Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə16/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   12   13   14   15   16   17   18   19   ...   445

YARADILIŞ 31:11

26

YARADILIŞ 31:50



vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki heyvanlarla cütləşən təkələr alabəzək, xallı və

ləkəlidir.

11

Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim.



12

O dedi: “İndi başını qaldır, gör ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və

ləkəlidir, çünki Lavanın sənə etdiyi hər şeyi gördüm.

13

* Mən Bet-Eldə sənə görünən Allaham. Orada



bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun

torpağa qayıt”».

14

Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var?



15

Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi.

16

Buna görə də



Allahın atamızdan aldığı bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi

şeylərin hamısına əməl et».

17

Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi.



18

Bütün sürüsünü, qazandığı

bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın

yanına getsin.

19

Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini



oğurladı.

20

Yaqub qaçdığını bildirməməklə Aramlı Lavanı aldatdı.



21

Beləcə özünə məxsus olan hər

şeyi götürüb qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi.

Lavanın Yaqubu təqib etməsi

22

Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi.



23

O, qohumlarını özü ilə götürüb yeddi gün onu

təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı.

24

Allah gecə yuxusunda Aramlı Lavana görünüb



dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de».

25

Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında



çadır qurdu.

26

Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə



ə

sirləri kimi apardın.

27

Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə,



mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım.

28

Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın;



ağılsızcasına rəftar etmisən.

29

Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə



söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”.

30

İndi atanın evi üçün bərk darıxdığına



görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?»

31

Yaqub Lavana cavab verdi:



«Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan.

32

Büt allahlarını isə kimin yanında tapsan, o



sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini tapsan, özünə götür». Ancaq Yaqub

Rəhilənin onları oğurladığını bilmirdi.

33

Lavan Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın



çadırından çıxıb Rəhilənin çadırına girdi.

34

Rəhilə ev bütlərini götürərək dəvənin yəhərinə qoyub



onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları tapmadı.

35

Rəhilə atasına dedi:



«Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan

axtardı, ancaq ev bütlərini tapmadı.

36

Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni



belə təqib edirsən?

37

Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim



qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun.

38

Ötən iyirmi il



sənin yanında işlədim, qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim.

39

Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər



gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin.

40

Gündüzün istisi, gecənin



soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi.

41

İyirmi il sənin evində qaldım: iki qızın üçün



on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin.

42

Atamın və



İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın.

Allah əzabımı və əlimin zəhmətini gördü, dünən gecə sənə xəbərdarlıq etdi».

43

Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər



mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları

uşaqlara nə edə bilərəm?

44

İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun».



45

Yaqub bir daş götürüb sütun kimi qoydu.

46

O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları



götürüb bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər.

47

Lavan onun adını Yeqar-Sahaduta*



qoydu, Yaqub isə onun adını Qaled † qoydu.

48

Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda



şahiddir». Buna görə də onun adı Qaleddir.

49

Ona həm də Mispa‡ deyildi, çünki Lavan demişdi:



«Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun.

50

Söz ver ki, qızlarımı



*

31:13 Yar. 28:18-22

*

31:47 Yeqar-Sahaduta – arami dilind



ə

şəhadət daş qalağı. †

31:47 Qaled – ibrani dilind

ə

şəhadət daş qalağı. ‡



31:49 Mispa – ibrani dilind

ə

gözətçi qülləsi.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə