LEVİLİLƏR 14:26
90
LEVİLİLƏR 15:15
qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.
26
Kahin zeytun yağından bir
az sol ovcuna töksün
27
və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi
dəfə çiləsin.
28
Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının
baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.
29
Kahin ovcundakı yağın qalan
hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.
30
Sonra bu
adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.
31
Gücü çatan qədər
birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin.
Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».
32
Bu, dərisində cüzamın əlaməti
olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.
Evlərdəki iyrənc kif
33
Rəbb Musaya və Haruna dedi:
34
«Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra
Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,
35
qoy ev sahibi gedib kahinə “evimdə kifə
bənzər bir şey görünüb” deyə xəbər versin.
36
Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki,
evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.
37
Əlamətə baxsın: evin divarlarında
yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,
38
kahin evdən çıxsın və
onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.
39
Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət
evin divarına yayılıbsa,
40
onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə
atılsın.
41
Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara –
həmin murdar yerə töksünlər.
42
Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra
təzə mala götürüb evi malalasınlar.
43
Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,
44
kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın.
45
Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə
atılsın.
46
Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın.
47
O evdə
yeyən yaxud yatan adam geyimlərini yusun.
48
Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan
etsin, çünki kif keçib gedib.
49
O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa
otunu götürüb
50
quşların birini saxsı qabda axar su üzərində kəssin.
51
Sonra kahin sidr ağacının
budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın,
evə yeddi dəfə çiləyərək
52
quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al
rəngli iplə o evi pak etsin.
53
Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi
kəffarə etsin ki, o pak sayılsın».
54
Bu, hər cür cüzam, qotur,
55
geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif,
56
şiş, səpki və ləkə,
57
belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.
15
Xəstəliyə görə bədən axıntıları
1
Rəbb Musaya və Haruna dedi:
2
«İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən
axıntısı olarsa, o murdar sayılsın.
3
Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də
qatılaşsın, o şəxs murdar sayılır.
4
Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın.
5
Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar
sayılsın.
6
Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs
də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
7
Xəstəliyə görə bədən
axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama
qədər murdar sayılsın.
8
Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini
yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın.
9
Xəstəliyə görə bədən axıntısı olan şəxsin
mindiyi hər yəhər murdar sayılsın.
10
Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini
yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini
yusun.
11
Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini
yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
12
Xəstəliyə görə bədən axıntısı olan
şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun.
13
Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini
axar su ilə yusun, sonra pak sayılsın.
14
Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin
hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin.
15
Kahin quşların birini günah
qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə
Rəbbin önündə kəffarə etsin.