Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə67/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   63   64   65   66   67   68   69   70   ...   445

SAYLAR 16:40

119


SAYLAR 18:11

40

Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna



gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar.

41

* Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər:



«Rəbbin xalqını siz öldürdünüz».

42

İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur



çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü.

43

Musa ilə Harun Hüzur



çadırının önünə gəldilər.

44

Rəbb Musaya dedi:



45

«Bu icmanın arasından çıxın ki, onları bir anda məhv

edim». Musa ilə Harun üzüstə yerə sərildilər.

46

Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə



qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb

qəzəbini tökdü. Vəba başladı».

47

Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına



qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə

etdi.


48

Harun ölülərlə dirilər arasında duranda vəba dayandı.

49

Qorah əhvalatında ölənlərdən başqa



vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi.

50

Vəba dayandığına görə Harun Musanın yanına



Hüzur çadırının girişinə qayıtdı.

17

Harunun əsası

1

Rəbb Musaya belə dedi:



2

«İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə

rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz.

3

Harunun adını Levi əsasının üzərinə yaz ki, hər qəbilə başçısı üçün bir əsa olsun.



4

Əsaları sizinlə

görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.

5

O zaman seçəcəyim adamın



ə

sası tumurcuqlayacaq və İsrail övladlarının sizə qarşı sürəkli deyinmələrinə son qoyacağam».

6

Musa


İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün

biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi.

7

Musa əsaları Şəhadət



çadırında Rəbbin önünə qoydu.

8

* Ertəsi gün Musa Şəhadət çadırına girdi və gördü ki, Levi nəslini təmsil edən Harunun əsası



tumurcuqlayıb. Budur, tumurcuq qönçələnmiş, çiçək açmış və badam yetişdirmişdi.

9

Musa əsaların



hamısını Rəbbin hüzurundan bütün İsrail övladlarının qarşısına çıxardı. Əsalara baxdılar və hər kəs

öz əsasını götürdü.

10

Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət



sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər».

11

Musa



Rəbbin əmr etdiyinə əməl etdi.

12

İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak



olacağıq!

13

Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»



18

Kahinlərlə Levililərin vəzifəsi

1

Rəbb Haruna dedi: «Sən, övladların və atanın nəsli Müqəddəs məkanla əlaqədar hər hansı bir



günah üçün məsuliyyət daşıyacaqsınız. Kahinliklə əlaqədar günahlar üçün məsuliyyəti yalnız sən

və oğulların daşıyacaqsınız.

2

* Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı



da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər.

3

Sənin qarşında cavabdehlik daşıyaraq çadırın bütün işlərinə baxsınlar. Ancaq müqəddəs yerin



ə

şyalarına və qurbangaha yaxınlaşmasınlar ki, həm onlar, həm də siz ölməyəsiniz.

4

Sənə qoşulsunlar



və Hüzur çadırının işlərinə, çadırdakı bütün xidmətlərə cavabdeh olsunlar. Başqa heç kimsə sizə

yaxınlaşmamalıdır.

5

Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə



düçar olmasınlar.

6

Budur, Mən İsrail övladları arasından Levili soydaşlarınızı sizə hədiyyə olaraq



seçdim. Onlar Rəbbə Hüzur çadırında xidmət etmək üçün həsr olunmuşlar.

7

Lakin qurbangaha



və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik

xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün».



Kahinlə Levililərin payı

8

Rəbb Haruna dedi: «Budur, Mənə gətirilən təqdimlərə nəzarət etməyi sənə tapşırdım. İsrail övlad-



larının bütün müqəddəs təqdimlərini əbədi pay olaraq sənə və övladlarına verirəm.

9

Qurbangahda



yandırılmayan ən müqəddəs təqdimlərdən bunlar sənin olsun: taxıl təqdimləri, günah qurbanları və

təqsir qurbanları – Mənə gətirilən ən müqəddəs təqdimlərin hamısı sənin və övladlarının olsun.

10

Bu

ə



n müqəddəs şeyləri ye. Kişi cinsindən hər kəs onlardan yeyə bilər. Onları müqəddəs say.

11

Bunlar,



*

16:41 1Kor. 10:10

*

17:8 İbr. 9:4



*

18:2 İbr. 9:6




SAYLAR 18:12

120


SAYLAR 19:13

İsrail övladlarının xüsusi hədiyyə olaraq gətirdikləri yellətmə təqdimlərinin hamısı sənindir. Onları

sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.

12

Rəbbə verdikləri ilk məhsulları, zeytun yağının ən yaxşısının hamısını, təzə şərabın və buğdanın ən



yaxşısının hamısını sənə verdim.

13

Torpaqlarında bitən nübardan Rəbbə gətirdiklərinin hamısı sənin



olsun. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər.

14

* İsraildə Rəbbə həmişəlik həsr olunan hər şey



sənin olsun.

15

Hər bətndən ilk doğulan, Rəbbə həsr olunan bütün oğlanlar və bütün heyvan balaları



sənin olsun. Ancaq hər ilk oğlanın əvəzini mütləq ödə, hər murdar heyvanın ilk balasının da əvəzini

ödə.


16

Onlar bir aylıq olanda sənin qoyduğun qiymətə görə iyirmi gera ağırlığında olan Müqəddəs

yerdəki şekelə görə beş şekel gümüşlə əvəzlərini ödə.

17

Ancaq inəyin, qoyunun və yaxud da keçinin ilk



balasının əvəzini ödəmə. Onlar müqəddəsdir. Qanlarını qurbangah üzərinə səp və piylərini tüstülədib

yandır ki, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olsun.

18

Yellədilən döş əti və sağ budu kimi



onların əti də sənin olsun.

19

İsrail övladlarının Mənə qaldırma təqdimi kimi gətirdikləri müqəddəs



təqdimlərin hamısını Mən Rəbb sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Bu, Rəbbin

səninlə və nəslinlə kəsdiyi əbədi və pozulmaz əhddir». *

20

Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın



olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm.

21

* Levililərə isə İsraildə olan



bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin, Hüzur çadırında etdikləri xidmətin

ə

vəzidir.



22

Artıq İsrail övladları Hüzur çadırına yaxınlaşmasınlar ki, günahlarının cəzasını çəkib

ölməsinlər.

23

Lakin Hüzur çadırının xidmətini Levililər etsinlər və çadırla əlaqədar günahlarının



cəzasını çəksinlər. Bu, nəsildən-nəslə qədər sizin üçün əbədi qaydadır. İsrail övladları arasında

onların irsi olmayacaq.

24

Bunun yerinə Levililərə irs olaraq İsrail övladlarının Rəbbə qaldırma təqdimi



kimi verdikləri onda birini verdim. Buna görə Levililər üçün dedim ki, İsrail övladları arasında onların

irsi olmayacaq».

25

Rəbb Musaya dedi:



26

«Levililərə belə söylə: “İsrail övladlarının məhsullarından irsiniz olaraq sizə

verdiyim onda bir hissəni aldığınız vaxt bu hissənin onda birini Rəbbə qaldırma təqdimi kimi verin.

27

Təqdiminiz xırmanda döyülən taxıl yaxud üzümsıxandan çıxan məhsul kimi sayılacaq.



28

Beləliklə,

siz də İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib

kahin Haruna verin.

29

Bütün hədiyyələrinizdən Rəbbə qaldırma təqdimi verin. Hər təqdim onun



təqdis olunmuş ən yaxşı hissəsindən olsun”.

30

Bunun üçün onlara deyin: “Ondan ən yaxşısını təqdim



etdiyiniz zaman bu, Levililər üçün xırman məhsulu yaxud üzümsıxan məhsulu kimi sayılacaq.

31

Siz



və ev xalqınız hər yerdə onu yeyəcəksiniz, çünki o, haqqınız, Hüzur çadırında olan xidmətinizin

ə

vəzidir.



32

Ondan ən yaxşısını təqdim edəndə ondan savayı günahın cəzasını çəkməmək üçün İsrail

övladlarının müqəddəs təqdimlərini pozmayın ki, ölməyəsiniz”».

19

Qırmızı düyə və paklama suyu

1

Rəbb Musaya və Haruna dedi:



2

«Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına

deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər.

3

Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin.



4

Kahin


Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin.

5

Onun



gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın.

6

Kahin sidr ağacının



budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın.

7

Kahin geyimlərini



yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın.

8

Qoy düyəni



yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın.

9

*



Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının

icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır.

10

Düyənin külünü



toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və

aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.

11

Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq.



12

Üçüncü və yeddinci gün

özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak

olmayacaq.

13

Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin



məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün

murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.

*

18:14 Lev. 27:28



*

18:19 Əb


ə

di və pozulmaz əhd – hərfi tərcümədə əbədi duz əhdi. *

18:21 Lev. 27:30-33;

Qanun. 14:22-29; İbr. 7:5

*

19:9 İbr. 9:13




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə