

13

Zerah soyundan Zerah nəsli;



Şaul soyundan Şaul nəsli;

14

Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir.



15

Nəsillərinə görə Qadlılar bunlardır:

Sefon soyundan Sefon nəsli;

Haqqi soyundan Haqqi nəsli;

Şuni soyundan Şuni nəsli;

16

Ozni soyundan Ozni nəsli;



Eri soyundan Eri nəsli:

17

Arod soyundan Arod nəsli;



Areli soyundan Areli nəsli.

18

Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir.



19

Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər.

20

Nəsillərinə görə Yəhudalılar bunlardır:



Şela soyundan Şela nəsli;

Peres soyundan Peres nəsli;

Zerah soyundan Zerah nəsli.

21

Peres övladları bunlardır:



Xesron soyundan Xesron nəsli;

Xamul soyundan Xamul nəsli.

22

Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir.



23

Nəsillərinə görə İssakar övladları bunlardır:

Tola soyundan Tola nəsli;

Puva soyundan Puva nəsli;

24

Yaşuv soyundan Yaşuv nəsli;



Şimron soyundan Şimron nəsli.

25

İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir.



26

Nəsillərinə görə Zevulunlular bunlardır:

Sered soyundan Sered nəsli;

Elon soyundan Elon nəsli;

Yaxleel soyundan Yaxleel nəsli.

27

Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir.



28

Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim.

29

Menaşşe övladları bunlardır:



Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi;

Gilead soyundan Gilead nəsli;

30

Gilead övladları bunlardır:



İezer soyundan İezer nəsli;

Xeleq soyundan Xeleq nəsli;

31

Asriel soyundan Asriel nəsli;



Şekem soyundan Şekem nəsli;

32

Şemida soyundan Şemida nəsli;



Xefer soyundan Xefer nəsli.

33

Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi.



34

Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir.

35

Nəsillərinə görə Efrayim övladları bunlardır:



Şutelah soyundan Şutelah nəsli;

Beker soyundan Beker nəsli;

Taxan soyundan Taxan nəsli;

36

Şutelah övladları bunlardır:



Eran soyundan Eran nəsli.

37

Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları



bunlardır.

38

Nəsillərinə görə Binyaminlilər bunlardır:



Bela soyundan Bela nəsli;

Aşbel soyundan Aşbel nəsli;




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə