Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə414/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   410   411   412   413   414   415   416   417   ...   445

ZƏKƏRİYYƏ 9:17

930


ZƏKƏRİYYƏ 10:9

Onlar Onun torpağında

Tac daş-qaşı kimi parıldayacaq.

17

Necə yaraşıqlı, necə gözəl olacaqlar!



Oğlanlar taxılla,

Qızlar təzə şərabla gücə gələcək.

10

Yəhudanın xilası

1

Yaz yağışı mövsümündə



Rəbdən, şimşək çaxdıran Rəbdən

Yağış istəyin.

O, insanlara bolluca yağış və

Hər kəsin tarlasına ot verəcək.

2

* Ancaq ev bütlərindən alınan vədlər boş şeydir.



Falçılar boş görüntülər görür,

Mənasız yuxular danışaraq

Əbəs yerə təsəlli verir.

Buna görə də xalq sürü kimi dağınıqdır,

Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.

3

Rəbb deyir:



«Çobanlara qarşı qəzəbim alovlandı,

Başçılarına cəza verəcəyəm.

Ordular Rəbbi Öz sürüsü olan

Yəhuda nəslinin qayğısını çəkəcək.

Onlar əzəmətli döyüş atları kimi olacaq.

4

Künc daşı, çadır payası,



Döyüş kamanı ondan olacaq.

Bütün xalq başçıları ondan çıxacaq.

5

Onlar döyüşdə



Düşməni küçələrdə palçıqda tapdalayan

İgidlər kimi olacaq,

Rəbb onlarla olduğu üçün döyüşəcəklər,

Süvariləri utandıracaqlar.

6

Yəhuda nəslini qüvvətləndirəcəyəm,



Yusif xalqını qurtaracağam.

Sürgündən geri qaytaracağam,

Çünki onlara acıyıram.

Elə edəcəyəm ki, sanki onları

Heç əvvəlcədən rədd etməmişəm.

Çünki Mən onların Allahı Rəbbəm,

Onlara cavab verəcəyəm.

7

Efrayimlilər igidlər kimi olacaq,



Şərab içmiş kimi ürəkləri coşacaq.

Övladları bunu görüb sevinəcək,

Ürəkləri Rəbdə sevinc tapacaq.

8

Fit çalıb onları toplayacağam,



Çünki Mən onları satın almışam.

Əvvəllər necə çoxalırdılarsa,

İndi də eləcə çoxalacaqlar.

9

Onları xalqlar arasına səpələdimsə də,



Uzaq ölkələrdə Məni yada salacaqlar.

Övladları ilə birgə sağ qalacaq və

Geri qayıdacaqlar.

*

10:2 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Mat. 9:36; Mark 6:34




ZƏKƏRİYYƏ 10:10

931


ZƏKƏRİYYƏ 12:3

10

Mən onları yenə Misir ölkəsindən gətirəcək,



Aşşurdan toplayacağam.

Onları Gilead torpağına,

Livana gətirəcəyəm.

Onlara kifayət qədər yer tapılmayacaq.

11

Əziyyət dənizindən keçəcəklər,



Dənizin dalğaları sakitləşəcək,

Nilin bütün dərin suları quruyacaq.

Aşşurun qüruru alçaldılacaq,

Misirin padşahlıq əsası əlindən düşəcək.

12

Onları Rəbdə qüvvətləndirəcəyəm,



Onlar da Rəbbin adı ilə yaşayacaq»

Rəbb belə bəyan edir.

11

1

Ey Livan, qapılarını aç ki,



Od sənin sidr ağaclarını yandırıb-yaxsın.

2

Ey şam ağacı, fəryad et,



Çünki sidr ağacı yıxıldı,

Hündür ağaclar məhv oldu.

Fəryad edin, ey Başan palıdları,

Qalın meşənin ağacları böyrü üstə aşdı.

3

Çobanların fəryadını eşit,



Çünki onların fəxr etdikləri

Otlaqları məhv oldu.

Cavan aslanların nəriltisinə qulaq as,

Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu.



İki çoban

4

Allahım Rəbb belə deyir: «Kəsmək üçün ayrılmış sürünü sən otar.



5

O sürünün qoyunlarını

alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir.

Çobanlar öz sürülərinə acımır.

6

Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb.



«Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən

qurtarmayacağam.

7

Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm,



birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım.

8

Bircə ayın içində üç



çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi.

9

Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-



birlərinin ətini yesin”.

10

Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi



pozmaq üçün onu qırdım.

11

Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun



Rəbbin sözü olduğunu anladı.

12

* Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu



verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi.

13

Rəbb Mənə



dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb

Rəbbin məbədində olan dulusçuya atdım.

14

Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün



“Birlik” adlı o biri dəyənəyimi də qırdım.

15

Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür.



16

Mən ölkəyə elə bir

çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq,

sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq.

17

Sürünü tərk edən yaramaz çobanın vay halına!



Qılınc onun qolunu və sağ gözünü vursun!

Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”»

12

Yerusəlimin xilas edilməsi

1

Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan,



insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:

2

«Bax Yerusəlimi ətrafındakı bütün xalqları



səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.

3

O gün



*

11:12 Mat. 27:9-10




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə