Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə26/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   22   23   24   25   26   27   28   29   ...   445

ÇIXIŞ 1:1

44

ÇIXIŞ 1:22



ÇIXIŞ

KİTABI


GİRİŞ

«Çıxış» Kitabının adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın

köməyi ilə Misir köləliyindən çıxmasıdır. Allah Öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi

xalqına belə aşkar etdi.

Bu kitab dörd əsas hissədən ibarətdir: (1) İsraillilərin köləlikdən azad olması; (2) Onların Sina dağına

getməsi; (3) Allahın Öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və

dini qanunların verilməsi; (4) İsrail üçün ibadətgahın – müqəddəs məskənin və onun avadanlığının

qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda-qanunların verilməsi.

Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasın-

dan danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün

Allah tərəfindən rəhbər seçilmişdir.

Kitabın məzmunu:

1:1–15:21 İsraillilərin Misir köləliyindən azad olması

1:1-22 Misirdə köləlik

2:1–4:31 Musanın doğulması və həyatının ilk dövrü

5:11–11:10 Musanın və Harunun Misir fironuna qarşı çıxması

12:1–15:21 Pasxa və Misirdən çıxış

15:22–18:27 Qırmızı dənizdən Sina dağına köçmə

19:1–24:18 Sina dağında bağlanmış əhd və qanunlar

19:1-25 İsraillilər Sina dağında

20:1-26 Allahın On Əmri

21:1–24:18 Digər hökmlər

25:1–40:38 Müqəddəs məskən və ibadət üçün qaydalar



İsrail övladlarının Misirdəki vəziyyəti

1

* Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi:



2

Ruven, Şimeon,

Levi, Yəhuda,

3

İssakar, Zevulun, Binyamin,



4

Dan, Naftali, Qad, Aşer,

5

Yaqubun nəslindən törənən



yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi.

6

Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin



hamısı öldü.

7

* Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar çox qüvvətləndi; ölkə



onlarla doldu.

8

* Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı.



9

O, xalqına dedi: «Baxın İsrail övladları

sayca bizdən çox və daha qüvvətlidir.

10

* Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə



vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər».

11

Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri



qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar

yerləşdirdilər.

12

Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı.



Onda Misirlilər İsrail övladlarından qorxub,

13

onları sıxıntılı əsarətdə saxladılar.



14

Misirlilər İsrail

övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına

işlədib onların həyatını acı etdilər.

15

Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi:



16

«İbrani


qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın».

17

Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi



etmədilər və oğlan uşaqlarını sağ buraxdılar.

18

Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi:



«Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?»

19

Mamaçalar firona dedilər: «Çünki İbrani



qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən

ə

vvəl doğurlar».



20

Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi.

21

Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi.



22

* Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın!

Hər qız uşağını isə sağ qoyun».

*

1:1 Yar. 46:8-27



*

1:7 H


ə

v. 7:17 *

1:8 H

ə

v. 7:18 *



1:10 H

ə

v. 7:19 *



1:22 H

ə

v. 7:19




ÇIXIŞ 2:1

45

ÇIXIŞ 3:6



2

Musanın doğulması

1

O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı.



2

* O hamilə olub oğul doğdu və

uşağın gözəl olduğunu görüb üç ay gizlətdi.

3

Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir



səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın

arasına qoydu.

4

Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.



5

Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun

qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi.

6

Sonra səbəti açıb bir



oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır».

7

Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım



ki, körpəni əmizdirsin?»

8

Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı.



9

Fironun


qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın

körpəni götürüb əmizdirdi.

10

* Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı



uşağı oğulluğa götürdü. O, uşağın adını Musa* qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu

adı qoydum».



Musa Misirlini öldürür

11

* * Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini



gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü.

12

Musa ətrafına baxıb heç



kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi.

13

Ertəsi gün o yenə gedəndə gördü ki,



iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?»

14

O adam dedi:



«Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək

fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər».

15

* Firon bu işdən



xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına

çataraq bir quyunun yanında oturdu.



Musa Midyanda yaşayır

16

Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə



su vermək üçün təknələri doldurdular.

17

O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb



qızlara kömək etdi və qoyun-keçilərinə su verdi.

18

Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə



oldu ki, bu gün tez gəldiniz?»

19

Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim



üçün quyudan su çəkib qoyun-keçiyə su verdi».

20

O, qızlarına dedi: «O adam haradadır? Onu niyə



buraxdınız? Çağırın, gəlib çörək yesin».

21

Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi.



22

Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom† qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».



Allah İsraillilərin fəryadını eşidir

23

Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad



edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı.

24

* Allah onların iniltisini eşitdi;



İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı.

25

Allah İsrail övladlarının qul olduqlarını gördü



və onlara nəzər saldı.

3

Rəbb Musanı çağırır

1

* Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o



biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi.

2

Birdən Rəbbin mələyi ona bir kol arasından od-



alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb

3

Musa öz-özünə dedi: «Gedim,



bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır».

4

Rəbb Musanın baxmağa



gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam»

dedi.


5

* Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer

müqəddəs torpaqdır».

6

* Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun



Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.

*

2:2 H



ə

v. 7:20-21; İbr. 11:23 *

2:10 H

ə

v. 7:20-21 *



2:10 Musa – ibrani dilind

ə

çıxaran. *



2:11 İbr. 11:24

*

2:11 H



ə

v. 7:23-28,35 *

2:15 H

ə

v. 7:29; İbr. 11:27 †



2:22 Gerşom – ibrani dilind

ə

orada qərib. *



2:24 Yar.

15:13-14


*

3:1 H


ə

v. 7:30-34 *

3:5 Yeşua 5:15

*

3:6 Çıx. 3:15; Mat. 22:32; Mark 12:26; Luka 20:37; H



ə

v. 3:13; 7:32




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə