Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə420/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   416   417   418   419   420   421   422   423   ...   445

MATTA 6:19

943


MATTA 7:16

Səmavi xəzinələr

(Luka 11:34-35; 12:33-34; 16:13)

19

*Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib



oğurlayar.

20

Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər,



nə də oğrular girib oğurlayar.

21

Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.



22

Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.

23

Yox, əgər



gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər

böyükdür!

24

Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə



bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə§ qulluq edə bilməzsiniz.

Qayğı çəkməyin

(Luka 12:22-32)

25

Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə



geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha

vacib deyilmi?

26

Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma



Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?

27

Hansı biriniz qayğı



çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?

28

Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl



zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir.

29

*Lakin sizə bunu deyirəm ki, bütün



cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.

30

Ey imanı az olanlar, bu gün



olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi?

31

Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin.



32

Çünki


bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız

olduğunu bilir.

33

Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda



bunların hamısı sizə əlavə olaraq veriləcək.

34

Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı



gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

7

Mühakimə etməyin



(Luka 6:37-42)

1

Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.



2

*Çünki hansı hökmlə mühakimə etsəniz,

onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.

3

Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?



4

Öz gözündə

tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!”

5

Ey ikiüzlü, əvvəlcə öz



gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.

6

Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə



tapdalayarlar və dönüb sizi parçalayarlar.

Dua haqqında təlim

(Luka 11:9-13)

7

Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.



8

Çünki hər diləyən

alar, axtaran tapar, qapı döyənə açılar.

9

Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi?



10

Ya da balıq diləsə, ona ilan verərmi?

11

Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı



hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi

nə qədər yəqindir!

12

*İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun



və Peyğəmbərlərin söylədiyi də elə budur.

Dar qapı və geniş qapı

(Luka 13:24)

13

Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.



14

Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.



Ağac və bəhrə

(Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27)

15

Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən



yırtıcı qurddurlar.

16

Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir



*

6:19 Yaq. 5:2-3

§

6:24 S


ə

rvət – arami dilində mamon. *

6:29 1Pad. 10:4-7; 2Saln. 9:3-6

*

7:2 Mark 4:24



*

7:12


Luka 6:31


MATTA 7:17

944


MATTA 8:20

yığılarmı?

17

Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər.



18

Yaxşı ağac pis bəhrə

verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz.

19

*Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda



atılar.

20

*Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.



21

Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan

Atamın iradəsini yerinə yetirən oraya girəcək.

22

O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb,



biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox

möcüzələr yaratmırdıqmı?”

23

*Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən



sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”

Ağıllı bənna və ağılsız bənna

(Luka 6:47-49)

24

Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama



bənzəyir.

25

Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli



qaya üzərində qurulub.

26

Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində



tikən ağılsız adama bənzəyir.

27

Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və



onun yıxılması bir müsibət olar».

28

*İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi,



29

çünki onlara öz ilahiyyatçıları kimi

deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

8

İsa bir cüzamlıya şəfa verir



(Mark 1:40-45; Luka 5:12-16)

1

İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi.



2

Bu zaman cüzamlı bir adam

yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı.

3

İsa əlini uzadıb ona



toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu.

4

*İsa ona dedi: «Bax heç



kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu

təqdimi apar».



Yüzbaşının imanı

(Luka 7:1-10)

5

İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı:



6

«Ya Rəbb, xidmətçim iflic olub

evdə yatır, çox iztirab çəkir».

7

İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm».



8

Yüzbaşı cavab verərək

dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim

sağalacaq.

9

Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var.



Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o

da edir».

10

Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə



heç kimdə belə böyük iman görmədim.

11

*Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və



Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.

12

*Amma bu padşahlığın əsl



övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq».

13

Sonra İsa yüzbaşıya dedi:



«Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.

İsa çox adama şəfa verir

(Mark 1:29-34; Luka 4:38-41)

14

İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü.



15

İsa onun əlinə

toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.

16

Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı



və xəstələrin hamısına şəfa verdi.

17

*Bu, Yeşayapeyğəmbərvasitəsiləsöylənənbusözləryerinəyetsin



deyə baş verdi:

«Bizim xəstəliklərimizi O çəkdi,

Naxoşluqlarımızı Öz üzərinə götürdü».

İsanın şagirdi olmaq nə deməkdir

(Luka 9:57-62)

18

İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin.



19

Bu zaman bir ilahiyyatçı Ona

yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm».

20

İsa ona dedi: «Tülkülərin



də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».

*

7:19 Mat. 3:10; Luka 3:9



*

7:20 Mat. 12:33

*

7:23 Z


ə

b. 6:8; Luka 13:27 *

7:28 Mark 1:22; Luka 4:32

*

8:4 Lev.



14:1-32

*

8:11 Luka 13:29



*

8:12 Mat. 22:13; 25:30; Luka 13:28

*

8:17 Yeş. 53:4




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə