Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə53/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   49   50   51   52   53   54   55   56   ...   445

LEVİLİLƏR 18:1

93

LEVİLİLƏR 19:8



18

Qadağan olunmuş cinsi münasibətlər

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm.

3

Nə əvvəl yaşadığınız



Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-

ə

nənələrinə əməl edib uymayın;



4

Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara

uyğun yaşayın. Allahınız Rəbb Mənəm.

5

* Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə



yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.

6

Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq* üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm.



7

Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma.

8

* Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur.



9

* Atabir yaxud anabir

bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.

10

Öz oğlunun qızı



yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.

11

Atanın başqa



arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.

12

* Bibinlə cinsi əlaqədə olma,



çünki o, atanın yaxın qohumudur.

13

Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.



14

Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.

15

*

Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.



16

*

Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.



17

* Bir qadının həm özü,

həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları

alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.

18

Arvadın sağ ikən onun



bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.

19

* Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.



20

*

Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.



21

* Övladlarının heç birini Molekə qurban

olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.

22

* Kişi qadınla yaxınlıq etdiyi



kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.

23

* Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə



girib özünü murdarlamasın. Bu, rəzillikdir.

24

Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların



hamısı ilə murdarlanıb,

25

torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb



sakinlərini oradan rədd edirəm.

26

İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma



və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin.

27

Önünüzdəki ölkənin sakinləri



bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar.

28

Əgər siz də bu torpağı murdarlasanız, torpaq



sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq.

29

Buna görə də bu iyrənc



işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.

30

Beləliklə, önünüzdə edilən



iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin.

Allahınız Rəbb Mənəm”».

19

Müqəddəslik və ədalət

1

Rəbb Musaya dedi:



2

* «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki

Mən Allahınız Rəbb müqəddəsəm.

3

* * Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin.



Allahınız Rəbb Mənəm.

4

* * Bütlərətərəfdönməyinvəözünüzətökməallahlardüzəltməyin. Allahınız



Rəbb Mənəm.

5

Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.



6

Qurbanınız kəsilən

gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.

7

Əgər ondan üçüncü gün yeyilsə,



o qurban qəbul olunmaz, iyrənc sayılar.

8

O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar



etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.

*

18:5 Neh. 9:29; Yez. 18:9; 20:11-13; Luka 10:28; Rom. 10:5; Qal. 3:12



*

18:6 Cinsi

ə

laqədə olmaq – hərfi tərcümədə



ayıb yerini açmaq. *

18:8 Lev. 20:11; Qanun. 22:30; 27:20; 1Kor. 5:1

*

18:9 Lev. 20:17; Qanun. 27:22



*

18:12 Lev.

20:19-20

*

18:15 Lev. 20:12



*

18:16 Lev. 20:21

*

18:17 Lev. 20:14; Qanun. 27:23



*

18:19 Lev. 20:18

*

18:20 Lev.



20:10

*

18:21 Lev. 20:1-5



*

18:22 Lev. 20:13

*

18:23 Çıx. 22:19; Lev. 20:15-16; Qanun. 27:21



*

19:2 Lev. 11:44-45; 1Pet.

1:16

*

19:3 Çıx. 20:12; Qanun. 5:16



*

19:3 Çıx. 20:8; Qanun. 5:12

*

19:4 Lev. 26:1



*

19:4 Çıx. 20:23; 34:17; Qanun. 27:15




LEVİLİLƏR 19:9

94

LEVİLİLƏR 20:5



9

* Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları

yığmayın.

10

Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan



məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.

11

* * Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.



12

* Allahınızın adını ləkələməmək üçün

adıma yalandan and içməyin. Rəbb Mənəm.

13

* Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən



özündə saxlama.

14

* Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma.



Allahından qorx. Rəbb Mənəm.

15

* Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-



birinizi ədalətlə mühakimə edin.

16

Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini



istəmə. Rəbb Mənəm.

17

* Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının



cəzasını çəkməyəsən.

18

* Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq



qonşunu özün kimi sev. Rəbb Mənəm.

19

* Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda



iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.

20

Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq



edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil,

21

o kişi isə Rəbbin



önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin.

22

Kahin o kişi üçün işlətdiyi



günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.

23

Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün



üç il haramdır, onu yeməyin.

24

Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün



müqəddəs sayılsın.

25

Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz



üçün artsın. Allahınız Rəbb Mənəm.

26

* * Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin.



27

* Gicgahlarınızı

qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin.

28

Ölülərə görə bədəninizə yara vurmayın,



bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.

29

* Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki,



ölkə əxlaqsızlıqla dolub daşmasın.

30

* Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma



ehtiramla yanaşın. Rəbb Mənəm.

31

* Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız.



Allahınız Rəbb Mənəm.

32

Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb



Mənəm.

33

* Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin.



34

Hamınız onu öz adamınız,

yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində

qərib idiniz. Allahınız Rəbb Mənəm.

35

* Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin.



36

Qoy tərəziniz, çəki daşınız, taxıl

və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb

Mənəm.


37

Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”».

20

İtaətsizliyə görə cəza

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına de: “İsraillilərdən və İsraildə yaşayan yadellilərdən

övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin.

3

Öz



övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o,

Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir.

4

Əgər ölkə xalqı o adamın övladını



Molekə təqdim etdiyini görüb göz yumaraq onu öldürməsə,

5

Mən Özüm həmin adamdan və ailəsindən



üz döndərib onu və onunla birgə Moleklə Mənə xəyanət edən hər kəsi xalqın arasından qovacağam.

*

19:9 Lev. 23:22; Qanun. 24:19-22



*

19:11 Çıx. 20:15; Qanun. 5:19

*

19:11 Çıx. 20:16; Qanun. 5:20



*

19:12 Çıx. 20:7;

Qanun. 5:11; Mat. 5:33

*

19:13 Qanun. 24:14-15



*

19:14 Qanun. 27:18

*

19:15 Çıx. 23:6-8; Qanun. 16:19



*

19:17


Mat. 18:15

*

19:18 Mat. 5:43; 19:19; 22:39; Mark 12:31,33; Luka 10:27; Rom. 13:9; Qal. 5:14; Yaq. 2:8



*

19:19 Qanun. 22:9-11

*

19:26 Yar. 9:4; Lev. 7:26-27; 17:10-14; Qanun. 12:16,23-25; 15:23



*

19:26 Qanun. 18:10

*

19:27 Lev. 21:5; Qanun. 14:1



*

19:29 Qanun. 23:17

*

19:30 Lev. 26:2



*

19:31 Qanun. 18:11; 1Şam. 28:3; 2Pad. 23:4; Yeş. 8:19

*

19:33 Çıx. 22:21; Qanun.



24:17-18; 27:19

*

19:35 Qanun. 25:13-16; Sül. 20:10; Yez. 45:10




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə