Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə58/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   54   55   56   57   58   59   60   61   ...   445

LEVİLİLƏR 27:9

102


LEVİLİLƏR 27:34

9

Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən



hər baş heyvan müqəddəs sayılır.

10

O adam heyvanı dəyişdirməsin. Nə pisi yaxşı ilə, nə yaxşını



pislə əvəz etməsin. Əgər o, heyvanı dəyişdirirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın.

11

Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy o



heyvanı kahinin yanına gətirib ona göstərsin;

12

kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin



və dəyəri onun təyin etdiyinə görə olsun.

13

Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy



o dəyərinə beşdə biri qədər əlavə edərək ödəsin.

14

Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə kahin evi yaxşı ya pis olduğuna



görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın.

15

Əgər o adam evini geri satın almaq



istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın.

16

Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə



bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun.

17

Əgər o adam tarlasını Azadlıq ilindən



başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın.

18

Əgər tarlasını Azadlıq ilindən sonra təqdis



edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri

belə aşağı salınsın.

19

Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə



dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın.

20

Əgər tarlanı geri satın almadan



başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz.

21

O tarla Azadlıq ilində azad olanda



həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun.

22

Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə,



23

qoy kahin

onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş

bir şey kimi versin.

24

Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın.



25

Bütün


dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.

26

Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər



mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir.

27

Əgər murdar heyvanın balası olsa, onu gətirən



adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa,

dəyərinə satılsın.

28

* Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb



üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə

həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir.

29

Məhv edilməyə həsr olunmuş hər kəs geri satın



alınmamalıdır, hamısı öldürülməlidir.

30

* Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə



Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.

31

Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq



istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin.

32

Bütün mal-qaradan, qoyun-keçidən onda bir



hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın.

33

Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin.



Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”».

34

Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.



*

27:28 Say. 18:14

*

27:30 Say. 18:21; Qanun. 14:22-29




SAYLAR 1:1

103


SAYLAR 1:21

SAYLAR


KİTABI

GİRİŞ


«Saylar» Kitabı İsrail xalqının Sina dağını tərk etdiyi vaxtdan Allahın onlara vəd etdiyi ölkənin şərq

sərhədinə çatdıqları vaxta qədər qırx illik tarixi əhatə edir. Kitab İsraillilərin mühüm bir işinin adı ilə

bağlıdır: Musa peyğəmbərin İsrail xalqı ilə yola düşməzdən əvvəl Sina dağında İsrail xalqını siyahıya

alması və bir nəsil böyüdükdən sonra İordan çayının şərqində – Moavda yenə də İsrail xalqını siyahıya

alması. İki siyahıyaalma dövrü arasında İsraillilər Kənanın cənub sərhədinə – Qadeşə getdilər, amma

vəd olunmuş ölkəyə girə bilmədilər. Onlar həmin ərazidə uzun illər qaldıqdan sonra İordan çayının

şərqinə getdilər. Xalqın bir hissəsi burada məskunlaşdı, qalan hissəsi isə Kənana daxil olmaq üçün

İordan çayını keçməyə hazırlaşdı.



«Saylar» Kitabı çətinliklər qarşısında ruhdan düşən və qorxan, Allaha və Onun göndərdiyi elçiyə

– Musaya qarşı üsyankar olan xalqın salnaməsidir. Xalq dəfələrlə Allaha zəif iman və itaətsizlik

göstərməsinə baxmayaraq, O Öz xalqına sədaqətli olmuş və ona davamlı qayğı göstərmişdir.

Kitabın məzmunu:

1:1–9:23 İsraillilərin Sina dağını tərk etməyə hazırlaşması

1:1–4:49 Birinci siyahıyaalma

5:1–8:26 Müxtəlif qanun və qaydalar

9:1-23 İkinci Pasxa

10:1–21:35 Sina dağından Moava

22:1–32:42 Moavda baş vermiş hadisələr

33:1-49 Misirdən Moava səyahətin yekunu

33:50–36:13 İordan çayını keçməzdən əvvəl Rəbbin verdiyi öyüd-nəsihətlər



İsrail övladlarının ilk dəfə siyahıya alınması

1

* İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında,



Hüzur çadırında Rəbb Musaya belə dedi:

2

«Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə



birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın.

3

İsraildə iyirmi və ondan yuxarı



yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız.

4

Sizinlə bərabər



hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır.

5

Sizə kömək edəcək adamlar bunlardır:



Ruven qəbiləsindən: Şedeur oğlu Elisur;

6

Şimeondan: Surişadday oğlu Şelumiel;



7

Yəhudadan: Amminadav oğlu Naxşon;

8

İssakardan: Suar oğlu Netanel;



9

Zevulundan: Xelon oğlu Eliav;

10

Yusif övladlarından:



Efrayimdən: Ammihud oğlu Elişama;

Menaşşedən: Pedahsur oğlu Qamliel;

11

Binyamindən: Gidoni oğlu Avidan;



12

Dandan: Ammişadday oğlu Axiezer;

13

Aşerdən: Okran oğlu Pagiel;



14

Qaddan: Deuel oğlu Elyasaf;

15

Naftalidən: Enan oğlu Axira».



16

Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa

başçıları idilər.

17

Musa ilə Harun adları göstərilən bu adamları apardılar.



18

İkinci ayın birinci

günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan

yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar.

19

Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı



elə də siyahıya aldılar.

20

İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi



mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.

21

Ruven qəbiləsindən 46



500 nəfər siyahıya alındı.

*

1:1 Say. 26:1-51




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə