Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə70/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   66   67   68   69   70   71   72   73   ...   445

SAYLAR 23:11

125


SAYLAR 24:4

Qoy saleh adamların ölümü ilə ölüm!

Onlar necə olubsa, sonum elə olsun!»

11

Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən



onlara xeyir-dua verdin!»

12

Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli



deyiləmmi?»

Bilamın ikinci dəfə gələcəkdən xəbər verməsi

13

Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən.



Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».

14

Onu



Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa,

bir qoç təqdim etdi.

15

Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma



qurbanının yanında dur».

16

Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına



qayıt və belə de».

17

Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının



yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»

18

Bilam



gələcəkdən xəbər verib dedi:

«Ey Balaq, oyan və dinlə;

Ey Sippor oğlu, mənə qulaq as.

19

Allah insan deyil ki,



Yalan söyləsin,

Bəşər oğlu deyil ki,

Fikrini dəyişdirsin.

Dediyini həyata keçirməzmi?

Verdiyi sözü yerinə yetirməzmi?

20

Budur, xeyir-dua üçün əmr aldım;



O, xeyir-dua vermişdir,

Mən onu dəyişə bilmərəm.

21

Yaqubda bədbəxtlik üz verməyəcək.



İsraildə bəla olmayacaq.

Özlərinin Allahı Rəbb onlarladır,

Onları padşah kimi alqışlayırlar.

22

Allah onları Misirdən çıxardı;



Onların çöl öküzü kimi qüvvəti vardır.

23

Yaqub üçün edilən baxıcılıq baş tutmaz,



İsrail üçün edilən falçılıq alınmaz.

Bax indi deyiləcək:

“Yaqub və İsrail üçün

Allah nələr etdi!”

24

Budur, xalq dişi aslan tək oyanır,



Şir kimi qalxır,

Şikarını yeməyincə,

Ölənlərin qanını içməyincə yatmayacaq».

25

Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».



26

Ancaq Bilam Balaqa cavab verib

dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»

Bilamın üçüncü dəfə gələcəkdən xəbər verməsi

27

Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr



ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».

28

Balaq Bilamı çölə baxan Peor təpəsinə



apardı.

29

Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi



buğa və yeddi qoç hazırla».

30

Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç



təqdim etdi.

24

1



Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq

etmədi, amma üzünü səhraya doğru çevirdi.

2

Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə



yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi.

3

O, gələcəkdən xəbər verib dedi:



«Budur, Beor oğlu Bilamın kəlamı,

Uzaq görən adamın kəlamı,

4

Allahın sözlərini eşidən,




SAYLAR 24:5

126


SAYLAR 24:21

Külli-İxtiyarın görüntüsünü görən,

Gözləri açıq, yerə sərilən adamın kəlamı:

5

“Ey Yaqub, sənin çadırların,



Ey İsrail, məskənlərin nə gözəldir!

6

Yayılırlar vadilər tək,



Çay kənarındakı bağ-bağçalar tək,

Rəbbin bitirdiyi əzvay ağacları tək,

Çay kənarındakı sidr ağacları tək.

7

Satıllarından sular axacaq,



Toxumları bol su ilə sulanacaq,

Padşahları Aqaqdan böyük olacaq,

Padşahlıqları ucalacaq.

8

Allah onları Misirdən çıxartdı;



Onların çöl öküzü kimi qüvvəti var.

Onlar düşmən millətləri yeyib qurtaracaq.

Sümüklərini qıracaq,

Oxları ilə onları dələcək.

9

* * Onlar pusub şir kimi yatar,



Dişi aslana oxşar.

Onları oyandırmağa kim cürət edər?

Sizə xeyir-dua verən xeyir-dualı olsun,

Sizə lənət oxuyan qoy lənətli olsun!”»

10

Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni



düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua

verirsən.

11

İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni



mükafatdan məhrum etdi».

12

Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi,



13

Balaq


mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik

edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.

14

İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu



xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».

Bilamın dördüncü dəfə gələcəkdən xəbər verməsi

15

Sonra Bilam gələcəkdən xəbər verib dedi:



«Budur, Beor oğlu Bilamın kəlamı,

Uzaq görən adamın kəlamı,

16

Allahın sözlərini eşidən,



Haqq-Taalanın biliyinə qovuşan,

Külli-İxtiyarın görüntüsünü görən,

Gözləri açıq, yerə sərilən adamın kəlamı:

17

“Onu mən görürəm, amma indi deyil,



Mən ona baxıram, amma yaxından deyil.

Yaqubdan bir ulduz çıxacaq,

İsraildən bir Əsa * ucalacaq,

Moavlıların alınlarını,

Şet övladlarının başlarını əzəcək.

18

Onun düşməni Edomla Seir təslim olacaq,



İsrail isə get-gedə güclənəcək.

19

Yaqubun nəslindən olan o adam



Səltənət sürəcək,

Şəhərdə sağ qalanları məhv edəcək”».



Bilamın sonuncu dəfə gələcəkdən xəbər verməsi

20

Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi:



«Amaleq millətlərin birincisi idi,

Ancaq axırda məhv olacaq».

21

Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi:



«Məskəniniz möhkəm,

Yuvanız qayada qurulub.

*

24:9 Yar. 49:9; V



ə

hy 5:5 *


24:9 Yar. 12:3

*

24:17 Əsa – burada başçı m



ə

nasında işlənir.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə