Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə421/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   417   418   419   420   421   422   423   424   ...   445

MATTA 8:21

945


MATTA 9:17

21

Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».



22

İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».



İsa tufanı yatırır

(Mark 4:35-41; Luka 8:22-25)

23

İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi.



24

Göldə elə böyük tufan qopdu ki,

qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı.

25

Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb,



bizi xilas et, biz həlak oluruq!»

26

İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra



durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.

27

Onlar heyrət içində qalıb dedilər:



«Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»

Cinə tutulmuş iki nəfər sağaldılır

(Mark 5:1-20; Luka 8:26-39)

28

İsa o biri sahildə yerləşən Qadaralıların* diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan



cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi.

29

Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə



iztirab verməyəmi gəlmisən?»

30

Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı.



31

Cinlər İsaya

yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər».

32

İsa onlara «Gedin!» dedi. Cinlər



də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda

boğuldu.


33

Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn

ə

hvalatı xəbər verdilər.



34

Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona

yalvardılar ki, onların bölgəsindən çıxsın.

9

İsa iflicə şəfa verir



(Mark 2:1-12; Luka 5:17-26)

1

İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.



2

Onun yanına yataqda yatan bir iflic adamı

gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların

bağışlandı».

3

Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».



4

Onların nə

düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?

5

Bax hansı daha asandır?



“Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?

6

Lakin siz bilin ki, Bəşər Oğlunun yer



üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»

7

Xəstə qalxıb evinə getdi.



8

Xalq bunu gördükdə qorxdu* və insanlara bu cür səlahiyyət verən Allahı

izzətləndirdi.

Matta şagirdlərə qoşulur

(Mark 2:13-17; Luka 5:27-32)

9

İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl».



O da durub İsanın ardınca getdi.

10

*İsaevdəsüfrəyəoturandabirçoxvergiyığanlarlagünahkarlargəlibOnunlavəşagirdləriiləbirgə



oturdular.

11

Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar



və günahkarlarla birgə yemək yeyir?»

12

Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin



həkimə ehtiyacı var.

13

*Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını



öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq† üçün gəlmişəm».

Oruc barəsindəki sual

(Mark 2:18-22; Luka 5:33-39)

14

O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc



tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?»

15

İsa onlara cavab verdi: «Bəy yanlarında olanda



sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o

zaman oruc tutacaqlar.

16

Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar



və yırtıq daha pis olar.

17

Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar,



şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».

*

8:28 Qadaralıların – b



ə

zi əlyazmalarda Gergesalıların.

*

9:8 Qorxdu – b



ə

zi əlyazmalarda heyrətləndi.

*

9:10 Luka 15:1-2



*

9:13 Huş


ə

6:6; Mat. 12:7 †

9:13 Çağırmaq – b

ə

zi əlyazmalarda tövbəyə çağırmaq.




MATTA 9:18

946


MATTA 10:15

Qızın dirilməsi və qadının şəfa tapması

(Mark 5:21-43; Luka 8:40-56)

18

Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma



gəlib əlini onun üstünə qoysan, yaşayacaq».

19

İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.



20

Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun

paltarının ətəyinə toxundu.

21

Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram».



22

İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.

23

İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü



24

və dedi: «Çəkilin

buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər.

25

Amma camaat çölə



çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı.

26

Bu xəbər o torpağın hər tərəfinə



yayıldı.

İki kor ilə bir lal sağaldılır

27

*İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm



elə!»

28

Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma



inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb».

29

O zaman İsa onların gözlərinə toxunaraq



dedi: «Sizə imanınıza görə olsun».

30

Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin»



deyə onlara ciddi tapşırdı.

31

Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.



32

Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər.

33

Cin qovulandan sonra lal



danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi».

34

*Lakin



fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».

Məhsul çox, işçilər az

35

*İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi



Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.

36

*Lakin izdihamı



görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər.

37

*O zaman



İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır.

38

Buna görə də məhsulun Sahibinə yalvarın ki,



Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».

10

On İki şagirdə verilən vəzifə



(Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12)

1

İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları



qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər.

2

Bu On İki həvarinin adları belədir:



birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya,

3

Filip



və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday,*

4

Kənançı† Şimon və İsaya



xəyanət edən Yəhuda İskaryot.

5

İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və



Samariyalıların heç bir şəhərinə girməyin,

6

amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin.



7

*Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin.

8

Xəstələrə şəfa verin, ölüləri



dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.

9

*Qurşağınızda nə qızıl, nə



gümüş, nə də mis götürün.

10

*Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki



işçi öz azuqəsinə layiqdir.

11

Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola



çıxanacan onun evində qalın.

12

O evə girərkən ev sakinlərini salamlayın.



13

Əgər ev layiqdirsə, əmin-

amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.

14

*Kim sizi qəbul



etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın.

15

*Sizə



doğrusunu deyirəm: qiyamət günü‡ Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan

olacaq.


*

9:27 Mat. 20:30

*

9:34 Mat. 10:25; 12:24; Mark 3:22; Luka 11:15



*

9:35 Mat. 4:23; Mark 1:39; Luka 4:44

*

9:36 Say. 27:17; 1Pad.



22:17; 2Saln. 18:16; Yez. 34:5; Z

ə

k. 10:2; Mark 6:34 *



9:37 Luka 10:2; Y

ə

h. 4:35 *



10:3 Tadday – b

ə

zi əlyazmalarda



Tadday ləqəbi verilən Lebbay. †

10:4 K


ə

nançı – Romalılara qarşı müqəddəs müharibəyə hazırlaşan

yəhudi millətçi təşkilatının üzvünə verilən ad. *

10:7 Luka 10:4-12

*

10:9 Luka 10:4



*

10:10 1Kor. 9:14; 1Tim.

5:18

*

10:14 H



ə

v. 13:51 *

10:15 Yar. 19:24-28; Mat. 11:24

10:15 Qiyam



ə

t günü – hərfi tərcümədə mühakimə

günü.



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə