Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə61/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   57   58   59   60   61   62   63   64   ...   445

SAYLAR 4:17

107


SAYLAR 5:9

17

Rəbb Musaya və Haruna dedi:



18

«Qoymayın ki Levililər arasından Qohatlıların nəsilləri yox olsun.

19

Ancaq ən müqəddəs şeylərə yaxınlaşdıqları zaman ölməyib sağ qalsınlar deyə Harunla oğulları içəri



girib onların hərəsini öz işinin üstünə və öz yükünün başında qoysun.

20

Lakin Qohatlılar bir an belə,



içəri girib müqəddəs əşyalara baxmasınlar, yoxsa ölərlər».

Gerşon övladlarının vəzifələri

21

Rəbb Musaya belə dedi:



22

«Gerşonluları da mənsub olduqları ailələrə və nəsillərə görə siyahıya

al.

23

Onlardan otuz yaşından əlli yaşına qədər olanların hamısını siyahıya al. Qoy xidmət edib Hüzur



çadırında iş görmək üçün gəlsinlər.

24

İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin



vəzifəsi budur:

25

Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki



suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni,

26

həyətin pərdələrini



və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün

işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər.

27

İstər


yük daşımaq, istərsə başqa iş görmək, edəcəkləri bütün xidmətlər Harunla oğullarının rəhbərliyi

ilə görülsün. Gerşonlular daşıyacaqları hər yükə cavabdeh olsunlar.

28

Hüzur çadırında Gerşon



nəsillərinin xidməti budur. Onların vəzifələri kahin Harun oğlu İtamarın nəzarəti altında olsun.

Merari övladlarının vəzifələri

29

Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al.



30

Otuz yaşından əlli yaşına

qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al.

31

Hüzur çadırında xidmət



edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,

32

çadırın



ə

trafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri

hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın.

33

Hüzur çadırında Merari



nəsillərinin vəzifəsi budur. Onlar kahin Harun oğlu İtamarın nəzarəti altında xidmət edəcəklər».

Levililərin siyahıya alınması

34

Musa ilə Harun və icma başçıları, Qohatlılardan nəsillərə və ailələrə görə



35

otuz yaşından əlli

yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısını siyahıya aldılar.

36

Nəsillərinə görə 2 750 nəfər siyahıya alındı.



37

Hüzur çadırında xidmət edən Qohat nəsillərinə

mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya

aldılar.


38

Gerşonlulardan nəsillərinə və ailələrinə görə

39

otuz yaşından əlli yaşına qədər Hüzur çadırına



xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.

40

Nəsillərinə və ailələrinə görə



2630 nəfər siyahıya alındı.

41

Gerşon nəslindən siyahıya alınan, Hüzur çadırında xidmət edən kişilərin



cəmi bu idi. Rəbbin əmrinə görə Musa ilə Harun onları siyahıya aldılar.

42

Merari övladlarından nəsillərinə və ailələrinə görə



43

otuz yaşından əlli yaşına qədər Hüzur

çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı.

44

Nəsillərinə görə 3200



nəfər siyahıya alındı.

45

Hüzur çadırında xidmət edən Merari nəsillərinə mənsub kişilərin cəmi bu idi.



Rəbbin Musa vasitəsi ilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar.

46

Musa ilə Harun və İsrail rəhbərləri, nəsillərinə və ailələrinə görə bütün Levililəri,



47

otuz yaşından

ə

lli yaşına qədər, Hüzur çadırında xidmət etmək və yük daşımaq üçün gələn kişilərin hamısını siyahıya



aldılar.

48

8580 nəfər siyahıya alındı.



49

Rəbbin əmrinə görə hər biri edəcəyi xidmətə və daşıyacağı yükə

görə Musanın nəzarəti ilə siyahıya alındılar; onlar Rəbbin Musaya əmr etdiyi kimi siyahıya alındılar.

5

Düşərgənin paklığı

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına əmr et ki, bütün iyrənc dəri xəstəliyi və xəstəliyə görə

bədən axıntısı olan yaxud da meyitdən murdarlanan hər kəsi düşərgədən çıxarsınlar.

3

Onlar istər kişi



olsun, istər qadın, arasında olduğum düşərgələrini murdar etməsinlər, onları düşərgədən çıxarın».

4

İsrail övladları beləcə etdilər: onları düşərgədən çıxardılar. Rəbb Musaya necə söylədisə, İsrail



övladları elə də etdilər.

Günah üçün ödəmə

5

* Rəbb Musaya dedi:



6

«İsrail övladlarına söylə: “İnsanların işlətdiyi günahlardan birini edərək

Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır”.

7

Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin



ə

vəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin.

8

Əgər o adamın təqsirinin



ə

vəzini ala biləcək qohumu yoxdursa, ödənəcək əvəz Rəbb üçün verilsin; qoy bu təqsirkar üçün

verdiyi kəffarə təkəsi ilə birlikdə kahininki olsun.

9

İsrail övladlarının kahinə təqdim etdikləri bütün



*

5:5 Lev. 6:1-7




SAYLAR 5:10

108


SAYLAR 6:14

müqəddəs ianələr kahinə məxsusdur.

10

Hər kəsin özü üçün təqdis etdiyi əşyalar özünə məxsusdur,



amma kahinə nə verərlərsə, kahinə aiddir».

Xəyanətdə ittiham edilən qadınlar

11

Rəbb Musaya belə dedi:



12

«İsrail övladlarına belə söylə: “Bir kişinin arvadı əyri yola düşüb

ona xəyanət etsə və

13

başqa kişi ilə yaxınlıq edib cinsi əlaqədə olduğu ərindən gizlədilirsə və beləcə



qadının murdar işi ortaya çıxmamışsa, heç bir şahid olmadığı üçün günah üstündə tutulmamışsa,

14

ə



ri

qısqanclığa qapılıb murdar iş görən arvadından şübhələnməyə başlayarsa yaxud arvadı murdar iş

görmədiyi halda yenə qısqanclığa qapılıb ondan şübhələnərsə,

15

kişi arvadını kahinin yanına aparsın



və arvadı üçün təqdim olaraq istənilən efanın onda biri qədər arpa unu gətirsin. Onun üzərinə nə

zeytun yağı töksün, nə də kündür qoysun, çünki bu qısqanclıq üçün taxıl təqdimidir. Təqsirkarlığı

xatırladan xatirə təqdimidir.

16

Kahin qadını Rəbbin hüzuruna gətirsin;



17

gil qaba müqəddəs su alaraq müqəddəs məskənin

döşəməsindən toz götürüb suya salsın.

18

Kahin qadını Rəbbin önündə dayandıraraq onun saçını



dağıtsın. Sonra xatirə təqdimini onun ovuclarına qoysun. Bu, qısqanclıq üçün taxıl təqdimidir.

Kahinin əlində isə lənət gətirən acı su olacaq.

19

Kahin qadına and içdirib desin: ‹Əgər sən başqa kişi



ilə yaxınlıq etməmisənsə, ərinin nikahı altında olaraq əyri yola düşüb murdarlıq etməmisənsə, lənət

gətirən bu acı su sənə zərər vurmayacaq.

20

Lakin əri ilə nikahda olaraq əyri yola düşərək ərindən



başqa bir kişi ilə yaxınlıq edib murdar olmusansa›

21

onda kahin qadına lənət andını içdirib belə desin:



‹Rəbb sənin bətnini sonsuz edib qarnını şişirtdiyi zaman səni xalqının içində lənət və töhmətə düçar

etsin.


22

Lənət gətirən bu su sənin qarnını şişirtmək və bətnini sonsuz etmək üçün bağırsaqlarına daxil

olsun›. Qadın ‹Amin, amin!› desin.

23

Kahin bu lənətləri bir tumara yazsın və acı suda islatsın,



24

sonra lənət gətirən acı suyu qadına

içirtsin. Lənət gətirən su onun bətninə girəcək və acı olacaq.

25

Kahin qısqanclıq üçün taxıl təqdimini



qadının əlindən alsın və Rəbbin hüzurunda yellədikdən sonra qurbangaha gətirsin.

26

Xatirə təqdimi



olaraq taxıl təqdimindən ovuc dolusu götürsün və qurbangahda tüstülədib yandırsın, sonra qadına

suyu içirtsin.

27

Qadına suyu içirdikdən sonra əgər qadın murdar olub ərinə xəyanət etmişsə,



lənət gətirən su onun bətninə girəcək və acılıq verəcək; onun qarnı şişəcək, bətni sonsuz olacaq

və özü xalqının arasında lənətlənəcəkdir.

28

Əgər qadın murdarlıq etməmişsə və pakdırsa, su zərər



vurmayacaq və uşaq doğa biləcəkdir.

29

Qısqanclığa aid olan qanun belədir: bir qadın əri ilə nikahda olarkən əyri yola düşüb murdar



olanda

30

yaxud bir kişi qısqanclığa qapılıb arvadından şübhələnəndə kahin qadını Rəbbin hüzurunda



qoysun və ona bütün bu qanunu icra etsin.

31

Kişi bu işdə cəzasız qalsın, o qadın isə öz günahının



cəzasını çəksin”».

6

Nəzirilik andı

1

Rəbb Musaya belə dedi:



2

«İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın

nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə,

3

* şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta



şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə

də kişmiş yesin.

4

Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç



bir şey yeməsin.

5

Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi



müddət qurtarana qədər müqəddəs olsun.

6

Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın.



7

Atası və anası, qardaşı və bacısı ölsə,

onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir.

8

Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.



9

Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu

gün – yeddinci gün başını qırxdırsın.

10

Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru



quşu yaxud iki göyərçin gətirsin.

11

Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi



təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi.

Həmin gün yenidən başını təqdis etsin.

12

Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin



və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi

murdarlanmışdır.

13

* Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının



girişinə gətirilsin.

14

Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz



*

6:3 Luka 1:15

*

6:13 H


ə

v. 21:23-24




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə