Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə15/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   11   12   13   14   15   16   17   18   ...   445

YARADILIŞ 30:13

25

YARADILIŞ 31:10



qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu.

13

Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar



sayacaqlar». O, uşağın adını Aşer § qoydu.

14

Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə



Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver».

15

Lea ona dedi: «Ərimi əlimdən aldığın



bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim

oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın».

16

Yaqub axşam çöldən gələndə Lea onu



qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam».

Yaqub o gecə onunla yatdı.

17

Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu.



18

Lea


dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar ** qoydu.

19

Lea



yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu.

20

O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə



ə

rim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun †† qoydu.

21

Sonra


bir qız doğub, adını Dina qoydu.

22

Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı.



23

O hamilə olub bir oğul doğdu və dedi:

«Allah xəcalətimi götürdü».

24

O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif‡‡ qoydu.



Yaqubun sürülərə sahib olması

25

Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim.



26

Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət

etdiyimi yaxşı bilirsən».

27

Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal,



çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm».

28

Sonra dedi: «Haqqını



mənə təyin et, verim».

29

Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini



necə saxladığımı bilirsən.

30

Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı;



Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?»

31

Lavan



dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü

qoruyub ona baxaram:

32

qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər



xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da

bu olsun.

33

Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət



edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın».

34

Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun».



35

Amma o həmin gün alabəzək və xallı təkələri, bütün

zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi.

36

Sonra



özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı.

37

Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların



qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı.

38

Sonra qabığını soyduğu çubuqları



sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə

döllənirdi.

39

Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı



heyvanlar doğulurdu.

40

Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün



alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə

qatmadı.


41

Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün

gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər.

42

Ancaq heyvanlar zəif olanda



onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu.

43

Bu adam çox



varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.

31

Yaqubun Lavandan qaçması

1

Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan hər şeyə



sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi».

2

Yaqub Lavanın ona



münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi.

3

Rəbb Yaquba dedi: «Atalarının



ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam».

4

Yaqub xəbər göndərib Rəhiləni



və Leanı çöllərə – sürüsünü otardığı yerə çağırdı.

5

Yaqub onlara dedi: «Mən atanızın münasibətini



görürəm ki, mənimlə əvvəlki kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir.

6

Siz bilirsiniz ki,



var gücümlə atanıza xidmət etmişəm.

7

Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma



Allah onu mənə pislik etməyə qoymadı.

8

O, “xallı heyvanlar sənin haqqın olacaq” deyəndə bütün



sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq” deyəndə isə bütün sürüdə

alabəzək heyvanlar doğuldu.

9

Beləcə Allah atanızın sürüsünü alıb mənə verdi.



10

Sürünün dölləndiyi

§

30:13 Aşer – ibrani dilind



ə

xoşbəxt. **

30:18 İssakar – ibrani dilind

ə

haqq verilsin. ††



30:20 Zevulun – ibrani dilind

ə

hörmət. ‡‡



30:24 Yusif – ibrani dilind

ə

artırsın.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə