Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə27/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   23   24   25   26   27   28   29   30   ...   445

ÇIXIŞ 3:7

46

ÇIXIŞ 4:16

7

Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən



etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.

8

Mən ona görə gəldim ki, onları Misirlilərin



ə

lindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa –

Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım.

9

İndi



isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm.

10

Buna görə



də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan».

11

Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?»



12

Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən

çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz».

13

* Musa Allaha dedi: «İsrail övladlarının yanına



gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs

Onun adı nədir?” Onda mən nə deyim?»

14

* Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi:



«İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”».

15

* O yenə Musaya



dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı

Rəbb* məni sizin yanınıza göndərdi”. Əbədi olaraq adım budur. Nəsildən-nəslə anılan ismim budur.

16

Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın



və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin

hamısı nəzərimdədir.

17

Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin,



Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”.

18

İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına



gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol

gedək və orada Allahımız Rəbbə qurban gətirək”.

19

Amma bilirəm ki, Misir padşahı qüdrətli əl



vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək.

20

Mən də əlimi uzadıb orada hər cür



xariqələrimi göstərərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq.

21

* Bu xalqa



qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz.

22

Hər



qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul

və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız».

4

Allahın Musaya verdiyi əlamətlər

1

Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə



görünməyib” deyəcəklər?»

2

Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».



3

Rəbb dedi: «Onu yerə at». Musa onu

yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı.

4

Rəbb Musaya dedi: «Əlini uzadıb onun



quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu.

5

Sonra Rəbb dedi: «Bu əlamət



ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin

sənə göründüyünə inansınlar».

6

Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda,



ə

li cüzama* tutulub qar kimi ağappaq oldu.

7

Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə



ə

lini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu.

8

Rəbb davam etdi:



«Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər.

9

Bu iki



ə

lamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan

götürdüyün su quruda qana çevriləcək».

10

Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq



olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam».

11

Rəbb ona dedi: «Ağzı insana kim verib?



İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?

12

İndi get, Mən ağzınla



danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm».

13

Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər».



14

Rəbb Musaya qəzəblənib dedi:

«Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni

görəndə ürəkdən sevinəcək.

15

Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və



onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm.

16

Sənin əvəzinə xalqla Harun danışacaq. O



*

3:13 Çıx. 6:2-3

*

3:14 Y


ə

h. 8:24,28,58; Vəhy 1:4,8 *

3:15 Mat. 22:32; Mark 12:26; Luka 20:37; H

ə

v. 3:13 *



3:15

R

ə



bb – ibrani mətnində Yahve olan bu sözü Odur kimi də demək olar. Bu söz səs və məna cəhətindən

3:14-də Mənəm – ibrani mətnində Ehye sözü ilə əlaqəlidir. *

3:21 Çıx. 12:35-36

*

4:6 Cüzam – yaxud iyr



ə

nc

dəri xəstəliyi.




ÇIXIŞ 4:17

47

ÇIXIŞ 5:21



sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan.

17

Bu əsanı əlinə götür; onunla əlamətlər



göstərəcəksən».

Musanın Misirə qayıtması

18

Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki



xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get».

19

Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların



hamısı ölüb».

20

Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə



götürüb Misirə yollandı.

21

Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun



hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq.

22

Firona söyləyəcəksən: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir.



23

* Sənə dedim ki,

Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin

ilk oğlunu öldürəcəyəm”».

24

Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi.



25

O zaman Sippora çaxmaq

daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim

qan adaxlımsan».

26

Beləliklə, Rəbb ondan əl çəkdi.



Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi.

Musa və Harun İsrail ağsaqqallarının yanında

27

Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında



qardaşına rast gəldi və onunla öpüşdü.

28

Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin



bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı.

29

Musa



və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar.

30

Harun Rəbbin Musaya söylədiyi



sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi.

31

Xalq bunlara inandı. Onlar



Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər.

5

Musa və Harun fironun sarayında

1

Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki,



səhrada Mənim üçün bayram keçirsinlər!”»

2

Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb



İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram».

3

Onlar dedilər:



«İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək

ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin».

4

Misir padşahı onlara dedi: «Ey Musa və



Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün».

5

Sonra firon dedi: «Artıq ölkədə xalq



çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz».

Fironun İsrail xalqına qarşı qəddarlığı

6

Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi:



7

«İndiyə kimi etdiyinizdən

fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar.

8

Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar



tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər.

9

Bu adamlara



daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər».

10

Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: «Firon belə deyir: “Mən



sizə saman verməyəcəyəm.

11

Gedin, özünüz haradan istəyirsiniz, saman götürün, ancaq işiniz



azalmayacaq”».

12

Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı.



13

Nəzarətçilər onları məcbur edərək deyirdilər: «Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi

yerinə yetirin».

14

Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb



dedilər: «Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?»

15

İsrail övladlarından olan gözətçilər fironun yanına gəlib ona fəryad edərək dedilər: «Qullarınla



niyə belə rəftar edirsən?

16

Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin” deyirlər.



Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır».

17

O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə



də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz.

18

İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq



gündəlik kərpic sayını düzəltməlisiniz».

19

İsrailli gözətçilər «sizin üçün müəyyən olunmuş gündəlik



kərpic sayı azalmayacaq» sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar.

20

İsrailli gözətçilər



fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb

21

dedilər: «Qoy



*

4:23 Çıx. 12:29




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə