Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə22/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   18   19   20   21   22   23   24   25   ...   445

YARADILIŞ 42:35

36

YARADILIŞ 43:34



35

Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və

onların atası pul kisələrini görəndə qorxdular.

36

Ataları Yaqub onlara dedi: «Siz məni övladsız



qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək

istəyirsiniz».

37

Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən.



Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm».

38

Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz



yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz».

43

Misirə ikinci səfər

1

Kənan torpağında aclıq güclənmişdi.



2

Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə

ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».

3

Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə



gəlməsə, gözümə görünməyin.

4

Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq.



5

Ancaq


onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə

görünməyin».

6

İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?»



7

Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız

sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi

ki, o bizə “qardaşınızı gətirin” deyəcək?»

8

Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər



ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq.

9

Mən ona zamin dururam, onu



məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə

təqsirkar olacağam.

10

Çünki biz gecikməsəydik, indi iki dəfə gedib-qayıdardıq».



11

Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı

məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam

götürün.


12

Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz

ə

llərinizlə aparıb verin, bəlkə bir səhv olub.



13

Qardaşlarınızı götürüb gedin və o adamın yanına

qayıdın.

14

Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və



Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».

15

Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və



Misirə gəlib Yusifin önündə durdular.

16

Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə



dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər».

17

O adam



Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı.

18

Bu adamlar Yusifin evinə aparıldıqları



üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir

ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın».

19

Onlar


Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər:

20

«Ey ağamız, keçən



dəfə biz ərzaq almaq üçün gəlmişdik.

21

Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb



gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə

geri qaytarırıq.

22

Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza



kimin qoyduğunu bilmirik».

23

Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və



atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların

yanına gətirdi.

24

O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi



və eşşəklərinə yem verdi.

25

Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada



yemək yeyəcəklərini eşitdilər.

26

Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib



səcdə etdilər.

27

Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də



yaşayırmı?»

28

Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib



təzim etdilər.

29

Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz



kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin».

30

Yusif



tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada

ağladı.


31

Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin».

32

Yeməyi ona ayrıca,



qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə

birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi.

33

Qardaşlar böyük-kiçikliyinə görə



Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar.

34

Yusifin önündəki yeməklərdən



onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-

içdilər və onunla bərabər xoş vaxt keçirdilər.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə