Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə54/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   50   51   52   53   54   55   56   57   ...   445

LEVİLİLƏR 20:6

95

LEVİLİLƏR 21:12



6

Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın

arasından qovacağam.

7

Buna görə də özünüzü təqdis edin və müqəddəs olun, çünki Allahınız Rəbb



Mənəm.

8

Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm.



9

* Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət

etdiyi üçün qanının tökülməyinə özü baisdir.

10

* Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla



birlikdə öldürülməlidir.

11

* Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur.



Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir.

12

* Gəlini ilə



yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının

tökülməyinə özləri baisdir.

13

* Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi



iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir.

14

* Qadınla bərabər



anasını arvad alan kişi əxlaqsızlıq edər; aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da

yandırılsın.

15

* Heyvanla cinsi əlaqəyə girən kişi öldürülməlidir; heyvan isə kəsilməlidir.



16

Hər hansı

bir heyvanla cinsi əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə

özləri baisdir.

17

* Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi



ə

laqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi

cəzasını çəkər.

18

* Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib onunla cinsi əlaqədə olarsa, qadının



qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalqı

arasından qovulsun.

19

* Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq



edənlər cəzasını çəkərlər.

20

Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış



olur; ikisi də günahının cəzasını çəkərək övladları olmadan öləcəklər.

21

* Qardaşı arvadını alan kişi



qardaşının namusunu tapdalayaraq murdar iş görür; onlar sonsuz qalacaqlar.

22

Siz Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq



sizi rədd etməsin.

23

Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri



etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər.

24

Mən sizə dedim ki, onların torpağına siz sahib



olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm. Sizi digər xalqlardan ayıran

Allahınız Rəbb Mənəm.

25

Beləliklə, siz pak və murdar heyvan və quşları bir-birindən ayırd edin. Sizin



üçün ayırd etdiyim murdar sayılan heyvanlar yaxud quşlar ya da yerdə sürünən məxluqlarla özünüzü

iyrənc etməyin.

26

Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər



xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız.

27

Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir, onlar daşqalaq olmalıdır. Bunlar



qanlarının tökülməyinə özləri baisdir”».

21

Kahinlərə aid qanunlar

1

Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı



arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin;

2

ancaq kahinin yaxın qohumu



– anası, atası, oğlu, qızı, qardaşı

3

* yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə



özünü murdar etməsin.

4

Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.



5

* Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin,

bədənlərinə də yara vurmasınlar,

6

özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını



ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə

də müqəddəs olsunlar.

7

Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad



almasın, çünki kahin Allahı üçün müqəddəsdir.

8

Onu müqəddəs say, çünki Allahına gətirilən payı



təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm.

9

Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.



10

Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən

vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın.

11

Bu kahin heç bir



meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin.

12

O, Müqəddəs məkanı tərk etməsin



*

20:9 Çıx. 21:17; Mat. 15:4; Mark 7:10

*

20:10 Çıx. 20:14; Lev. 18:20; Qanun. 5:18



*

20:11 Lev. 18:8; Qanun. 22:30; 27:20; 1Kor.

5:1

*

20:12 Lev. 18:15



*

20:13 Lev. 18:22

*

20:14 Lev. 18:17; Qanun. 27:23



*

20:15 Çıx. 22:19; Lev. 18:23; Qanun. 27:21

*

20:17 Lev. 18:9; Qanun. 27:22



*

20:18 Lev. 18:19

*

20:19 Lev. 18:12-14



*

20:21 Lev. 18:16

*

21:3 Yez. 44:25



*

21:5 Lev. 19:27-28; Qanun. 14:1




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə