Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə62/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   58   59   60   61   62   63   64   65   ...   445

SAYLAR 6:15

109


SAYLAR 7:29

bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir

qoç,

15

bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə



zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri.

16

Kahin



Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin.

17

Mayasız



çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə

təqdimini də gətirsin.

18

Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını



götürüb ünsiyyət qurbanının altındakı oda qoysun.

19

Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra



kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə

nəzirinin ovuclarına qoysun.

20

Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar



yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab

içə bilər.

21

Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri



ə

hd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra

etməlidir”».

Kahinlərin xeyir-duası

22

Rəbb Musaya dedi:



23

«Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:

24

“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;



25

Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.

26

Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.



27

Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua

verəcəyəm».

7

Rəhbərlərin təqdimləri

1

Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və



bütün avadanlığını da məsh və təqdis etdi.

2

Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil



başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi.

3

Rəbbə təqdim olaraq üstü örtülü



altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu

təqdimləri məskənin önünə gətirdilər.

4

Rəbb Musaya belə dedi:



5

«Onları bu adamlardan götür ki,

Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver».

6

Musa arabaları və öküzləri götürüb Levililərə verdi.



7

Gerşonlulara vəzifələrinə görə iki araba və

dörd öküz verdi;

8

Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı



kahin Harun oğlu İtamarın nəzarəti altında idi.

9

Lakin Qohatlılara bir şey vermədi, çünki onların



vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır.

10

Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini



qurbangahın qabağına gətirdilər.

11

Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün



bir rəhbər öz təqdimini gətirsin».

12

Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu.



13

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla

dolu idi;

14

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



15

yandırma qurbanı olaraq bir buğa, bir

qoç, bir erkək toğlu;

16

günah qurbanı olaraq bir təkə;



17

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi.

18

İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi.



19

Onun təqdimləri bunlar

idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş

ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;

20

buxur


dolu on şekel ağırlığında bir qızıl nimçə;

21

yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;



22

günah qurbanı olaraq bir təkə;

23

qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş



təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi.

24

Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi.



25

Onun təqdimləri

bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik

bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;

26

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



27

yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir

erkək toğlu;

28

günah qurbanı olaraq bir təkə;



29

qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş

qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi.



SAYLAR 7:30

110


SAYLAR 7:85

30

Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi.



31

Onun təqdimləri

bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik

bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;

32

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



33

yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir

erkək toğlu;

34

günah qurbanı olaraq bir təkə;



35

qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş

qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi.

36

Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi.



37

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un

ilə dolu idi;

38

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



39

yandırma qurbanı olaraq bir buğa, bir

qoç, bir erkək toğlu;

40

günah qurbanı olaraq bir təkə;



41

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi.

42

Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi.



43

Onun təqdimləri bunlar

idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş

ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;

44

buxur


dolu on şekel ağırlığında bir qızıl nimçə;

45

yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;



46

günah qurbanı olaraq bir təkə;

47

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu.



Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi.

48

Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi.



49

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla

dolu idi;

50

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



51

yandırma qurbanı olaraq bir buğa, bir

qoç, bir erkək toğlu;

52

günah qurbanı olaraq bir təkə;



53

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi.

54

Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi.



55

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla

dolu idi;

56

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



57

yandırma qurbanı olaraq bir buğa, bir

qoç, bir erkək toğlu;

58

günah qurbanı olaraq bir təkə;



59

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi.

60

Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi.



61

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla

dolu idi;

62

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



63

yandırma qurbanı olaraq bir buğa, bir

qoç, bir erkək toğlu;

64

günah qurbanı olaraq bir təkə;



65

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi.

66

Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi.



67

Onun


təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş

şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla

dolu idi;

68

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



69

yandırma qurbanı olaraq bir dana, bir

qoç, bir erkək toğlu;

70

günah qurbanı olaraq bir təkə;



71

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş

təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi.

72

On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi.



73

Onun təqdimləri

bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik

bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;

74

buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;



75

yandırma qurbanı olaraq bir dana, bir qoç, bir

erkək toğlu;

76

günah qurbanı olaraq bir təkə;



77

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə,

birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi.

78

On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi.



79

Onun təqdimləri

bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir

gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi;

80

buxur


dolu on şekel ağırlığında bir qızıl nimçə;

81

yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;



82

günah qurbanı olaraq bir təkə;

83

ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu.



Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi.

84

Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır:



on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə;

85

hər gümüş nimçənin ağırlığı yüz otuz şekel



və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə