Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə30/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   26   27   28   29   30   31   32   33   ...   445

ÇIXIŞ 10:21

52

ÇIXIŞ 12:14



Doqquzuncu cəza: zülmət

21

* SonraRəbbMusayadedi: «Əlinigöyətərəfuzatki, Misirtorpağındazülmət, qatıqaranlıqolsun».



22

Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu.

23

Üç gün heç kəs bir-birini



görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq

idi.


24

Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq

qoyun-keçiniz və mal-qaranız burada qalsın».

25

Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları



və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək.

26

Heyvanlarımız da



bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları

götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik».

27

Rəbb


fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi.

Musa fironun yanından çıxır

28

Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də



gözümə görünsən, öləcəksən».

29

Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm».



11

1

Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan



sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq.

2

Xalqa çatdır



ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin».

3

Rəbb Öz



xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və

xalqın gözündə çox böyük adam idi.

4

Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm;



5

Misir torpağında

taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu

öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək.

6

Bütün Misir torpağında elə böyük fəryad



qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq.

7

Lakin bütün İsraillilərin



arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb

İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”.

8

Sonra bütün bu qulların yanıma gələcək və



mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən

çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı.

9

Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq».



10

Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini

inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı.

12

Pasxa bayramı üçün təlimat

1

* Misir torpağında Rəbb Musaya və Haruna dedi:



2

«Bu ay sizin üçün ilin ilk ayı olacaq.

3

Bütün


İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir

quzu götürsün.

4

Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu



ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün.

5

Özünüzə birillik



qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun.

6

Onu



ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin.

7

Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə



sürtsünlər.

8

Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə



yesinlər.

9

Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş



halda yeyin.

10

Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın.



11

Onu belə yeyin:

beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin

Pasxasıdır.

12

Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk



oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza

verəcəyəm. Rəbb Mənəm.

13

Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı



görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.

14

Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi



qayda olaraq onu bayram edin.

Mayasız Çörək bayramı

*

10:21 Z



ə

b. 105:28; Vəhy 16:10 *

12:1 Lev. 23:5; Say. 9:1-5; 28:16; Qanun. 16:1-2



ÇIXIŞ 12:15

53

ÇIXIŞ 12:49



15

Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki

birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından

kəsilməlidir.

16

Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs



özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin.

17

Bu Mayasız Çörək bayramına ona görə riayət



edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün

ə

bədi qayda olsun və bu günə riayət edin.



18

Birinci ayın on dördüncü gününün axşamından ayın

iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin.

19

Yeddi gün evinizdə maya olmasın,



çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının

arasından kəsilməlidir.

20

Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin».



İlk Pasxa bayramı

21

Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş



seçib götürün və Pasxa qurbanını kəsin.

22

Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və



yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın.

23

* Rəbb Misirliləri bəlaya



salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan

yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq.

24

Buna özünüz və övladlarınız üçün əbədi



qayda kimi həmişə riayət edin.

25

Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət



edərsiniz.

26

Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman



27

onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından

keçib xilas edən Rəbb üçün Pasxa* qurbanıdır”». Xalq əyilib səcdə etdi.

28

Rəbb Musaya və Haruna



necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər.

Onuncu cəza: ilk övladların ölümü

29

* Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk



oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü.

30

O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə



bir ev yox idi ki, orada ölən olmasın.

31

Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm



özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin.

32

Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin».



33

Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik».

34

Xalq


maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı.

35

* İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər.



36

Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar

Misirliləri soydular.

İsrail övladlarının Misirdən çıxışı

37

İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər



piyada gedən kişi var idi.

38

Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla



birgə yollandı.

39

Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki



Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər.

40

* İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu.



41

Məhz bu dörd yüz otuz

il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı.

42

Rəbb o gecə onları Misirdən



qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın

xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.



Pasxa yeməyinin qaydaları

43

Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin;



44

ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər.

45

Qonaq və


muzdlu işçi ondan yeməməlidir.

46

* Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və



onun bir sümüyü də qırılmasın.

47

Bütün İsrail icması bu yeməyi yesin.



48

Sənin yanında qonaq olan

qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun.

Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir

kişi ondan yeməsin.

49

Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir».



*

12:23 İbr. 11:28

*

12:27 Pasxa – ibrani m



ə

tnində pesah sözü olub, yanından keçmək deməkdir. *

12:29

Çıx. 4:22-31



*

12:35 Çıx. 3:21-22

*

12:40 Yar. 15:13; Qal. 3:17



*

12:46 Say. 9:12; Z

ə

b. 34:20; Yəh. 19:36




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə