Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə57/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   53   54   55   56   57   58   59   60   ...   445

LEVİLİLƏR 25:37

100


LEVİLİLƏR 26:17

soydaşın sənin yanında yaşaya bilsin.

37

* Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün



yemək ver.

38

Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran



Allahınız Rəbb Mənəm.

39

* Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə.



40

Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin,

41

sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın.



42

Çünki


İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi

satılmasınlar.

43

O soydaşına sərt ağalıq etmə. Allahından qorx.



44

Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri

satın ala bilərsiniz.

45

Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdə doğulmuş ailə üzvlərindən



də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq.

46

Siz özünüzdən sonra bunları



oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş

görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin.

47

Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə yaxud



onun ailə üzvünə özünü qul olaraq satarsa,

48

satıldıqdan sonra onun geri satınalma hüququ var.



Qardaşlarından biri onu geri satın ala bilər;

49

ə



misi ya da əmisi oğlu da onu geri satın ala bilər.

Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri

satın ala bilər.

50

Qoy bu adam ağası ilə özünü satdığı ildən Azadlıq ilinə qədər muzdlu işçinin iş



müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun.

51

Əgər illərin sayı hələ də çoxdursa,



o buna görə geri satınalınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin.

52

Lakin əgər Azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satınalınmanın qiyməti olaraq



az ödəsin.

53

Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında



ona sərt ağalıq etməsin.

54

Əgər o adam bu yolla geri satın alınmamışdırsa, Azadlıq ilində uşaqları



ilə birgə azad olsun.

55

Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım



qullarımdır. Allahınız Rəbb Mənəm.

26

Allaha itaətin bərəkətləri



(Qanun. 7:12-24; 28:1-14)

1

* * Özünüzə büt düzəltməyin; oyma büt yaxud sütun qoymayın, ölkənizdə yonulmuş daş qoyub



səcdə etməyin; çünki Allahınız Rəbb Mənəm.

2

Şənbə istirahət günlərimə riayət edin, Müqəddəs



məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.

3

* Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz,



4

sizə mövsümündə yağış

göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin.

5

Sizin xırmanınız o qədər



bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq

ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın

yaşayacaqsınız.

6

Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən



qovacağam və müharibə üzü görməyəcəksiniz.

7

Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı



qarşınızda həlak olacaqlar.

8

Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş



zamanı qarşınızda həlak olacaqlar.

9

Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə



olan Öz əhdimi yerinə yetirəcəyəm.

10

Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula



yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız.

11

Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə



nifrət etməyəcəyəm.

12

* Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım



olacaqsınız.

13

Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu



qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.

Allahdan uzaqlaşmanın cəzası

(Qanun. 28:15-68)

14

Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz,



15

ə

vəzində qaydalarıma xor



baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,

16

Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Tox-



umlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.

17

Üzümü



*

25:37 Çıx. 22:25; Qanun. 23:19-20

*

25:39 Çıx. 21:2-6; Qanun. 15:12-18



*

26:1 Lev. 19:4

*

26:1 Çıx. 20:4; Qanun. 5:8;



16:21-22; 27:1

*

26:3 Qanun. 11:13-15



*

26:12 Yez. 37:27; 2Kor. 6:16; V

ə

hy 21:3



LEVİLİLƏR 26:18

101


LEVİLİLƏR 27:8

sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm

sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız.

18

Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat



artıq tənbeh edəcəyəm.

19

Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan



göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki,

20

qüvvətiniz tükənsin; nə torpağınız



məhsul, nə də ağaclarınız meyvə verəcək.

21

Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə



yeddiqat artıq bəla göndərəcəyəm.

22

Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı



öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq.

23

Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz,



24

Mən də sizə qarşı

çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam.

25

Əhdi pozduğunuza



görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba

salacağam ki, düşmənin əlinə düşəsiniz.

26

Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə



çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız.

27

Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız,



28

bu dəfə Mən də

sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm.

29

Oğul və qızlarınızın



ə

tini yeməyə məcbur olacaqsınız.

30

Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox



edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm;

31

şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul



etməyəcəyəm.

32

Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə



gəlsinlər.

33

Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız



viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.

34

O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində



ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq.

35

Orada



yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək.

36

Düşmən



ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən

tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan

kimi qaçıb yıxılacaqlar;

37

büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq;



düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq.

38

Millətlər arasında həlak olacaqsınız,



düşmən torpağı sizi udacaq.

39

Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının



cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər.

40

Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını



etiraf etsələr,

41

– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri



yumşalıb günahlarının əvəzini ödəsələr,

42

* * * o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə



bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.

43

Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq.



Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət et-

dilər.


44

Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd

etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı

Rəbb Mənəm.

45

Mən onların əcdadlarını başqa millətlərin qarşısında onların Allahı olmaq üçün Misir



torpağından çıxaran vaxt bağladığım əhdimi xatırlayacağam; Rəbb Mənəm”».

46

Bunlar Rəbbin Özü ilə İsrail övladları arasında Sina dağında Musa vasitəsilə verdiyi qaydalar,



hökmlər və qanunlardır.

27

Rəbbə təqdimlərin gətirilməsi

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına söylə: “İnsanları Rəbbə həsr edən adam əhdini bu

dəyərlərinə görə ödəyə bilər:

3

Müqəddəs yerdəki şekelin ölçüsünə görə iyirmi yaşından altmış yaşına



qədər kişinin dəyəri əlli şekel gümüş,

4

qadının dəyəri otuz şekeldir;



5

beş yaşından iyirmi yaşına qədər

oğlanın dəyəri iyirmi şekel, qızın isə on şekeldir;

6

bir aydan beş yaşa qədər olan oğlanın dəyəri beş



şekel gümüş, qızın dəyəri isə üç şekel gümüşdür;

7

altmış yaşından yuxarı olan kişinin dəyəri on beş



şekel, qadının isə on şekeldir;

8

ə



gər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa,

qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü

nəyə çatırsa, kahin onun qiymətini təyin etsin.

*

26:42 Yar. 28:13-14



*

26:42 Yar. 26:3-4

*

26:42 Yar. 17:7-8




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə