Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə18/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   14   15   16   17   18   19   20   21   ...   445

YARADILIŞ 34:22

29

YARADILIŞ 35:26



Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik.

22

Bu adamlar yalnız bir



şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət

olunsun.


23

Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq

və onlar bizimlə yaşasın».

24

Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər



ə

halisindən olan bütün kişilər sünnət olundu.

25

Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və



Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.

26

Xamoru



və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər.

27

Yaqubun oğulları ölənlərin



yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar.

28

Onların qoyun-keçilərini, mal-



qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər.

29

Bütün mallarını, uşaqlarını və



qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər.

30

Yaqub Şimeona və Leviyə



dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz

sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam».

31

Amma onlar dedilər:



«Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»

35

Yaqubun Bet-Elə qayıtması

1

* Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə



görünən Allaha orada bir qurbangah düzəlt».

2

Yaqub ailəsinə və onunla olanların hamısına dedi:



«Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin.

3

Qalxıb Bet-Elə



gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah

düzəldəcəyəm».

4

Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba



verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı.

5

Onlar yola düşdülər. Allah



ə

traf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər.

6

Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi.



7

Burada


bir qurbangah düzəldib o yerin adını El-Bet-El * qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü

orada Yaquba zahir etmişdi.

8

Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar. Oranın



adını Allon-Bakut † qoydular.

9

Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi.



10

* Allah


ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq».

Allah onun adını İsrail qoydu

11

* və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın.



Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq.

12

İbrahimə və



İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm».

13

Allah



Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi.

14

* Yaqub Allahın onunla danışdığı yerdə bir



sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü.

15

Yaqub Allahın onunla



danışdığı yerin adını Bet-El qoydu.

Rəhilənin və İshaqın ölümü

16

Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır oldu.



17

Doğuş


zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun oldu».

18

O, ölüm ayağında can



verərkən oğlunun adını Ben-Oni‡ qoydu, ancaq atası onun adını Binyamin§ qoydu.

19

Rəhilə öldü və



Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı.

20

Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə



qədər Rəhilənin başdaşıdır.

21

İsrail yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu.



22

İsrail bu ölkədə yaşayanda

Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi.

23

Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda,



İssakar və Zevulun.

24

Rəhilənin oğulları: Yusif və Binyamin.



25

Rəhilənin qulluqçusu Bilhanın

oğulları: Dan və Naftali.

26

Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-



Aramda doğulan oğulları bunlardır.

*

35:1 Yar. 28:11-17



*

35:7 El-Bet-El – ibrani dilind

ə

Bet-Elin Allahı. †



35:8 Allon-Bakut – ibrani dilind

ə

ağlaşma



palıdı. *

35:10 Yar. 32:28

*

35:11 Yar. 17:4-8



*

35:14 Yar. 28:18-19

35:18 Ben-Oni – ibrani dilind



ə

kədərimin

oğlu. §

35:18 Binyamin – ibrani dilind



ə

sağ əlimin oğlu.




YARADILIŞ 35:27

30

YARADILIŞ 36:43



27

* Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və

İshaq Mamredə qərib idilər.

28

İshaq yüz səksən il ömür sürdü.



29

O qocalıb yaşa dolaraq canını tapşırdı

və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar.

36

Esavın nəsli



(1Saln. 1:34-37)

1

Esavın, yəni Edomun tarixçəsi belədir.



2

* Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli

Siveonun qızı Ananın qızı Oholivamanı,

3

* həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad



aldı.

4

Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu.



5

Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu;

Esavın Kənan torpağında doğulan oğulları bunlardır.

6

Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını



və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir

torpağa getdi.

7

Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu



üçün qaldıqları torpağa sığmırdılar.

8

Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.



9

Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir.

10

Esavın oğullarının adları



belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel.

11

Elifazın oğulları:



Teman, Omar, Sefo, Qatam və Qenaz.

12

Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi



doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır.

13

Reuelin oğulları bunlardır: Naxat, Zerah,



Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir.

14

Esavın arvadı Siveon qızı Ana qızı



Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu.

15

Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar,



başçı Sefo, başçı Qenaz,

16

başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan



başçılar bunlardır; onlar Adanın nəvələridir.

17

Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat,



başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar

Esavın arvadı Basmatın nəvələridir.

18

Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş,



başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır.

19

Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.



Seirin nəsli

(1Saln. 1:38-41)

20

Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana,



21

Dişon, Eser və Dişan.

Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır.

22

Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna.



23

Şovalın oğulları bunlardır: Alvan,

Manaxat, Eval, Şefo və Onam.

24

Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini



otararkən çöldə isti bulaqlar tapan Ana budur.

25

Ananın övladları bunlardır: Dişon və Ananın qızı



Oholivama.

26

Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran.



27

Eserin oğulları bunlardır:

Bilhan, Zaavan və Aqan.

28

Dişanın oğulları bunlardır: Us və Aran.



29

Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana,

30

başçı


Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır.

Edomun padşahları və başçıları

(1Saln. 1:43-54)

31

İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır:



32

Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi.

33

Bela öldü və onun yerinə



Bosradan olan Zerah oğlu Yovav padşah oldu.

34

Yovav öldü və onun yerinə Temanlıların torpağından



olan Xuşam padşah oldu.

35

Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu



Hadad padşah oldu. Onun şəhəri Avit idi.

36

Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah



oldu.

37

Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.



38

Şaul öldü və onun

yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.

39

Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar



padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.

40

Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı



Alva, başçı Yetet,

41

başçı Oholivama, başçı Ela, başçı Pinon,



42

başçı Qenaz, başçı Teman, başçı Mivsar,

43

başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır.



Esav da Edomluların əcdadıdır.

*

35:27 Yar. 13:18



*

36:2 Yar. 26:34

*

36:3 Yar. 28:9




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə