Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə65/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   61   62   63   64   65   66   67   68   ...   445

SAYLAR 13:1

115


SAYLAR 14:9

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar

göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».

3

Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçıların-



dandır.

4

Adları bunlardır:



Ruven qəbiləsindən Zakkur oğlu Şammua;

5

Şimeon qəbiləsindən Xori oğlu Şafat;



6

Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;

7

İssakar qəbiləsindən Yusif oğlu İqal;



8

Efrayim qəbiləsindən Nun oğlu Huşə;

9

Binyamin qəbiləsindən Rafu oğlu Palti;



10

Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;

11

Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;



12

Dan qəbiləsindən Gemalli oğlu Ammiel;

13

Aşer qəbiləsindən Mikael oğlu Setur;



14

Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;

15

Qad qəbiləsindən Maki oğlu Geuel.



16

Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu

Huşəyə Yeşua adını verdi.

17

Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə



gedin və dağlığa çıxın.

18

Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi,



azmı, çoxmu?

19

Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı?



20

Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin

meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.

21

Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən



keçirdilər.

22

Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı.



Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi.

23

Eşkol vadisinə çatanda bir salxım üzümü



olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını

aralarında bir şüvüldə aparırdılar.

24

İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol



* vadisi deyildi.

25

Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar.



26

Paran səhrasındakı Qadeşə, Musa

ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər

gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.

27

Musaya belə izah edərək dedilər: «Bizi



göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri!

28

Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada



Anaqlıları gördük.

29

Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular,



dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».

30

Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq



onların öhdəsindən gələrik».

31

Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik,



çünki onlar bizdən güclüdürlər».

32

Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis



xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən

torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur.

33

Orada nəhəng adamların nəslindən olan



Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».

14

Xalqın üsyanı

1

Bütün icma uca səslə fəryad qoparıb gecə boyu ağladı.



2

İsrail övladları Musaya və Haruna qarşı

deyindilər; bütün icma onlara dedi: «Kaş Misir torpağında ya da bu səhrada öləydik!

3

Nə üçün Rəbb



bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə

qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?»

4

Sonra bir-birlərinə dedilər: «Özümüzə başçı seçək və



Misirə qayıdaq».

5

O zaman Musa ilə Harun orada toplanmış bütün İsrail icmasının camaatının önündə üzüstə yerə



sərildi.

6

Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar;



7

bütün


İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox

yaxşı bir ölkədir.

8

Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə



verəcək.

9

* AncaqRəbbəqarşıüsyankarlıqetməyin. Ölkəninxalqındanqorxmayın, onlarıməğlubedə



*

13:24 Eşkol – ibrani dilind

ə

salxım. *



14:9 İbr. 3:16


SAYLAR 14:10

116


SAYLAR 14:45

bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»

10

Lakin


bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına

göründü.


11

Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim

ə

lamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?



12

Onları vəba ilə cəzalandıracağam.

İrsdən məhrum edəcəyəm. Onlardan çox böyük və güclü bir milləti səndən törədəcəyəm».

13

* Musa Rəbbə dedi: «O zaman Misirlilər eşidəcək, çünki bu xalqı onların arasından qüdrətinlə



Sən çıxartdın.

14

Bunu ölkənin əhalisinə anladacaqlar. Eşitdilər ki, Sən Rəbb bu xalqın arasındasan.



Çünki, ya Rəbb, Sən onlarla üzbəüz görüşürsən, Sənin buludun onların üzərində durur. Sən gündüz

bulud sütunu və gecə alov sütunu ilə onlara yol göstərirsən.

15

Əgər bu xalqın hamısını bir nəfər kimi



öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər:

16

“Rəbb and içərək vəd etdiyi ölkəyə bu



xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”.

17

İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin:



18

* * “Rəbbhədsiz

səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların

cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.

19

İstəyirəm ki, Misirdən çıxdıqları gündən bu günə kimi



bu xalqı necə bağışlamısansa, onların günahını böyük məhəbbətinə görə bağışlayasan».

20

Rəbb dedi: «Sənin ricana görə bağışladım,



21

* amma Varlığıma və Rəbbin bütün dünyanı

dolduran izzətinə and olsun ki,

22

izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni



on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri

23

atalarına and içərək vəd etdiyim



torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.

24

* Ancaq qulum



Kalevdə başqa ruh var. O bütün qəlbi ilə ardımca getdi. Onu gəzdiyi torpağa aparacağam və onun

nəsli oranı irs olaraq alacaq.

25

Amaleqlilər və Kənanlılar dərədə yaşayırlar. Ona görə sabah qayıdın



və Qırmızı dənizin yolu ilə səhraya gedin».

26

Rəbb Musaya və Haruna dedi:



27

«Nə vaxta qədər bu pis icma Mənə qarşı deyinəcək? İsrail

oğullarının Mənə deyinmələrini eşitdim.

28

Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə



qarşı dediklərinizin eynisini sizə edəcəyəm.

29

* Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən



iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək,

30

sizi sakin edəcəyimə



ə

limi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu

Yeşua girəcək.

31

Lakin ‹əsir olacaqlar› dediyiniz uşaqlarınızı oraya aparacağam və sizin rədd etdiyiniz



ölkəni onlar tanıyacaqlar.

32

Sizə gəldikdə isə meyitləriniz bu səhraya səriləcək.



33

* Övladlarınız qırx

il səhrada çobanlıq edəcəklər. Nə vaxta qədər ki siz səhrada məhv olmamısınız, sizin xəyanətinizin

acısını çəkəcəklər.

34

Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il



olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”.

35

Mən



Rəbb söylədim: “Həqiqətən, Mənə qarşı birləşən bu pis icmaya belə də edəcəyəm. Bu səhrada ölüb

tələf olacaqlar”».

36

Musanın ölkəni nəzərdən keçirmək üçün göndərdiyi adamlar qayıdıb ölkə haqqında pis xəbər



gətirərək bütün icmanın Rəbbə qarşı deyinməsinə səbəb oldular.

37

Ölkə haqqında pis xəbər gətirənlər



Rəbbin önündə vəbadan öldü.

38

Ölkəni nəzərdən keçirmək üçün gedənlərdən yalnız Nun oğlu Yeşua



və Yefunne oğlu Kalev sağ qaldılar.

39

Musa bu sözləri bütün İsrail övladlarına danışdı və xalq çox kədərləndi.



40

Onlar səhər tezdən

qalxıb dağın təpəsinə çıxaraq dedilər: «Günah etmişik, indi Rəbbin vəd verdiyi yerə çıxırıq».

41

Musa



dedi: «Nə üçün Rəbbin əmrinə qarşı çıxırsınız? Bunu bacara bilməzsiniz.

42

Döyüşə çıxmayın, çünki



Rəbb aranızda deyil. Düşmənlərinizə məğlub olacaqsınız.

43

Çünki Amaleqlilər və Kənanlılar orada



önünüzdədir və qılıncla öləcəksiniz; madam ki Rəbbin ardınca getməkdən vaz keçdiniz, Rəbb sizinlə

bərabər olmayacaq».

44

Ancaq onlar özlərinə güvənərək dağlığın ən yüksək təpəsinə çıxdılar. Lakin



nə Rəbbin Əhd sandığı, nə də Musa düşərgədən ayrılmadı.

45

O zaman həmin dağlıqda yaşayan



Amaleqlilər və Kənanlılar enib onlara hücum etdilər və Xorma şəhərinədək qovub məğlubiyyətə

uğratdılar.

15

Qurban haqqında qanunlar

*

14:13 Çıx. 32:11-14



*

14:18 Çıx. 34:6; Neh. 9:17; Z

ə

b. 86:15; 103:8; 145:8; Yoel 2:13; Yun. 4:2 *



14:18 Çıx. 20:5-6;

34:6-7; Qanun. 5:9-10; 7:9-10

*

14:21 İbr. 3:18



*

14:24 Yeşua 14:9-12

*

14:29 1Kor. 10:5; İbr. 3:17



*

14:33 H


ə

v. 7:36;


13:17-18


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə