LEVİLİLƏR 10:4
86
LEVİLİLƏR 11:23
4
Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qar-
daşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun».
5
Musa bu sözü
deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular.
6
Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı
dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün
İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.
7
Hüzur çadırının girişindən kənara
çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi
etdilər.
Kahinlər üçün təlimat
8
Rəbb Haruna dedi:
9
«Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib
girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
10
* Müqəddəslə adi
şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun.
11
Mənim Musa vasitəsilə bəyan
etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin».
12
* Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma
təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin,
çünki bu ən müqəddəsdir.
13
Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün
verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür.
14
* Yellədilən döş ətini və
qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının
ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb.
15
Qaldırılan bud ətini və yellədilən
döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və
övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir».
16
* Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan
oğullarına – Eleazara və İtamara qəzəblənib dedi:
17
«Siz nə üçün günah qurbanını müqəddəs sayılan
yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının
cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz.
18
Təkənin qanı içəri,
Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli
idiniz».
19
Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim
olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə
məqbul olardımı?»
20
Musa bunu eşidib razılaşdı.
11
Əti yeyilən və yeyilməyən heyvanlar
(Qanun. 14:3-21)
1
Rəbb Musa ilə Haruna belə dedi:
2
«İsrail övladlarına belə deyin: “Quruda yaşayan heyvanlardan
belələrinin ətini yemək olar.
3
Hər hansı qoşadırnaqlı gövşəyən heyvanın ətini yeyə bilərsiniz.
4
Lakin gövşəyən yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: dəvə, çünki o gövşəsə də,
qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır;
5
qayadovşanı, çünki o gövşəsə də qoşadırnaqlı
deyil, buna görə də sizin üçün haramdır;
6
dovşan, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə
də sizin üçün haramdır;
7
donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün
haramdır.
8
Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır.
9
Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların
hamısını yeyə bilərsiniz.
10
Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan
üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun.
11
Onların ətini yeməyin
və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun.
12
Sularda üzgəcləri və pulcuqları olmayanların
hamısı sizin üçün iyrənc olsun.
13
Quşlardan bunları iyrənc olduğuna görə yeməyin: qartal, keçələkərkəs, qaraquş,
14
çalağan, bütün
şahin cinsindən olanlar,
15
bütün qarğa cinsindən olanlar,
16
dəvəquşu, bayquş, qağayı, bütün qırğı
cinsindən olanlar,
17
yapalaq, qarabatdaq, böyük bayquş,
18
ağ bayquş, qutan, leş kərkəsi,
19
leylək,
bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.
20
Dördayaqla gəzən, qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun.
21
Lakin
dördayaqla gəzən, qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları
yeyə bilərsiniz;
22
onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları,
bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar.
23
Bütün digər
dördayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun.
*
10:10 Yez. 22:26; 44:23
*
10:12 Lev. 6:14-18
*
10:14 Lev. 7:30-34
*
10:16 Lev. 6:24-26
LEVİLİLƏR 11:24
87
LEVİLİLƏR 13:3
24
Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama
qədər murdar sayılsın.
25
Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun;
axşama qədər murdar sayılsın.
26
Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin
üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın.
27
Pəncələri üstündə yeriyən
dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar
sayılsın.
28
Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar
sizin üçün murdar sayılsın.
29
Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər
növ kərtənkələ,
30
gekkon, varan, kərtəncik, kələz, buqələmun.
31
Bunlar bütün qaynaşan heyvanlar
arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın.
32
Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya
nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın.
33
Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın.
34
Belə
bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır.
35
O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq
sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun.
36
Ancaq su bulağı yaxud su anbarı pak
sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın.
37
Bunlardan birinin leşi əkin üçün
ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın.
38
Amma leş suya salınmış toxumun üstünə
düşərsə, toxum sizin üçün murdar olsun.
39
Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar
sayılsın.
40
O heyvanın leşindən yeyən adam geyimini yusun və axşama qədər murdar sayılsın. Leşini
daşıyan adam da geyimləri yusun və axşama qədər murdar sayılsın.
41
Yer üzündə sürünən hər qaynaşan heyvan sizin üçün iyrənc olsun; onu yeməyin.
42
İstər qarnı
üstündə, istər dörd ayağı ilə sürünən ya da yer üzündəki çoxayaqlı olan qaynaşan heyvanlardan
yeməyin, çünki onlar iyrəncdir.
43
Qaynaşan heyvanların heç biri ilə özünüzü iyrənc edib murdar-
lamayın, çünki onlara görə siz murdar olarsınız.
44
* Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm;
özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin.
45
Çünki Allahınız olmaq üçün
sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm”».
46
Heyvan, quş, sularda üzən hər cür canlı məxluq, yer üzündə qaynaşan hər cür heyvan haqqında
təlimat budur.
47
Bununla pakla murdar şeylər arasında, yeyilən və yeyilməyən heyvanlar arasında
fərq qoyulur.
12
Zahı qadınlar üçün qaydalar
1
Rəbb Musaya dedi:
2
«İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı,
murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın.
3
* Səkkizinci gün uşaq sünnət olunsun.
4
Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər
qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır.
5
Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün
ə
lavə olaraq altmış altı gün gözləsin.
6
Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik
toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi
gətirsin.
7
Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan
axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur.
8
* Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah
qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə
etsin ki, o pak olsun”».
13
Cüzam və dəri xəstəlikləri
1
Rəbb Musaya və Haruna dedi:
2
«Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib
dəridə cüzam * kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən
olan kahinlərin birinin yanına gətirilsin.
3
Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri
*
11:44 Lev. 19:2; 1Pet. 1:16
*
12:3 Yar. 17:12; Luka 1:59; 2:21
*
12:8 Luka 2:24
*
13:2 Cüzam – yaxud iyr
ə
nc dəri
xəstəliyi.