Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə68/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   64   65   66   67   68   69   70   71   ...   445

SAYLAR 19:14

121


SAYLAR 20:26

14

Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar



sayılsın.

15

İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın.



16

Çöldə qılıncla öldürülmüş

olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın.

17

Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün.



18

Pak


bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə

çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin.

19

Pak


adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O,

geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.

20

Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin



Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın.

21

Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna



toxunan adam axşama qədər murdar sayılsın.

22

Murdar adamın toxunduğu hər şey murdar sayılsın.



O şeyə toxunan adam axşama qədər murdar sayılsın».

20

Qayadan çıxan su

1

Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm



oradaca öldü və elə orada da basdırıldı.

2

* İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar.



3

Xalq Musaya

narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik!

4

Rəbbin camaatını



bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü?

5

Nə üçün bizi



Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə

belə, su yoxdur».

6

Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər.



Rəbbin izzəti onlara göründü.

7

Rəbb Musaya dedi:



8

«Əsanı götür, sən və qardaşın Harun icmanı

toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və

heyvanlarına içirt».

9

Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü.



10

Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi

dinləyin; bu qayadan sizə su çıxaraqmı?»

11

Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu,



qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər.

12

Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim



müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmaya-

caqsınız».

13

Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər



və Rəbb onlara Öz müqəddəsliyini göstərdi.

Edom padşahının İsrail övladlarına etirazı

14

Musa Qadeşdən Edom padşahına bu xəbərlə qasidlər göndərdi: «Qardaşın İsrail belə deyir:



“Çəkdiyimiz zəhmətin hamısını bilirsən.

15

Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə



yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər.

16

Rəbbə fəryad etdik, O da səsimizi



eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan

Qadeşdəyik.

17

Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan



keçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa

və sola dönməyəcəyik”».

18

Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza



qılıncla çıxarıq».

19

İsrail övladları onlara dedilər: «Biz əsas yolla getmək istəyirik. Əgər biz və



sürülərimiz sularından içəriksə, dəyərini ödəyərik; yalnız piyada getməkdən başqa heç nə istəmirik».

20

Edomlular dedilər: «Keçmək olmaz». Sonra Edomlular böyük və güclü bir ordu ilə onların qarşısına



çıxdılar.

21

Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların



torpaqlarından çəkildilər.

Harunun ölümü

22

Bütün İsrail icması Qadeşdən yola düşüb Hor dağına gəldi.



23

Rəbb Edom torpağı sərhədində Hor

dağında Musa ilə Haruna belə dedi:

24

«Harun ölüb öz xalqına qovuşacaq, çünki Meriva sularında



sözümə qarşı çıxdığınız üçün İsrail övladlarına vəd etdiyim ölkəyə girməyəcək.

25

Harunu və oğlu



Eleazarı götür, onları Hor dağına apar.

26

Harunun paltarlarını çıxar və onları oğlu Eleazara geyindir,



Harun isə oradaca ölüb xalqına qovuşacaq».

*

20:2 Çıx. 17:1-7; 1Kor. 10:4




SAYLAR 20:27

122


SAYLAR 21:25

27

Musa Rəbbin əmr etdiyi kimi etdi və bütün icmanın gözü önündə Hor dağına çıxdılar.



28

* * Musa


Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü.

Musa ilə Eleazar dağdan endilər.

29

Bütün icma Harunun öldüyünü bildi. Bütün İsrail xalqı onun üçün



otuz gün yas tutdu.

21

Arad şəhərinin yox edilməsi

1

* Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O,



İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu.

2

İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər,



həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik».

3

Rəbb



İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə

yox etdilər və beləliklə, o yerin adı Xorma * qoyuldu.



Tunc ilan

4

* Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan



keçdi. Yolda onların səbri tükəndi.

5

* Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi



Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən

də iyrənirik».

6

O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından



çox adam öldü.

7

Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi



isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı.

8

Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona



baxdıqda sağalsın».

9

* Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər



adam tunc ilana baxan kimi sağalırdı.

Moav səfəri

10

İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar.



11

Ovotdan köç edib Moavın şərqindəki

səhrada İye-Avarimdə dayandılar.

12

Oradan da yola düşdülər və Zered vadisində dayandılar.



13

Oradan


da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar,

çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir.

14

Bu barədə «Rəbbin Döyüşləri»



kitabında yazılmışdır:

«Sufada olan Vahev və vadilər, Arnon,

15

Arın məskəninə uzanıb



Moav sərhədinə çatan vadilərin yamacları…»

16

Oradan Beerə † yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu



budur.

17

O zaman İsrail övladları bu nəğməni oxudular:



«Ey quyu, suların fışqırsın,

Ona nəğmə oxuyun,

18

O quyu ki onu başçıların açdı,



Xalqın əsilzadələri

Əsa ilə, dəyənəklə qazdı».

Sonra səhradan Mattanaya yollandılar.

19

Mattanadan Naxalielə, Naxalieldən Bamota,



20

Bamotdan


isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.

Padşah Sixonun və padşah Oqun məğlub olması

(Qanun. 2:26–3:11)

21

İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi:



22

«Rica edirəm, sənin torpağından

keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə,

içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».

23

Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları



ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi.

24

İsrail övladları onu



qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını

aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var.

25

İsrail övladları bu şəhərlərin hamısını ələ



keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.

*

20:28 Çıx. 29:29



*

20:28 Say. 33:38; Qanun. 10:6

*

21:1 Say. 33:40



*

21:3 Xorma – ibrani dilind

ə

tamamilə yox



etmək. *

21:4 Qanun. 2:1

*

21:5 1Kor. 10:9



*

21:9 2Pad. 18:4; Y

ə

h. 3:14 †



21:16 Beer – ibrani dilind

ə

quyu.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə