Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə21/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   17   18   19   20   21   22   23   24   ...   445

YARADILIŞ 41:53

35

YARADILIŞ 42:34



53

Misir torpağında yeddi il bolluq qurtardı.

54

* Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün



ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.

55

* Bütün Misir əhalisi aclıq



çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun

dediyini edin».

56

Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə



taxıl satırdı. Misir torpağında aclıq gücləndi.

57

Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə,



Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.

42

Yusifin qardaşları Misirə gedir

1

Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?»



2

*

Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq».



3

Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi.

4

Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları



ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər.

5

Taxıl almağa gələnlər



arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü.

6

Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib



onun önündə üzlərini yerə qoyub səcdə etdilər.

7

Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad



adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər:

«Ərzaq almaq üçün Kənan torpağından gəlirik».

8

Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar.



9

* Yusif qardaşları barədə gördüyü

yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

10

Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər.



11

Biz hamımız

bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».

12

Ancaq Yusif onlara dedi:



«Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz».

13

Onlar dedilər: «Biz qulların on iki



qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır,

bir qardaşımız isə yoxa çıxıb».

14

Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz,



15

ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz

buradan gedə bilməyəcəksiniz.

16

Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada



saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz

casussunuz».

17

Yusif üç gün onları zindanda saxladı.



18

Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan

qorxuram.

19

Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın,



siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.

20

Sonra kiçik qardaşınızı mənim



yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də

etdilər.


21

Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O

bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu

bəla gəldi».

22

* Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz



mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik».

23

Qardaşları Yusifin onları başa



düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar.

24

Yusif onların yanından kənara



çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb

qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı.

25

Yusif əmr etdi ki, onların çuvalları taxılla



doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə

də edildi.

26

Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər.



27

Onlardan biri gecələdiyi

yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi.

28

O,



qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi

həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?»

29

Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona



danışıb dedilər:

30

«O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab



etdi.

31

Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik.



32

Biz bir atanın oğulları, on iki qardaşıq. Bir

qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”.

33

O ölkənin başçısı olan



adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda

qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin.

34

Sonra kiçik qardaşınızı yanıma



gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil

verəcəyəm və ölkədə alver edə bilərsiniz”».

*

41:54 H


ə

v. 7:11 *

41:55 Y

ə

h. 2:5 *



42:2 H

ə

v. 7:12 *



42:9 Yar. 37:5-10

*

42:22 Yar. 37:21-22




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə