Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə419/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   415   416   417   418   419   420   421   422   ...   445

MATTA 5:11

941


MATTA 5:40

11

*İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz



nə bəxtiyarsınız!

12

*Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq



gələn peyğəmbərləri də belə təqib ediblər.

Duz və nur

13

*Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb



insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.

14

*Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.



15

*Heç kim çırağı

yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.

16

*Eləcə



də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan

Atanızı izzətləndirsinlər.



Qanun və Peyğəmbərlər

17

Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları



ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim.

18

*Sizə doğrusunu deyirəm: göy və yer keçib



getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.

19

Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi



Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə,

Səmavi Padşahlıqda böyük sayılacaq.

20

Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla



fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.

Hirs və qətl

21

*Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq”



deyildiyini eşitmisiniz.

22

Mənsə sizə deyirəm ki, qardaşına hirslənən* hər kəs mühakiməyə məruz



qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına

“səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.

23

Buna görə də qurbangah qarşısına qurbanını



gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var,

24

qurbanını qurbangahın



qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.

25

*Səni



ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və

zindana atılmayasan.

26

Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla



çıxmayacaqsan.

Zina və boşanma

27

*“Zina etmə” deyildiyini eşitmisiniz.



28

Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər

adam artıq ürəyində onunla zina etmiş olur.

29

*Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at.



Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından

yaxşıdır.

30

*Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən



birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

31

*“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.



32

Mənsə sizə deyirəm ki, cinsi

ə

xlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla



evlənən də zina edir.

And içmək

33

*Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə



yetir” deyildiyini eşitmisiniz.

34

*Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın



taxtıdır;

35

nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük



Padşahın şəhəridir.

36

Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə



bilməzsən.

37

Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.



Düşmənlərinizi sevin

(Luka 6:27-36)

38

*“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.



39

Mənsə sizə deyirəm ki, pis adama

qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.

40

Səni məhkəməyə verib köynəyini



*

5:11 1Pet. 4:14

*

5:12 2Saln. 36:16; H



ə

v. 7:52-53 *

5:13 Mark 9:50; Luka 14:34-35

*

5:14 Y



ə

h. 8:12; 9:5 *

5:15

Mark 4:21; Luka 8:16; 11:33



*

5:16 1Pet. 2:12

*

5:18 Luka 16:17



*

5:21 Çıx. 20:13; Qanun. 5:17

*

5:22 Hirsl



ə

nən –


bəzi əlyazmalarda əbəs yerə hirslənən. *

5:25 Luka 12:58-59

*

5:27 Çıx. 20:13; Qanun. 5:18



*

5:29 Mat. 18:9;

Mark 9:47

*

5:30 Mat. 18:8; Mark 9:43



*

5:31 Qanun. 24:1-4; Mat. 19:7-9; Mark 10:4,11-12; Luka 16:18; 1Kor. 7:10-11

*

5:33


Lev. 19:12; Say. 30:2; Qanun. 23:21

*

5:34 Z



ə

b. 48:2; Yeş. 66:1; Mat. 23:22; Yaq. 5:12 *

5:38 Çıx. 21:23-25; Lev. 24:20;

Qanun. 19:21




MATTA 5:41

942


MATTA 6:18

götürmək istəyənə üst paltarını da ver.

41

Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla



iki min addım yol get.

42

Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.



43

*“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz.

44

Mənsə sizə deyirəm ki,



düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.†

45

Belə ki siz göylərdə olan Atanızın övladları



olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin,

həm də saleh olmayanların üzərinə yağdırır.

46

Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq?



Vergiyığanlar da belə etmirmi?

47

Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə



etmiş olursunuz? Bütpərəstlər‡ də belə etmirmi?

48

*Ona görə də Səmavi Atanız kamil olduğu kimi



siz də kamil olun.

6

Sədəqə vermək

1

*Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin.



Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.

2

Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları



izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar

mükafatlarını alıblar.

3

Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.



4

Belə


ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.*

Necə dua etməli

(Luka 11:2-4)

5

*Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə



sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar

mükafatlarını alıblar.

6

Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan



Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.†

7

Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə



eşidiləcəklər.

8

Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan



diləməzdən əvvəl bilir.

9

Buna görə siz belə dua edin:



“Göylərdə olan Atamız,

Adın müqəddəs tutulsun,

10

Padşahlığın gəlsin,



Göydə olduğu kimi

Yerdə də Sənin iradən olsun.

11

Gündəlik çörəyimizi bizə bu gün ver.



12

Bizə borclu olanları bağışladığımız kimi

Bizim borclarımızı da bağışla.

13

*Bizi sınağa çəkmə,



Lakin bizi şər olandan xilas et.

Çünki padşahlıq, qüdrət və izzət

Əbədi olaraq Sənindir. Amin”.‡

14

*Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.



15

Amma siz başqa

insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.

Oruc

16

Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara



göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.

17

Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.



18

Belə ki insanlara deyil, gizlində olan Atana

oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

*

5:43 Lev. 19:18



5:44 Sizi t

ə

qib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua



verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28).

5:47 Bütp



ə

rəstlər – bəzi əlyazmalarda Vergiyığanlar. *

5:48 Lev. 19:2; Qanun. 18:13

*

6:1 Mat. 23:5



*

6:4


Mükafatlandıracaq – b

ə

zi əlyazmalarda açıqca mükafatlandıracaq. *



6:5 Luka 18:9-14

6:6 Mükafatlandıracaq



– b

ə

zi əlyazmalarda açıqca mükafatlandıracaq. *



6:13 1Saln. 29:11

6:13 Çünki padşahlıq, qüdr



ə

t və izzət

ə

bədi olaraq Sənindir. Amin. – bu sözlər ən qədim yunan əlyazmalarında yoxdur. *



6:14 Mark 11:25-26


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə