Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə23/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   19   20   21   22   23   24   25   26   ...   445

YARADILIŞ 44:1

37

YARADILIŞ 45:8



44

Yusifin itmiş kasası

1

Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla



doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.

2

Kiçiyinin çuvalının ağzına isə mənim kasamı –



gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.

3

Səhər açılanda



bu adamları eşşəkləri ilə birgə yola saldılar.

4

Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev



nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün

yaxşılığa pisliklə cavab verdiniz?

5

Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz



çox pis iş tutdunuz”».

6

Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi.



7

Qardaşlar ona dedilər: «Nə üçün ağam belə

sözlər söyləyir? Bu iş qullarından uzaq olsun.

8

Biz çuvalımızın içində tapdığımız pulu Kənan



torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?

9

Qoy



bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq».

10

O dedi: «Yaxşı,



qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar

olmayacaqsınız».

11

Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı.



12

Ev

nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı.



13

Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.

14

Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə



qapandılar.

15

Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir



adam baxıcılıq edə bilər?»

16

Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə



çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın

quluyuq».

17

O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq,



siz isə sağ-salamat atanızın yanına gedin».

18

Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və



quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan.

19

O zaman ağam qullarından



“Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda

20

biz ağamıza söyləmişdik: “Bizim bir qoca



atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından

doğulan yalnız o qaldı. Atası onu çox sevir”.

21

Sən qullarına demişdin: “Onu mənim yanıma



gətirin ki, öz gözümlə görüm”.

22

Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki



atasından ayrılsa, atası ölər”.

23

Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə,



bir daha gözümə görünməyin”.

24

Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini



ona çatdırdıq.

25

Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”.



26

Biz dedik: “Gedə

bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə

görünə bilmərik”.

27

Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu.



28

Bir


oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu

görməmişəm.

29

Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər



içində ölülər diyarına endirəcəksiniz”.

30

İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq



bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız

31

onu görməsə, ölər. Onda biz



qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik.

32

Mən qulun, atama



uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu

təqsirkar olacağam”.

33

İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq



isə qardaşlarımla birgə getsin.

34

Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda



mən atamın başına fəlakət gəldiyini görərəm».

45

Yusifin özünü tanıtması

1

* Yusifyanındaduranlarınhamısınınönündəözünüsaxlayabilməyibqışqırdı: «Hamınıyanımdan



çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi.

2

O hönkürüb ağladı.



Misirlilər və fironun saray adamları eşitdilər.

3

Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər,



çünki çaşıb qalmışdılar.

4

Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif



dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm.

5

İndi məni buraya satdığınız üçün kədərlənməyin



və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.

6

Artıq



iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.

7

Allah məni sizdən qabaq buraya



göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun.

8

Ona görə də məni



*

45:1 H


ə

v. 7:13



YARADILIŞ 45:9

38

YARADILIŞ 46:25



buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata*, onun bütün saray adamlarına ağa, bütün

Misir ölkəsinə isə başçı etdi.

9

* Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir:



“Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl.

10

Qoşen vilayətində yaşayarsan.



Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar.

11

Orada sənin



qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq

çəkəcək”.

12

İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm.



13

Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya

gətirin».

14

Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı.



15

Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla

söhbət etdilər.

16

Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun



ə

yanlarının xoşuna gəldi.

17

Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı



yükləyin və yola düşüb Kənan torpağına gedin.

18

Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin.



Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz.

19

Sənə isə əmr olunur



ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və

atanızı gətirib gəlin”.

20

Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən



yaxşı şeyləri sizindir».

21

İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi.



22

Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi.

23

Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə



yüklənmiş on dişi eşşək göndərdi.

24

O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi:



«Yolda dava etməyin».

25

Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.



26

Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir».

Yaqub heyrətlənib qaldı və onlara inanmadı.

27

Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona



söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı.

28

İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».



46

Yaqubun Misirə getməsi

1

İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar



kəsdi.

2

Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən



buradayam».

3

Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada



səndən böyük bir millət törədəcəyəm.

4

Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan



çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».

5

Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu



aparmaq üçün göndərdiyi arabalara mindirdilər.

6

* Yaqub və onun bütün övladları heyvanlarını



və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.

7

O özü ilə birgə oğullarını və



qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.

8

İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir:



Yaqubun ilk oğlu Ruven.

9

Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.



10

Şimeonun oğulları:

Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.

11

Levinin oğulları: Gerşon,



Qohat və Merari.

12

Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan



ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.

13

İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.



14

Zevulunun oğulları: Sered, Elon və Yaxleel.

15

Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea



onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.

16

Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.



17

Aşerin oğulları: İmna, İşva, İşvi,

Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.

18

Bunlar Lavanın qızı Leaya verdiyi



Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.

19

Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.



20

* Yusifin Misirdə On şəhərinin kahini

Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.

21

Binyaminin oğulları: Bela, Beker,



Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.

22

Bunlar Yaqubun Rəhilədən doğulan



övladlarıdır. Onlar on dörd nəfər idi.

23

Danın oğlu Xuşim.



24

Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.

25

Bunlar Lavanın qızı



Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.

*

45:8 Ata – yaxud m



ə

sləhətçi *

45:9 H

ə

v. 7:14 *



46:6 H

ə

v. 7:15 *



46:20 Yar. 41:50-52


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə