Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə43/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   39   40   41   42   43   44   45   46   ...   445

ÇIXIŞ 39:8

77

ÇIXIŞ 40:10



8

Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş

incə kətandan düzəltdilər.

9

Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış



düzəldildi.

10

Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd;



11

ikinci sıra firuzə, göy

yaqut və almaz;

12

üçüncü sıra sirkon, əqiq və ametist;



13

dördüncü sıra sarı yaqut, damarlı əqiq və

yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı.

14

Daşlar İsrailin oğullarının adlarına görə



on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.

15

Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar.



16

İki hörmə qızıl sağanaq və

iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar.

17

İki qızıl ipi döşlüyün uclarındakı



iki halqaya taxdılar.

18

İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq



tərəfinə bağladılar.

19

Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla



yanaşı iç qatına taxdılar.

20

Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq



tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər.

21

Döşlüyü halqaları ilə efodun



halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan

sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.



Kahinlərin digər geyimlərinin düzəldilməsi

(Çıx. 28:31-43)

22

Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər.



23

Onun ortasında baş keçirmək

üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.

24

Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar



düzdülər.

25

Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər.



26

Beləcə


xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi

kimi oldu.

27

Harun və oğulları üçün toxunma incə kətan xirqələri,



28

nəfis toxunmuş incə kətandan çalma,

incə kətan papaqları, əyirmə incə kətan alt paltarı,

29

nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd



qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

30

Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq



«Rəbbə həsr edilmiş» yazısını yazdılar.

31

Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan



tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

İşin tamamlanması

(Çıx. 35:10-19)

32

Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə



ə

mr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.

33

Müqəddəs məskəni Musanın qarşısına



gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,

34

qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini,



35

Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını,

36

masanı və onun ləvazimatını; təqdis



çörəklərini,

37

xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını,



38

qızıl qurbangahını,

məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini,

39

tunc qurbangahını, onun üçün tunc şəbəkəni,



onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını,

40

həyətin pərdələrini, dirəklərini



və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və

məskənin ibadəti üçün bütün əşyaları,

41

müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin



Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona

gətirdilər.

42

Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.



43

Musa


bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara

xeyir-dua verdi.

40

Hüzur çadırının qurulması və təqdis olunması

1

Rəbb Musaya dedi:



2

«Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.

3

Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.



4

Sonra masanı gətir, üstünə əşyaları düz.

Çıraqdanı gətir, çıraqları da quraşdır.

5

Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına



qoy. Məskənin giriş arakəsməsini də qur.

6

Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında



yerləşdir.

7

Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.



8

Ətrafında həyət qur və

həyətin darvazasının arakəsməsini as.

9

Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün



avadanlığını təqdis et ki, müqəddəs olsun.

10

Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun




ÇIXIŞ 40:11

78

ÇIXIŞ 40:38



avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.

11

Ləyənlə altlığını məsh edib



təqdis et.

12

Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.



13

Haruna müqəddəs

geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.

14

Sonra Harunun oğullarını



təqdim et və onlara xirqələr geyindir.

15

Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə



kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».

16

Rəbb Musaya necə



ə

mr etmişdisə, o da bu cür etdi.

17

İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən



quruldu.

18

Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini



dikəltdi.

19

Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya



ə

mr etdiyi kimi oldu.

20

Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri



sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.

21

Sandığı məskənin içinə gətirdi və



arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

22

Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.



23

Onun


üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

24

Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.



25

Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

26

Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;



27

onun üstündə ətirli

buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

28

Məskənin girişində arakəsməni qurdu.



29

Yandırma qurbanları üçün qurulan qurbangahı

məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini

gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

30

Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.



31

Musa,


Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.

32

Onlar Hüzur çadırına girdikləri və qurbangaha



yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

33

Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə,



Musa işləri bitirdi.

Rəbbin izzəti

(Say. 9:15-23)

34

* O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.



35

Musa Hüzur çadırına

girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.

36

* İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;



37

bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.

38

Səfərləri boyu bütün İsrail xalqının



gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.

*

40:34 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4; Yez. 43:4-5; V



ə

hy 15:8 *

40:36 Say. 9:17



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə