Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə36/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   32   33   34   35   36   37   38   39   ...   445

ÇIXIŞ 24:1

64

ÇIXIŞ 25:26



1

Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin

yanına çıxın. Uzaqdan səcdə edin.

2

Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri



yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın».

3

Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib



dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik».

4

Musa Rəbbin bütün sözlərini yazdı. O,



səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu.

5

Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq



buğalar kəsdirdi.

6

Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını



isə qurbangahın üstünə səpdi.

7

O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin



söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!»

8

* * Sonra Musa qanı götürüb xalqın üstünə



səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».

9

Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb,



10

İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi

aydın bir şey var idi.

11

Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər.



12

Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və

ə

mrləri yazdığım daş lövhələri sənə verim».



13

Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq

üçün qalxdı.

14

Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur



yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər».

15

Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü.



16

Rəbbin izzəti Sina dağının üstündə

məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı.

17

Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü.



18

*

Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı.



25

Müqəddəs məskən üçün ianələr

(Çıx. 35:4-9)

1

Rəbb Musaya dedi:



2

«Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən

hər bir adamdan ianəni qəbul edin.

3

Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc,



4

bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,

5

qırmızı boyanmış qoç dəriləri, suiti



dəriləri, əbrişim ağacı,

6

çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,



7

efodla


döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.

8

Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım.



9

Mənim məskənimi və

onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.

Əhd sandığı

(Çıx. 37:1-9)

10

Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündür-



lüyü qulac yarım olsun.

11

Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy.



12

Sandıq


üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı

isə o biri yanına bərkit.

13

Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört.



14

Sandığı daşımaq

üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir.

15

Şüvüllər sandığın halqalarında qalıb oradan



ayrılmasın.

16

Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy.



17

Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun.

18

Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt.



19

Bir keruv qapağın

bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir

hissədən olsun.

20

Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların



üzləri bir-birinə qarşı qapağa doğru olsun.

21

Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim



şəhadət lövhələrini isə sandığın içinə qoy.

22

Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının



üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi

söyləyəcəyəm.



Təqdis çörəkləri üçün masanın quruluşu

(Çıx. 37:10-16)

23

Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım



olsun.

24

Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy.



25

Ətrafında eni bir ovuc olan yan lövhələri

düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy.

26

Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun



*

24:8 İbr. 9:19-20

*

24:8 Mat. 26:28; Mark 14:24; Luka 22:20; 1Kor. 11:25; İbr. 9:20; 10:29



*

24:18 Qanun. 9:9




ÇIXIŞ 25:27

65

ÇIXIŞ 26:33



dörd küncünə, dörd ayağına bərkit.

27

Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin



keçdiyi yerlər olsun.

28

Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi



ilə aparılsın.

29

Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar



və piyalələr düzəlt.

30

* Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.



Qızıl çıraqdan

(Çıx. 37:17-24)

31

Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi,



kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun.

32

Çıraqdanın yanlarından altı budaq –



onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın.

33

Hər bir budağında badam çiçəyinə



bənzər üç kasacıq, qönçə və gül olsun.

34

Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd



kasacıq, qönçə və gül olsun.

35

Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir



qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun.

36

Qönçələr və budaqlar



onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun.

37

Onun



üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın.

38

Maşaları və



xəkəndazları da xalis qızıldan olsun.

39

Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan



düzəldilsin.

40

* Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.



26

Müqəddəs məskən

(Çıx. 36:8-38)

1

Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd



qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt.

2

Hər pərdənin uzunluğu



iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun.

3

Pərdələrdən



beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin.

4

Bir birləşmənin ucunda olan



pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında

da eyni şəkildə ilgəklər düzəlt.

5

Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara



uyğun gələn əlli ilgək düzəlt.

6

Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir



ki, məskən bütöv olsun.

7

Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt.



8

Hər pərdənin uzunluğu otuz

qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun.

9

Beş pərdəni ayrıca və altı pərdəni



ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla.

10

Bir birləşmənin qıraq pərdəsinin



kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt.

11

Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun.



12

Çadırın


pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla.

13

Çadırın pərdələrinin



uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən

sallansın.

14

Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti



dərilərindən bir pərdə düzəlt.

15

Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt.



16

Hər çərçivənin

uzunluğu on qulac, eni isə qulac yarım olsun.

17

Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana*



olsun; məskənin bütün çərçivələrini belə düzəlt.

18

Məskənin cənub tərəfi üçün iyirmi çərçivə



19

onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq



olsun.

20

Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə



21

və qırx gümüş altlıq, hər çərçivənin altında

iki altlıq olsun.

22

Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt.



23

Məskənin arxa küncləri

üçün isə iki çərçivə düzəlt ki,

24

bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc



üçün elə iki çərçivə olsun.

25

Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki



altlıq olsun.

26

Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül,



27

məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun.

28

Orta şüvül çərçivələrin



ortasından bir ucdan o biri uca qədər uzansın.

29

Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları



qızıldan düzəlt; şüvülləri də qızılla ört.

30

Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur.



31

Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə

keruvlar şəklində naxışla düzəlt.

32

Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim



ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun.

33

* Pərdəni



bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən

*

25:30 Lev. 24:5-8



*

25:40 H


ə

v. 7:44; İbr. 8:5 *

26:17 Zivana – bir şeyin iki parçasını bir-birin

ə

bənd edən içiboş



mil. *

26:33 İbr. 6:19; 9:3-5




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə