Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə12/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   8   9   10   11   12   13   14   15   ...   445

YARADILIŞ 25:1

20

YARADILIŞ 26:3



25

İbrahimin ölümü

(1Saln. 1:32-33)

1

İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi.



2

Qetura ona bunları doğdu: Zimran, Yoqşan,

Medan, Midyan, İşbaq və Şuah.

3

Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular,



Letuşlular, Leumlular.

4

Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı



Qeturanın övladlarıdır.

5

İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi.



6

Cariyələrinin oğullarına

isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.

7

İbrahim yüz yetmiş beş il ömür sürdü.



8

O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək

ölüb əcdadlarına qoşuldu.

9

Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında,



Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar.

10

* O tarlanı İbrahim Xetlilərdən satın almışdı.



İbrahim və arvadı Sara orada basdırıldı.

11

Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua



verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.

İsmailin oğulları

(1Saln. 1:28-31)

12

Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir.



13

Doğulma


sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam,

14

Mişma, Duma, Massa,



15

Xadad, Tema, Yetur, Nafiş və Qedma;

16

İsmailin oğulları bunlardır, kəndləri



və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi.

17

İsmail yüz otuz



yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu.

18

İsmailin nəsilləri Xaviladan



Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının

yaşadığı yerin qarşısında yerləşmişdi.



Yaqub və Esav

19

İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi.



20

İshaq Paddan-Aramdan

Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi.

21

İshaq arvadı üçün



Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu.

22

Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə



Rəbdən soruşmağa getdi.

23

* Rəbb ona dedi:



«Sənin bətnində iki millət var,

Sənin qarnından iki xalq çıxacaq.

Bir xalq o biri xalqdan güclü olacaq,

Böyüyü kiçiyinə qulluq edəcək».

24

Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var.



25

İlk doğulan uşağın

bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav * qoydular.

26

Ondan sonra qardaşı



doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub † qoydular. Onların doğulduğu

vaxt İshaq altmış yaşında idi.

27

Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir



adam oldu.

28

İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə



Yaqubu sevirdi.

29

Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi.



30

Esav Yaquba dedi: «Bu qırmızı

şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom ‡ adı verildi.

31

Yaqub dedi:



«Əvvəlcə ilk oğulluq haqqını mənə sat».

32

Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq



haqqı nəyimə lazımdır?»

33

* Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq



haqqını Yaquba satdı.

34

Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi.



Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.

26

İshaq və Avimelek

1

İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara,



Filiştlilərin padşahı Avimelekin yanına getdi.

2

Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə



söylədiyim ölkədə məskən sal,

3

* bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib



*

25:10 Yar. 23:3-16

*

25:23 Rom. 9:11-12



*

25:25 Esav – ibrani dilind

ə

tüklü. †


25:26 Yaqub – ibrani dilind

ə

topuq



tutan. ‡

25:30 Edom – ibrani dilind

ə

qırmızı. *



25:33 İbr. 12:16

*

26:3 Yar. 22:16-18; H



ə

v. 3:25



YARADILIŞ 26:4

21

YARADILIŞ 27:4



bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm.

4

Nəslini



göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün

millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq.

5

Çünki İbrahim sözümə qulaq asıb Mənim



buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».

6

İshaq da Gerarda yaşadı.



7

* O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim

bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü

bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi.

8

İshaq orada uzun müddət



qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı

ə

zizləyir.



9

Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim

bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm».

10

Avimelek dedi: «Bu



nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha

batıracaqdın».

11

Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə



bütün xalqa elan etdi.

12

İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi.



13

Bu

şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi.



14

Onun çoxlu qoyun-keçisi,

mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı.

15

Atası İbrahimin



dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular.

16

Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun».



17

İshaq oradan getdi, Gerar

vadisində məskən saldı və orada qaldı.

18

İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin



ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi.

19

İshaqın



qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar.

20

Gerar çobanları «su bizimdir» deyib



İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq * qoydu, çünki onun üstündə mübahisə

etmişdilər.

21

Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını



Sitna † qoydu.

22

İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər,



buna görə də İshaq onun adını Rexovot‡ qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda

çoxalacağıq».

23

İshaq oradan Beer-Şevaya getdi.



24

O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin

Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və

nəslini çoxaldacağam».

25

İshaq orada bir qurbangah düzəltdi və Rəbbin adını çağırdı. O özünə çadır



qurdu. İshaqın qulları orada bir quyu qazdılar.

26

* O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı



torpağa gəldi.

27

İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız



gəlirdi və məni yanınızdan qovdunuz».

28

Onlar dedilər: «Biz aydın gördük ki, Rəbb, doğrudan da,



səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki,

29

biz



sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir

pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan».

30

İshaq onlara ziyafət verdi və



onlar yeyib-içdilər.

31

Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar



sağ-salamat onun yanından getdilər.

32

O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona



bildirərək «su tapdıq» dedilər.

33

İshaq bu quyunun adını Şiva § qoydu, buna görə də şəhərin adı bu



günə qədər Beer-Şevadır.

Esavın arvadları

34

Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı.



35

Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu.

27

İshaqın Yaquba xeyir-dua verməsi

1

İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona



«mən buradayam» dedi.

2

İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm.



3

İndi silahını,

yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla.

4

Sonra da mənə xoşladığım ləzzətli



yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm».

*

26:7 Yar. 12:13; 20:2



*

26:20 Eseq – ibrani dilind

ə

mübahisə. †



26:21 Sitna – ibrani dilind

ə

düşmənçilik. ‡



26:22

Rexovot – ibrani dilind

ə

genişlik. *



26:26 Yar. 21:22

§

26:33 Şiva – ibrani dilind



ə

and.



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə