Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə46/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   42   43   44   45   46   47   48   49   ...   445

LEVİLİLƏR 5:10

82

LEVİLİLƏR 6:21



digər hissəsini isə qurbangahın altlığına töksün. Bu, günah qurbanıdır.

10

İkinci quş da qayda-qanuna



uyğun olaraq yandırma qurbanı kimi təqdim olunsun. Bununla kahin o adam üçün işlətdiyi günahı

kəffarə etsin ki, o bağışlansın.

11

Əgər o adamın hətta iki qumru quşuna və yaxud iki göyərçinə gücü çatmırsa, qoy işlətdiyi günah



üçün narın undan efanın onda birini günah qurbanı kimi təqdim etsin. Lakin qoy onun üstünə nə

zeytun yağı, nə də kündür qoymasın, çünki bu günah qurbanıdır.

12

Qoy bu adam onu kahinin yanına



gətirsin. Kahin ondan xatirə təqdimi kimi bir ovuc götürüb qurbangahda Rəbb üçün verilən yandırma

təqdimi üzərində tüstülətsin. Bu, günah qurbanıdır.

13

Bununla kahin o adam üçün işlətdiyi hər hansı



bir günahı kəffarə etsin ki, o adam bağışlansın. Qalan hissə taxıl təqdimi kimi kahinə məxsus olsun”».

Təqsir qurbanı

14

Rəbb Musaya dedi:



15

«Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs

təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə

münasib gümüş şekellə qiymətləndirilməlidir.

16

Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam



ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla

kəffarə etsin ki, o bağışlansın.

17

Əgər bir nəfər günah işlədib etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini pozarsa və



bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir.

18

Qoy o, kahinin yanına təqsir qurbanı



olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onun bilmədən törətdiyi günahı

kəffarə etsin ki, o bağışlansın.

19

Bu, təqsir qurbanıdır. Həmin adam Rəbbin qarşısında təqsirkar



olmuşdur».

6

1



* Rəbb Musaya dedi:

2

«Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov



qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə,

3

itmiş



bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini

edərsə,


4

o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi,

özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı

5

yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə



beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın.

6

Bu adam Rəbbin



qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir

qoç gətirsin.

7

Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə



kəffarə etsin ki, o bağışlansın».

Kahinlər üçün təlimat: yandırma qurbanı

8

Rəbb Musaya dedi:



9

«Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat

budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy

sönmədən yansın.

10

Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda



yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun.

11

Sonra



kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün.

12

Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma



qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın.

13

Qoy bu od qurbangahda



daima yansın və sönməsin.

Taxıl təqdimi

14

Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın



qabağında təqdim etsinlər.

15

Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və



üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə

təqdimidir.

16

Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur



çadırının həyətində mayasız çörək kimi yesinlər.

17

Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə



gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir

qurbanı kimi ən müqəddəsdir.

18

Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə



gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs

sayılar”».



Təqdis təqdimi

19

Rəbb Musaya dedi:



20

«Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim

budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam,

21

zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb



*

6:1 Say. 5:5-8




LEVİLİLƏR 6:22

83

LEVİLİLƏR 7:32



təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir.

22

Harun nəslindən yerinə keçən məsh edilmiş kahin



onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın.

23

Kahinin



gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir».

Günah qurbanı

24

Rəbb Musaya dedi:



25

«Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur.

Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir.

26

Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin.



27

Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa,

o geyim müqəddəs bir yerdə yuyulsun.

28

Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda



bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın.

29

Kahin nəslindən hər kişi onu yesin; o ən



müqəddəsdir.

30

Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən



günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın.

7

Təqsir qurbanı

1

Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir.



2

Təqsir qurbanı yandırma qurbanları

kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin.

3

Onun bütün piyini



təqdim etsin: quyruğunu, içalatı örtən piyi,

4

belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin



quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.

5

Qoy kahin bunu Rəbb üçün



yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır.

6

Ətini kahin



nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.

7

Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla



kəffarə edən kahinə məxsus olsun.

8

Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin



qurbanı təqdim edən kahinə məxsus olsun.

9

Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda



hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.

10

Zeytun yağı ilə yoğrulmuş



yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.

Ünsiyyət qurbanı

11

Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur.



12

Əgər kimsə onu təşəkkür

etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı

sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin.

13

Bundan


ə

lavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin.

14

Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının



qanını səpən kahinə məxsus olsun.

15

Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən



gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.

16

Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti



kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,

17

lakin üçüncü günə qalan qurbanlıq



ə

ti yandırılsın.

18

Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam



qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını

çəkər.


19

Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam

murdar ətdən başqa hər cür ət yeyə bilər;

20

murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini



yeyən hər kəs xalqı arasından qovulsun.

21

Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan



murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da

Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».



Xalq üçün qurbanlara aid olan təlimat

22

Rəbb Musaya dedi:



23

«İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.

24

Təbii


yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu

qətiyyən yemək olmaz.

25

Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər



kəs xalqı arasından qovulsun.

26

* Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını



yeməyin;

27

qan yeyən hər kəs xalqı arasından qovulsun”».



28

Rəbb Musaya dedi:

29

«İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs



onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin.

30

Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi



olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin.

31

Kahin



piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun.

32

Ünsiyyət



*

7:26 Yar. 9:4; Lev. 17:10-14; 19:26; Qanun. 12:16,23-25; 15:23




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə