Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə25/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   21   22   23   24   25   26   27   28   ...   445

YARADILIŞ 48:21

41

YARADILIŞ 49:14



Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu.

21

İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma



Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq.

22

Sənə qardaşlarından bir pay da artıq



olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam».

49

Yaqubun oğullarına xeyir-duası

1

Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:



2

Ey Yaqub oğulları, yığılıb eşidin,

Atanız İsrailə qulaq asın:

3

Ey Ruven, ilk oğlum,



Sən mənim gücümsən, qüdrətimin başlanğıcısan.

Ləyaqətin hamıdan üstündür,

Qüvvətin hamıdan çoxdur.

4

Amma sən su kimi oynaqsan,



Artıq üstün olmayacaqsan.

Çünki atanın yatağına girib

Onu murdar etdin –

Bax o, döşəyimə çıxdı.

5

Şimeonla Levi qardaşdır,



Qəddarlıq qılıncları ilə silahlanıblar.

6

Ey qəlbim, onların məclisinə getmə,



Ey şərəfim, onların toplantısında olma.

Çünki onlar qəzəblənəndə qətl etdilər,

Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.

7

Lənət olsun vəhşi qəzəblərinə,



Lənət olsun qəddar hiddətlərinə.

Onları Yaqubda böləcəyəm,

İsraildə səpələyəcəyəm.

8

Yəhuda, qardaşların səni mədh edəcək,



Düşmənlərin boynu əlində olacaq,

Atanın oğulları önündə səcdə edəcək.

9

* Yəhuda bir aslan balasıdır,



Ey oğlum, sən şikara çıxanda

Bir şir kimi yerə əyilirsən,

Dişi aslan kimi torpağa yatırsan.

Kim səni yerindən qaldıra bilər?

10

Padşahlıq əsası



Yəhudanın əlindən getməyəcək,

Hökmdarlıq əsası onun nəslindən itməyəcək;

O vaxta qədər ki əsanın Sahibi * gələcək.

Onda xalqlar Ona itaət edəcək.

11

Eşşəyini tənəyə,



Ulağını ən seçmə bir tənəyə bağlayacaq.

Paltarını şərabda,

Köynəyini üzümün qanında yuyacaq.

12

Gözləri şərabdan da parlaq olacaq,



Dişləri süddən də ağ olacaq.

13

Zevulun isə dəniz kənarında yaşayacaq,



Ora gəmilərin limanı olacaq,

Ərazisi Sidonun yanınadək uzanacaq.

14

Qoyun ağılları arasında uzanan İssakar



*

49:9 Say. 24:9; V

ə

hy 5:5 *


49:10 Əsanın Sahibi – ibrani m

ə

tnində Şilo sözü olub mənası tam aydın deyil.




YARADILIŞ 49:15

42

YARADILIŞ 49:28



Bir qüvvətli ulağa oxşar.

15

O, yaxşı və rahat olan yer,



Bir səfalı ölkə görsə,

Çiynini yük daşımaq üçün əyər,

Mükəlləfiyyətçi qul olar.

16

Dan İsrail qəbilələrindən biri olub



Öz xalqına hökm edəcək.

17

Dan yol üstündə bir ilan,



Cığırda bir gürzə olacaq;

Elə bir gürzə ki atın topuğundan sancır,

Süvarisi arxası üstə yıxılır.

18

Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.



19

Qad talançı basqınına düçar olacaq,

Lakin onları topuğundan vuracaq.

20

Aşerdən zəngin nemətlər gələcək,



O, şahanə ləzzətli yeməklər yetirəcək.

21

Naftali azad edilmiş bir maraldır,



Ondan gözəl balalar doğulacaq.

22

Yusif barlı bir ağac,



Çeşmə kənarında meyvəli bir ağacdır,

Budaqları divarın üstündən aşar.

23

Oxçular ona güclü hücum etdilər,



Düşmənçilik edib üstünə ox yağdırdılar.

24

Amma Yaqubun qüdrətli Allahı –



İsrailin Daşı və Çobanı olan

Allahın sayəsində

Onun kamanı möhkəm,

Qolları qüvvətli oldu.

25

Sənə kömək edən



Atanın Allahıdır,

Sənə xeyir-dua verən

Külli-İxtiyardır.

Yuxarıda göylərin bərəkəti ilə,

Dərinlikdə olan

Su mənbələrinin bərəkəti ilə,

Döşlərin və bətnlərin bərəkəti ilə

Sənə xeyir-dua verəcək.

26

Atanın xeyir-duası



Atalarımın xeyir-duasından daha ucadır;

Əbədi qalan təpələrin

Zirvəsinə çatar.

Qoy xeyir-dualarım

Yusifin – qardaşlar arasında

Başçı olanın üstündə olsun.

27

Binyamin acgöz bir qurddur,



Səhər ovunu yeyər,

Axşam qənimət paylar».

28

Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və



hər birinə xeyir-dua verdi.

Yaqubun ölümü


YARADILIŞ 49:29

43

YARADILIŞ 50:26



29

* Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni

atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın.

30

O mağara Kənan torpağında



olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli

Efrondan tarlası ilə birlikdə satın almışdı.

31

* * İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada



basdırılmışdı. Mən Leanı da orada basdırdım.

32

Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın



alınıb».

33

* Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs



aldı və ölüb əcdadlarına qoşuldu.

50

Yaqubun dəfni

1

Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü.



2

Sonra həkim xidmətçilərinə atasının

meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar.

3

Bu iş qırx günə görüldü, çünki



mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular.

4

Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər



gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki,

5

* atam məni and içdirib demişdi: “Mən can üstəyəm.



Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki,

gedib atamı basdırım və qayıdım».

6

Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır».



7

Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün

ağsaqqalları,

8

Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər.



Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular.

9

Onlarla birgə



atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi.

10

Onlar İordan çayının



yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün

yas tutdu.

11

O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər



necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim

* adı verildi.

12

Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər.



13

* Onu Kənan ölkəsinə

gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin

mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.

14

Yusif atasını dəfn



etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı

Misirə qayıtdı.



Yusifin qardaşları ilə mehriban rəftarı

15

Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin



saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?»

16

Buna görə də Yusifə xəbər



göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin:

17

“Bax səndən



xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”.

Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə

çatanda o ağladı.

18

Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər:



«Biz sənin qullarınıq».

19

Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz?



20

Baxın


siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin

və çoxlu adamın həyatını qorusun.

21

Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı



saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.

Yusifin ölümü

22

Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü.



23

O, Efrayimin üç nəsil

övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu.

24

Bir gün Yusif



qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə,

İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».

25

* Sonra Yusif İsrailin övladlarını and içdirib dedi:



«Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».

26

Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.



*

49:29 Yar. 23:3-20

*

49:31 Yar. 25:9-10



*

49:31 Yar. 35:29

*

49:33 H


ə

v. 7:15 *

50:5 Yar. 47:29-31

*

50:11



Avel-Misrayim – ibrani dilind

ə

Misirlilərin yası. *



50:13 H

ə

v. 7:16 *



50:25 Çıx. 13:19; Yeşua 24:32; İbr. 11:22


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə