Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə411/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   407   408   409   410   411   412   413   414   ...   445

ZƏKƏRİYYƏ 1:1

924


ZƏKƏRİYYƏ 1:17

ZƏKƏRİYYƏ

PEYĞƏMBƏRİN KİTABI

GİRİŞ


Zəkəriyyə peyğəmbər miladdan əvvəl VI əsrin ikinci yarısında yaşamışdır.

Onun


peyğəmbərliklərinin birinci hissəsi miladdan əvvəl 520-518-ci illər arasında Allahdan ona nazil

olan peyğəmbərliklərdən ibarətdir. Onların əksəriyyəti görüntü şəklindədir. Bu peyğəmbərliklər

Yerusəlimin bərpası, məbədin yenidən tikilməsi və Allah xalqının təqdis olunması barədədir. Son

fəsillərdə Məsihin gözlənilən gəlişindən və son məhkəməsindən danışılır.

Kitabın məzmunu:

1:1–8:23 Xəbərdarlıq və ümid xəbəri

9:1-8 İsrailin qonşuları üzərində məhkəmə

9:9–14:21 Firavanlıq və sülh gətirən gələcək dövr



Rəbbin Öz xalqına müraciəti

1

* Daranın hakimiyyətinin ikinci ilində, səkkizinci ayda İddo oğlu Berekya oğlu Zəkəriyyə



peyğəmbərə Rəbbin bu sözü nazil oldu:

2

«Rəbb atalarınıza çox qəzəbləndi.



3

Ona görə də sən onlara

söylə ki, Ordular Rəbbinin sözü belədir:

“Mənə tərəf qayıdın” bəyan edir Ordular Rəbbi,

“Mən də sizə tərəf qayıdaram” deyir Ordular Rəbbi.

4

“Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi



onlara ‹pis əməllərinizdən və pis işlərinizdən qayıdın› deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq

asmadı” Rəbb belə bəyan edir.

5

“Atalarınız indi haradadır?



Peyğəmbərlər də əbədi yaşayırmı?

6

Amma qullarım peyğəmbərlərə əmr etdiyim



Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?”

Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə,

bizimlə elə də rəftar etdi”».

Birinci görüntü: atlılar

7

Daranın hakimiyyətinin ikinci ilində, on birinci ay olan Şevat ayının iyirmi dördüncü günü İddo



oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu:

8

* gecə yarısı gördüm ki, qırmızı



ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı,

kəhər və ağ atlar var idi.

9

Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi:



«Bunların nə olduğunu sənə göstərəcəyəm».

10

Mərsin ağacları arasında duran adam cavab verdi:



«Bunları dünyanı dolaşmaq üçün Rəbb göndərib».

11

Onlar mərsin ağacları arasında duran Rəbbin



mələyinə cavab verdi: «Biz dünyanı dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq

içindədir».

12

Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və



başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?»

13

Rəbb mənimlə danışan mələyə



yaxşı vədlərlə, təsəlliverici sözlərlə cavab verdi.

14

Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib



söylə ki, Ordular Rəbbi belə deyir:

“Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.

15

Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm.



Çünki Mən hələ az qəzəbləndiyim zaman

Onlar öz pis əməllərini daha da artırdı”.

16

Buna görə də Rəbb belə deyir:



“Mən mərhəmətlə Yerusəlimə qayıtdım.

Evim yenə orada qurulacaq,

Yerusəlimin üzərinə ölçü ipi çəkiləcək”

Bəyan edir Ordular Rəbbi.

17

Sən bir daha müraciət edib söylə ki,



Ordular Rəbbi belə deyir:

*

1:1 Ezra 5:1; 6:14



*

1:8 Z


ə

k. 6:2-3; Vəhy 6:2,4




ZƏKƏRİYYƏ 1:18

925


ZƏKƏRİYYƏ 3:5

“Şəhərlərim yenə bolluqla dolub-daşacaq.

Rəbb Siona yenə təsəlli verəcək,

Yenə Yerusəlimi seçəcək”».



İkinci görüntü: dörd buynuz və dörd usta

18

Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.



19

Mənimlə danışan mələyə dedim:

«Bunlar nədir?» O mənə dedi: «Bunlar Yəhudanı, İsraili və Yerusəlimi dağıtmış buynuzlardır».

20

Onda



Rəbb mənə dörd usta göstərdi.

21

Mən «Bunlar nə etməyə gəlir?» deyə soruşdum. O dedi: «Bu



buynuzlar Yəhudanı elə dağıtdı ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da Yəhuda ölkəsini

dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çalmağa gəldi».

2

Üçüncü görüntü: ölçü ipi

1

Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm.



2

«Hara gedirsən?» deyib

soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə

gedirəm».

3

Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi



4

ona dedi:



«Qaç, o cavana söylə ki, içində adamlar

Və heyvanlar çox olduğu üçün

Yerusəlim divarsız bir şəhər olacaq.

5

“Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm,



Onun içində izzət olacağam” bəyan edir Rəbb».

6

«Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb,



«Çünki sizi göydə dörd tərəfə əsən

Külək kimi dağıtmışdım» deyir Rəbb.

7

«Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»



8

Çünki Ordular Rəbbi deyir ki,

İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi.

Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.

9

Mən o millətlərə qarşı əlimi qaldıracağam,



Əsarətlərində olanlar onları qarət edəcək.

Onda biləcəksiniz ki,

Məni Ordular Rəbbi göndərmişdir.

10

«Şadlıq edib sevin, ey Sion qızı!



Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.

11

«O gün çoxlu millətlər Rəbbə bağlanacaq,



Mənim xalqım olacaq.

O zaman aranızda yaşayacağam.

Siz biləcəksiniz ki,

Məni yanınıza Ordular Rəbbi göndərib.

12

Rəbb müqəddəs torpaqda



Yəhudanı Öz payı olaraq mülk alacaq,

Yenə Yerusəlimi seçəcək.

13

Ey bütün bəşər, Rəbbin önündə susun!



Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»

3

Dördüncü görüntü: baş kahin Yeşua

1

* * Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham



etmək üçün sağında Şeytan dayanmışdı.

2

* RəbbŞeytanadedi: «Rəbbsəniməzəmmətetsin,eyŞeytan,



Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına

bənzəmirmi?»

3

O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.



4

Bu mələk


önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax

günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».

5

Mən isə dedim:



*

3:1 Ezra 5:2

*

3:1 V


ə

hy 12:10 *

3:2 Y

ə

hd. 9




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə