Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə19/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   15   16   17   18   19   20   21   22   ...   445

YARADILIŞ 37:1

31

YARADILIŞ 37:36



37

Yusifin yuxuları

1

Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı.



2

Yaqubun tarixçəsi belədir.

Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atasının arvadları Bilhanın və Zilpanın oğulları

ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.

3

İsrail Yusifi



bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar

tikdirdi.

4

Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər



və onunla yaxşı rəftar etmədilər.

5

Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət



etməyə başladılar.

6

Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:



7

biz zəminin ortasında

dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb

ona təzim etdilər».

8

Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq



edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.

9

Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki,



günəş, ay və on bir ulduz mənə təzim edir».

10

O, yuxusunu atasına və qardaşlarına danışanda atası



onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə

ə

yilib sənə təzim etmək üçün gələcəyik?»



11

* Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda

saxladı.

Qardaşlarının Yusifi satması

12

Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.



13

İsrail Yusifə

dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi:

«Getməyə hazıram».

14

İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı?



Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı.

Yusif gəlib Şekemə çatdı.

15

Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?»



deyə ondan soruşdu.

16

O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada



otarırlar?»

17

Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim».



Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.

18

Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.



19

Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir.

20

İndi gəlin onu öldürüb bir quyuya



ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».

21

Ruven



bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq».

22

Ruven onlara



«qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi

ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.

23

Yusif qardaşlarının yanına



çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar.

24

Özünü də götürüb quyuya



atdılar. Quyu boş idi, orada su yox idi.

25

Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan



İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları

Misirə aparırdılar.

26

Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək,



bunun nə xeyri olar?

27

Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni



qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar.

28

* Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan



çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.

29

Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı.



30

Sonra qardaşlarının

yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?»

31

Onlar Yusifin paltarını götürdülər və bir keçi



kəsib paltarı qana batırdılar.

32

Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər:



«Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?»

33

O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır;



yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb».

34

Yaqub öz paltarını cırdı və belinə



çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu.

35

Bütün oğulları və qızları ona təsəlli vermək üçün



yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm».

Beləcə atası onun üçün ağladı.

36

Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.



38

Yəhuda və Tamar

*

37:11 H



ə

v. 7:9-10 *

37:28 H

ə

v. 7:9-10




YARADILIŞ 38:1

32

YARADILIŞ 39:9



1

O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən

saldı.

2

Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi.



3

Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu.

4

Qadın yenə hamilə olub bir



oğlan doğdu və adını Onan qoydu.

5

Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu



doğduğu zaman Yəhuda Kezivdə idi.

6

Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi.



7

Yəhudanın ilk oğlu Er Rəbbin

gözündə pis idi və Rəbb onu öldürdü.

8

* Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz



qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir».

9

Onan bilirdi ki, bu nəsil ona məxsus



olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün

nəsil yetişdirməsin.

10

Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.



11

Yəhuda


gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi

ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.

12

Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan



sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi.

13

Tamara



bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir».

14

Tamar dulluq paltarını



ə

ynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında

oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.

15

Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü.



16

Yəhuda yolunu

ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın

dedi: «Yanıma girmək üçün mənə nə verirsən?»

17

Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm».



O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?»

18

Yəhuda soruşdu: «Girov



olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları

qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı.

19

Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb



dulluq paltarını geydi.

20

Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o,



qadını tapmadı.

21

Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə



* haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur».

22

O, Yəhudanın yanına qayıdıb dedi: «Onu



tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər».

23

Yəhuda dedi: «Qoy bu şeylər



onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu

tapmadın».

24

Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan



hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın».

25

O bayıra çıxarıldığı zaman qayınatasına xəbər



göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu

möhür, qaytan və əsa kimindir?»

26

Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum



Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.

27

Tamar doğanda məlum oldu ki, bətnində əkiz var.



28

Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça

götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu».

29

Ancaq o uşaq əlini geri çəkdi



və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres

† qoydular.

30

Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah ‡ qoydular.



39

Yusif və Potifarın arvadı

1

Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş



İsmaillilərdən satın aldı.

2

* Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının



evində qalırdı.

3

Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.



4

Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin

etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.

5

Evinin və özünə məxsus olan hər şeyin



ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında

və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü.

6

Ağası özünə məxsus olan hər şeyi Yusifin



ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və

yaraşıqlı idi.

7

Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat».



8

Ancaq Yusif

bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir

və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib.

9

Bu evdə isə hətta o məndən böyük deyil



*

38:8 Qanun. 25:5-7

*

38:21 fahiş



ə

– yaxud məbəd fahişəsi.

38:29 Peres – ibrani dilind



ə

deşik açmaq.

38:30 Zerah – ibrani dilind



ə

qırmızı. *

39:2 H

ə

v. 7:9-10




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə