Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə47/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   43   44   45   46   47   48   49   50   ...   445

LEVİLİLƏR 7:33

84

LEVİLİLƏR 8:30



qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;

33

həmin sağ bud



ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.

34

Çünki Mən



yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb

kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.

35

Bu, Rəbbə kahinlik etmək



üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının

payıdır;


36

Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları

bu əbədi payı onlara versinlər».

37

Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə



və ünsiyyət qurbanına aid olan

38

Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu



təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi

gündə vermişdi.

8

Harunla oğullarının kahinliyə təqdis olunması

(Çıx. 29:1-37)

1

Rəbb Musaya dedi:



2

«Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün

bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.

3

Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».



4

Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda

5

Musa onlara dedi:



«Rəbbin əmr etdiyi budur».

6

Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.



7

Harunun əyninə xirqəsini

geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun

kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.

8

Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim



və Tummimi yerləşdirdi.

9

Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan



müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

10

Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.



11

Sonra məsh

yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün

məsh etdi.

12

Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh



etdi.

13

Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı



və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

14

Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları



həmin buğanın başına əllərini qoydular.

15

Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurban-



gahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın

altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.

16

Musa heyvanın içalatının



üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək

qurbangahda tüstülədib yandırdı.

17

Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında



yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

18

Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun



başına qoydular.

19

Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.



20

Qoçu parça-parça

doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.

21

Sonra içalatını və budlarını



su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna

gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

22

Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.



23

Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ

ayağının baş barmağına çəkdi.

24

Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq



mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa

heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.

25

Sonra piyini, quyruğunu, içalatının üstündəki



piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.

26

Rəbbin



önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək

kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.

27

O bunların hamısını Rəbbin hüzurunda



yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.

28

Sonra Musa həmin şeyləri onların



ə

llərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı,

Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

29

Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda



yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi

kimi oldu.

30

Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və



geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis

etdi.



LEVİLİLƏR 8:31

85

LEVİLİLƏR 10:3



31

Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla

oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin.

32

Çörəyin və ətin qalan hissələrini yandırın.



33

Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur

çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.

34

Bu



gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi.

35

Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının



girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib».

36

Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər.



9

Harun qurban gətirir

1

Bundan səkkiz gün sonra Musa Harunla oğullarını və İsrail ağsaqqallarını yanına çağırıb



2

Haruna


dedi: «Özün üçün günah qurbanı kimi qüsursuz bir erkək dana və yandırma qurbanı kimi qüsursuz

bir qoç götür və Rəbbin hüzurunda təqdim et.

3

Sonra İsrail övladlarına de: “Günah qurbanı kimi



bir təkə, yandırma qurbanı kimi birillik qüsursuz bir dana və birillik qüsursuz bir toğlu,

4

Rəbbin



hüzurunda kəsilən ünsiyyət qurbanları kimi bir buğa, bir qoç və zeytun yağı ilə yoğrulmuş taxıl

təqdimləri götürün. Çünki bu gün Rəbb sizə görünəcək”».

5

Musanın əmr etdiyi hər şey Hüzur çadırının önünə gətirildi. Sonra bütün icma yaxınlaşıb Rəbbin



hüzurunda durdu.

6

Musa dedi: «Rəbb bu işi əmr etdi ki, siz əməl edəsiniz, onda Rəbbin izzəti sizə



görünəcək».

7

* Musa Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma



qurbanını gətir. Həm özünün, həm də xalqının günahlarını bunlarla kəffarə et. Xalqın qurbanını da

təqdim edərək onların günahını bununla kəffarə et. Rəbb əmr etdiyi kimi olsun».

8

Harun qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olan dananı kəsdi.



9

Onun qanını Harunun

oğulları atalarına təqdim etdilər. Harun barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi;

qanın qalan hissəsini isə qurbangahın altlığına tökdü.

10

Sonra günah qurbanının piyini, böyrəklərini,



qaraciyərini, quyruğa bənzər hissəsini qurbangahda tüstülədib yandırdı. Rəbbin Musaya əmr etdiyi

kimi oldu.

11

Qurbanın əti ilə dərisini düşərgənin kənarında yandırdı.



12

Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına

gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.

13

Parça-parça kəsilən qurbanı və başını Haruna



gətirdilər; o da onları qurbangahda tüstülədib yandırdı.

14

Qurbanın içalatı ilə budlarını yuyaraq



qurbangahda yandırma qurbanı ilə birgə tüstülədib yandırdı.

15

Bundan sonra Harun xalqın qurbanını təqdim etdi. Xalq üçün günah qurbanı olan təkəni götürüb



kəsdi; onu birinci günah qurbanı kimi gətirdi.

16

Yandırma qurbanı üçün heyvan gətirdi və onu



qayda-qanuna uyğun olaraq təqdim etdi.

17

Sonra Harun taxıl təqdimini gətirdi. Səhər təqdim



olunan yandırma qurbanından savayı ovuclarını taxıl təqdimi ilə doldurub qurbangahda tüstülədərək

yandırdı.

18

* Harun xalq üçün ünsiyyət qurbanı olan buğanı və qoçu kəsdi. Harunun oğulları bunların qanını



atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.

19

Buğanın və qoçun piyini, quyruğunu,



içalatı örtən piyini, böyrəklərini, qaraciyərinin quyruğa bənzər hissəsini götürüb

20

döş ətlərini üstünə



qoydular. Harun da bu piyi qurbangahda tüstülədib yandırdı,

21

döş ətlərini isə sağ budları ilə birlikdə



Rəbbin önündə yellədərək təqdim etdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

22

* Harun günah qurbanını, yandırma qurbanını və ünsiyyət qurbanını gətirdikdən sonra əllərini



xalqa doğru uzadıb onlara xeyir-dua verdi. Sonra o aşağı düşdü.

23

Musa ilə Harun Hüzur çadırına girdilər. Sonra onlar çıxıb birlikdə xalqa xeyir-dua verdilər. O



vaxt Rəbbin izzəti bütün xalqa göründü

24

və Rəbbin hüzurundan od çıxıb qurbangahdakı yandırma



qurbanı ilə piyi yandıraraq yox etdi. Bütün xalq bunu görərək sevincdən qışqırıb üzüstə yerə döşəndi.

10

Nadavla Avihunun məhv olması

1

Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və



Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.

2

Rəbb hüzurundan od göndərib



onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər.

3

Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir:



“Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar;

Bütün xalq Məni izzətləndirsin”».

Harun isə susurdu.

*

9:7 İbr. 7:27



*

9:18 Lev. 3:1-11

*

9:22 Say. 6:22-26




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə