Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə418/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   414   415   416   417   418   419   420   421   ...   445

MATTA 3:1

939


MATTA 4:11

3

Vəftizçi Yəhyanın gəlişi



(Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28)

1

*O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı.



2

O belə deyirdi: «Tövbə

edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».

3

*Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində



demişdi:

«Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4

*Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi.



5

Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın

yanına gəlirdi.

6

Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu.



7

*Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya

onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə

kim yeridib?

8

İndi isə tövbəyə layiq bəhrə verin.



9

*Ürəyinizdə“atamızİbrahimdir”deyədüşünməyin.

Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.

10

*Artıq balta ağacların



dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır.

11

Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir.



Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.

12

Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz



odda yandıracaq».

İsanın vəftiz olunması

(Mark 1:9-11; Luka 3:21-22)

13

O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına



gəldi.

14

Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim



yanıma gəlirsən?»

15

İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə



yetirməliyik». Onda Yəhya razı oldu.

16

İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və



Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü.

17

*Göylərdənbirsədagəldi:



«Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».

4

İsanın sınağa çəkilməsi



(Mark 1:12-13; Luka 4:1-13)

1

*Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı.



2

İsa


qırx gün-qırx gecə oruc tutandan sonra acdı.

3

O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən



Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün».

4

*İsa ona belə cavab verdi: «“İnsan yalnız



çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».

5

*Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub



6

dedi: «Əgər Sən Allahın

Oğlusansa, Özünü aşağı at. Axı

“Allah Sənə görə mələklərinə əmr edər ki,

Səni əlləri üstündə aparsınlar,

Ayağın bir daşa dəyməsin”

deyə yazılmışdır».

7

*İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».



8

İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini

göstərib dedi:

9

«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm».



10

*İsa


dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».

11

Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.



İsa xidmətinə başlayır

(Mark 1:14-15; Luka 4:14-15)

*

3:1 Mat. 4:17; Mark 1:15



*

3:3 Yeş. 40:3

*

3:4 2Pad. 1:8



*

3:7 Mat. 12:34; 23:33; Luka 3:7

*

3:9 Y


ə

h. 8:33 *

3:10

Mat. 7:19



*

3:17 Z


ə

b. 2:7; Yeş. 42:1; Mat. 12:18; 17:5; Mark 1:11; Luka 9:35 *

4:1 İbr. 2:18; 4:15

*

4:4 Qanun.



8:3

*

4:5 Z



ə

b. 91:11-12 *

4:7 Qanun. 6:16

*

4:10 Qanun. 6:13




MATTA 4:12

940


MATTA 5:10

12

*İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı.



13

*Nazaretdən çıxıb Zevulun və

Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı.

14

*Bu, Yeşaya



peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:

15

«Zevulun və Naftali bölgələri,



Dənizkənarı yol,

İordan çayının o biri tayı,

Müxtəlif millətlər yaşayan Qalileya –

16

Zülmətdə yaşayan xalq



Möhtəşəm bir işıq gördü.

Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə

Nur doğdu».

17

*O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».



İlk şagirdlər

(Mark 1:16-20; Luka 5:1-11)

18

İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və



qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.

19

İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı



edəcəyəm ki, insan tutacaqsınız».

20

Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.



21

İsa


oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları

Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı.

22

Onlar da dərhal qayığı və



atalarını qoyub Onun ardınca getdilər.

İsa xəstələrə şəfa verir

(Mark 3:7-12; Luka 6:17-19)

23

*İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz



edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.

24

Onun haqqındakı xəbər



bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə

tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi.

25

Qalileyadan, Dekapolis



bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın

ardınca gedirdi.

5

İsanın Dağüstü vəzi

1

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi.



2

İsa danışmağa başlayıb

onları öyrədərək dedi:

Bəxtiyar olanlar

(Luka 6:20-23)

3

«Nə bəxtiyardır ruhən yoxsullar!



Çünki Səmavi Padşahlıq onlarındır.

4

*Nə bəxtiyardır yaslı olanlar!



Çünki onlar təsəlli tapacaq.

5

*Nə bəxtiyardır həlimlər!



Çünki onlar yer üzünü irs alacaq.

6

*Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!



Çünki onlar doyacaq.

7

Nə bəxtiyardır mərhəmətli olanlar!



Çünki onlara mərhəmət ediləcək.

8

*Nə bəxtiyardır ürəyi təmiz olanlar!



Çünki onlar Allahı görəcək.

9

Nə bəxtiyardır sülhyaradanlar!



Çünki onlar Allahın övladları adlanacaq.

10

*Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!



Çünki Səmavi Padşahlıq onlarındır.

*

4:12 Mat. 14:3; Mark 6:17-18; Luka 3:19-20



*

4:13 Y


ə

h. 2:12 *

4:14 Yeş. 9:1-2

*

4:17 Mat. 3:1-2



*

4:23 Mat. 9:35;

Mark 1:39

*

5:4 Yeş. 61:1-3



*

5:5 Z


ə

b. 37:11 *

5:6 Yeş. 55:1-2

*

5:8 Z



ə

b. 24:3-4 *

5:10 1Pet. 3:14



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə