Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə55/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   51   52   53   54   55   56   57   58   ...   445

LEVİLİLƏR 21:13

96

LEVİLİLƏR 22:30



və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb

Mənəm.


13

Bu kahin bakirə qız alsın;

14

* dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız



öz xalqından olan bakirə qız alsın ki,

15

onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən



Rəbb Mənəm”».

16

Rəbb Musaya dedi:



17

«Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam

Allahına pay təqdim etmək üçün yaxınlaşmasın.

18

Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın:



nə kor, nə axsaq, nə eybəcər, nə əlil,

19

nə əl-ayağından şikəst,



20

nə qozbel, nə cırtdanboy, nə

gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam,

21

yəni kahin Harunun nəslindən



bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun

bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın.

22

Belə adam



Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər.

23

Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın



ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».

24

Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.



22

Təqdimlərin və qurbanların müqəddəsliyi

1

Rəbb Musaya dedi:



2

«Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri

müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.

3

Onlara



de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda

yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.

4

Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana



qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən

hər kəs,


5

onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər

kəs də –

6

belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs



yeməkdən yeməsin.

7

Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki



bu onun xörəyidir.

8

Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın



ə

tini yesin. Rəbb Mənəm.

9

Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının



cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.

10

Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin.



11

Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər.

12

Kənar adama ərə



gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin.

13

Amma dul qalmış və ya boşanmış, sonsuz



qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin

heç bir kənar şəxs ondan yeyə bilməz.

14

Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə



edərək əvəzini kahinə qaytarsın.

15

Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs



yeməyi ləkələməsinlər.

16

Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına



qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».

17

Rəbb Musaya dedi:



18

«Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından

yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə

görə təqdim və hər könüllü təqdim

19

sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən



qüsursuz erkək olsun.

20

* Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.



21

Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən

ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir

qüsur olmasın.

22

Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb



üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.

23

Mal-qaradan yaxud qoyun-



keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul

olunmaz.


24

Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin,

ölkənizdə buna yol verməyin.

25

Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim



etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».

26

Rəbb Musaya dedi:



27

«Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın.

Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər.

28

Nə inək, nə qoyun,



nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin.

29

Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki,



o sizdən Rəbbə məqbul olsun.

30

Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb



Mənəm.

*

21:14 Yez. 44:22



*

22:20 Qanun. 17:1




LEVİLİLƏR 22:31

97

LEVİLİLƏR 23:28



31

Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.

32

Mənim müqəddəs adımı ləkələməyin. Qoy



İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.

33

Allahınız olmaq üçün



sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».

23

Rəbbin bayramları

1

Rəbb Musaya dedi:



2

«İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim

bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:

Şənbə istirahət günü

3

* Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy



Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.

Pasxa və Mayasız Çörək bayramları

(Çıx. 12:14-20; Say. 28:16-25; Qanun. 16:1-8)

4

Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.



5

* Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.

6

Həmin ayın on beşi Rəbbin Mayasız



Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin.

7

Birinci gün müqəddəs toplantınız olsun; gündəlik



işlərinizi görməyin.

8

Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə



müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”».

İlk dərzin həsr olunması bayramı

9

Rəbb Musaya belə dedi:



10

«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman

məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin.

11

O, dərzi Rəbbin hüzurunda



yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin.

12

Dərzi



yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin.

13

Toğlu ilə birlikdə



taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin.

Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın

dörddə birini gətirin.

14

Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə



qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi

qayda olsun.



Biçin bayramı

(Say. 28:26-31; Qanun. 16:9-12)

15

* Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə,



16

yeddinci


Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.

17

Yaşadığınız hər



yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə

çörəyi Rəbbə nübar təqdimi gətirin.

18

Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç



təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır,

Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

19

Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı



üçün isə iki birillik toğlu gətirin.

20

Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda



yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun.

21

Həmin gün özünüz üçün



müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-

nəslə sizin üçün əbədi qayda olsun.

22

* Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları



yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».

Şeypur çalınma günü

(Say. 29:1-6)

23

Rəbb Musaya dedi:



24

«İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət

günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.

25

O gün heç bir gündəlik



iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».

Kəffarə günü

(Lev. 16:2-34; Say. 29:7-11)

26

Rəbb Musaya dedi:



27

* «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs

toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.

28

Həmin



*

23:3 Çıx. 20:8-10; 23:12; 31:15; 34:21; 35:2; Qanun. 5:12-14

*

23:5 Çıx. 12:1-13; Qanun. 16:1-2



*

23:15 Çıx. 23:16; 34:22

*

23:22 Lev. 19:9-10; Qanun. 24:19-22



*

23:27 Lev. 16:29-34; Say. 29:7




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə