Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə20/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   16   17   18   19   20   21   22   23   ...   445

YARADILIŞ 39:10

33

YARADILIŞ 41:7



və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük

pisliyi edib Allahın önündə günaha bata bilərəm?»

10

Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə



onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.

11

Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi.



12

Qadın


«Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı.

13

Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə



14

ev adamlarını çağırıb dedi: «Baxın, ağanız

bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə

ucadan qışqırdım.

15

O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra



çıxdı».

16

Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı.



17

Sonra ərinə də bu

sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi.

18

Səsimi



ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».

19

Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk



qəzəbləndi.

20

Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif



zindanda qaldı.

21

Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin



gözündə lütf tapdı.

22

Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına



verdi. Orada görülən hər işə o başçılıq edirdi.

23

Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç



nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.

40

Yusif məhbusların yuxusunu yozur

1

Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.



2

Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi

3

və onları mühafizəçilər rəisinin



evində – Yusifin məhbus olduğu zindanda saxladı.

4

Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin



etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.

5

Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir



gecədə müxtəlif mənalı yuxular gördü.

6

Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.



7

Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz

kədərlidir?»

8

Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi:



«Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».

9

Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.



10

Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.

11

Fironun


piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».

12

Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.



13

Üç gün ərzində firon səni

yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya

görə fironun piyaləsini əlinə verəcəksən.

14

Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və



xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart.

15

Doğrudan da, mən İbranilərin



torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».

16

Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki,



başımın üstündə üç səbət ağ çörək var.

17

Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər



cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».

18

Yusif belə cavab verdi: «Onun



yozması belədir: üç səbət üç gündür.

19

Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü



də ağacdan asacaq və quşlar sənin ətini didəcək».

20

Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini



ə

yanlarının önünə çıxartdı.

21

Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi,



22

baş


çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu.

23

Ancaq baş saqi Yusifi yada salmadı və onu



unutdu.

41

Fironun yuxuları

1

İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.



2

Çaydan


yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.

3

Onlardan sonra haldan



düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında

dayandılar.

4

Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon



yuxudan oyandı.

5

Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı.



6

Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

7

Cılız sünbüllər yeddi böyük



və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.


YARADILIŞ 41:8

34

YARADILIŞ 41:52



8

Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini

çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam

tapılmadı.

9

Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:



10

bir dəfə firon qullarına

qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı.

11

Biz bir gecə yuxu



gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.

12

Orada bizimlə birgə mühafizəçilər rəisinin



qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun

mənasını izah etdi.

13

O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi



isə asıldı».

14

Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını



dəyişdi və fironun hüzuruna gəldi.

15

Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan



yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən».

16

Yusif firona cavab verdi:



«Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək».

17

Firon Yusifə dedi: «Yuxumda gördüm



ki, Nil çayının sahilində durmuşam.

18

Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq



içində otlamağa başladı.

19

Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün



Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm.

20

Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi



yedilər.

21

Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi



arıq idi. Onda oyandım.

22

Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı.



23

Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.

24

Cılız sünbüllər yeddi



dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq izah edən olmadı».

25

Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi.



26

Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.

27

Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi



ildir; yeddi il aclıq olacaq.

28

Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona



göstərdi.

29

Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.



30

Bundan sonra yeddi il aclıq olacaq.

Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.

31

Ölkədəki bolluq



ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.

32

Firon yuxunu iki



dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək.

33

Buna görə də firon ağıllı və



müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin.

34

Firon ölkədə məmurlar qoymağı əmr



etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.

35

Qoy onlar uğurlu



olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti

altında yığıb saxlasınlar.

36

Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq,



ta ki ölkə əhalisi aclıqdan qırılmasın».

Yusifin Misirdə başçı olması

37

Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi.



38

Firon əyanlarına dedi: «Bu adam kimi

Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?»

39

Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə



bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur.

40

* Sən mənim saray



adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda

səndən böyük olacağam».

41

Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».



42

Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi

və boynuna qızıl zəncir asdı.

43

Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və



qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu.

44

Firon



Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək».

45

Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad



olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.

46

Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb



bütün Misir ölkəsini dolaşdı.

47

Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi.



48

Yusif yeddi

ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin

ə

trafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı.



49

Yusif dəniz qumu qədər çox taxıl yığdı və

daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.

50

Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat



doğdu.

51

Yusif ilk oğlunun adını Menaşşe * qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın



evindəkilərin hamısını mənə unutdurdu».

52

İkinci oğlunun adını Efrayim † qoydu, çünki demişdi:



«Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».

*

41:40 H



ə

v. 7:9-10 *

41:51 Menaşşe – ibrani dilind

ə

unutduran. †



41:52 Efrayim – ibrani dilind

ə

bəhərli.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə