Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə24/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   20   21   22   23   24   25   26   27   ...   445

YARADILIŞ 46:26

39

YARADILIŞ 47:24

26

Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn



övladları altmış altı nəfər idi.

27

* Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun



ailəsində yetmiş nəfər var idi.

Yaqub oğullarının Qoşendə sakin olması

28

Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi.



Onlar Qoşen torpağına girəndə

29

Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi.



Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.

30

İsrail Yusifə



dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».

31

Yusif qardaşlarına və



atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla

atamın ailəsi yanıma gəliblər.

32

Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-



qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.

33

Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,



34

deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi

Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».

47

1



Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri,

mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər».

2

Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi.



3

Firon Yusifin qardaşlarına

dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq.

4

Bu ölkəyə



müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz

üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz».

5

Firon Yusifə dedi:



«Atanla qardaşların yanına gəliblər.

6

Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın



ə

n yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu

mənim sürülərimə çoban qoy».

7

Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi.



8

Firon


Yaqubdan soruşdu: «Neçə yaşın var?»

9

Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə



keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».

10

Sonra



firona xeyir-dua verib onun hüzurundan çıxdı.

11

Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı



yerində – Ramses bölgəsində mülk verdi.

12

Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının



ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.

Aclıq güclənir

13

Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin



ə

halisini aclıq taqətdən salmışdı.

14

Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan



bütün pulları toplayıb fironun sarayına apardı.

15

Misir və Kənan ölkələrində pul qurtaranda bütün



Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb».

16

Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların



ə

vəzinə sizə çörək verərəm».

17

Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi



və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə

verdiyi çörəklə saxladı.

18

İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz



qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan

başqa bir şeyimiz qalmadı.

19

Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və



torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver

ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».

20

Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini



satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.

21

Yusif Misir ərazisinin bir



ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü.

22

Yalnız kahinlərin torpağını satın



almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də

torpaqlarını satmadılar.

23

Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz,



torpağı əkin.

24

Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq



istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».

*

46:27 H



ə

v. 7:14



YARADILIŞ 47:25

40

YARADILIŞ 48:20



25

Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi

oluruq».

26

Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu.



Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.

İsrailin son sözü

27

İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq



çoxaldılar.

28

Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.



29

* İsrailin

öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun

altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,

30

ancaq


atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan».

Yusif dedi: «Dediyin kimi edərəm».

31

* Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının



başına* söykənib Allaha səcdə etdi.

48

Yaqubun Efrayimə və Menaşşeyə xeyir-dua verməsi

1

Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə



götürdü.

2

Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb



yatağı üstündə oturdu.

3

* Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə



göründü və xeyir-dua verdi.

4

O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam,



səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”.

5

İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim



və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq.

6

Onlardan sonra sənin üçün doğulan uşaqlar isə



səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq.

7

* Mən Paddandan



gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda,

yəni Bet-Lexemdə basdırdım».

8

İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?»



9

Yusif atasına dedi: «Allahın burada mənə

verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim».

10

İsrail artıq qocalmış,



gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb

qucaqladı.

11

Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə



sənin övladlarını da göstərdi».

12

Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun



qarşısında üzünü yerə qoyaraq səcdə etdi.

13

Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin



sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı.

14

İsrail əllərini



çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul

olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi.

15

İsrail Yusifə xeyir-dua verərək belə dedi:



«Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah,

Bu günə qədər mənim qayğıma qalan Allah,

16

Məni bütün pisliklərdən xilas edən Mələk



Qoy bu uşaqlara da xeyir-dua versin!

Onlar mənim adımla,

Atalarım İbrahim və İshaqın

Adı ilə çağırılsın,

Yer üzündə çoxaldıqca çoxalsın!»

17

Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O,



atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.

18

Buna görə də atasına



dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil».

19

Lakin atası istəməyib



dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik

qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq».

20

* O gün


İsrail nəvələrinə xeyir-dua verərək dedi:

«İsrail nəsli

“Qoy Allah səni

Efrayim və Menaşşe kimi etsin”

Deyərək sizin adınızla

Xeyir-dua verəcək».

*

47:29 Yar. 49:29-32; 50:6



*

47:31 İbr. 11:21

*

47:31 Yatağının başına – yaxud d



ə

yənəyinin başına. *

48:3 Yar.

28:13-14


*

48:7 Yar. 35:16-19

*

48:20 İbr. 11:21




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə