Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə412/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   408   409   410   411   412   413   414   415   ...   445

ZƏKƏRİYYƏ 3:6

926


ZƏKƏRİYYƏ 5:4

«Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər.

Rəbbin mələyi də yanında durmuşdu.

6

Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi:



7

«Ordular Rəbbi belə deyir:

“Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan,

Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan.

Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.

8

* Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın!



Çünki onlar gələcək hadisələrin əlamətidir.

Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.

9

Yeşuanın önünə qoyduğum daşa baxın!



O tək daşın yeddi gözü var.

Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi,

«Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.

10

* O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq»



Bəyan edir Ordular Rəbbi.

4

Beşinci görüntü: çıraqdan və zeytun ağacları

1

Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı.



2

* O məndən

soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında

zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var.

3

* Çıraqdanın yanında



isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var».

4

Sonra mənimlə danışan



mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?»

5

Mənimlə danışan mələk «Bunların nə olduğunu



bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim.

6

* O mənə cavab verdi:



«Zerubbabilə Rəbbin sözü budur:

“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən”

Deyir Ordular Rəbbi.

7

Sən kimsən, ey uca dağ?



Zerubbabilin önündə düzənliyə çevriləcəksən.

O “nə gözəldir, nə gözəldir” nidaları altında

Məbədin təpə daşını götürəcək».

8

Mənə Rəbbin sözü nazil oldu:



9

«Bu evin təməlini Zerubbabilin əlləri qoydu,

Onun əlləri də bunu sona çatdıracaq.

Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.

10

* Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?



Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək.

Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».

11

* Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?»



12

Sonra


yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı

nədir?»


13

O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim.

14

O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».



5

Altıncı görüntü: uçan tumar

1

Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm.



2

Mələk «Nə görürsən?» deyib məndən

soruşdu. Mən dedim: «Uçan bir tumar görürəm: onun uzunluğu iyirmi qulac, eni on qulacdır».

3

O



dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər

kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq.

4

Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi,



«Oğrunun evinə və Mənim adımla

Yalandan and içən adamın evinə lənət girəcək,

O evin içində qalacaq,

*

3:8 Yer. 23:5; 33:15; Z



ə

k. 6:12


*

3:10 Mik. 4:4

*

4:2 V


ə

hy 4:5 *


4:3 V

ə

hy 11:4 *



4:6 Ezra 5:2

*

4:10



V

ə

hy 5:6 *



4:11 V

ə

hy 11:4




ZƏKƏRİYYƏ 5:5

927


ZƏKƏRİYYƏ 7:6

Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».



Yeddinci görüntü: ölçü qabındakı qadın

5

Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi: «Başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu



gör».

6

Mən «Bu nədir?» deyə soruşdum. O cavab verdi: «Bu ortaya çıxan şey bir ölçü qabıdır». Sonra



ə

lavə etdi: «Bu bütün ölkə xalqının təqsiridir».

7

Qabın qurğuşun qapağı qaldırıldı. Qabın içində bir



qadın oturmuşdu.

8

Mələk «bu qadın pislikdir» dedi və qadını ölçü qabının içinə atıb üstünə qurğuşun



qapağı basdı.

9

Mən başımı qaldırıb baxanda gördüm ki, iki qadın çıxdı, onların qanadlarında külək var idi.



Onların da leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdı.

10

Mənimlə danışan mələkdən soruşdum: «Qabı hara aparırlar?»



11

O mənə dedi: «Şinar ölkəsində

ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya – öz yerinə qoyulacaq».

6

Səkkizinci görüntü: dörd döyüş arabası

1

Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar



misdən idi.

2

* Birinci döyüş arabasının qırmızı, ikincisinin qara,



3

üçüncüsünün ağ, dördüncüsünün

xallı atları var idi. Hamısı qüvvətli atlar idi.

4

Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?»



deyib soruşdum.

5

* Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri



yerdən çıxan göylərin dörd səmtinin ruhudur. *

6

Qara atları olan döyüş arabası şimal torpağına,



ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir».

7

Qüvvətli



atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da

gedib yer üzünü dolaşdı.

8

Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi



rahatlandırdı».

Yeşuaya tac qoyulması

9

Mənə Rəbbin bu sözü nazil oldu:



10

«Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn

Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get.

11

Onların arasından



qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy.

12

* Ona söylə ki,



Ordular Rəbbi belə deyir:

“Bax ‹Pöhrə› adlanan adam budur!

O olduğu yerdən qol-budaq atacaq,

Rəbbin məbədini tikəcək.

13

Bəli, Rəbbin məbədini o tikəcək.



O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək.

Taxtının yanında kahin olacaq,

İkisinin arasında tam razılıq olacaq”.

14

Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə



qoyulacaq.

15

Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaq. Onda biləcəksiniz ki,



məni Ordular Rəbbi sizin yanınıza göndərmişdir. Əgər Allahınız Rəbbin səsinə yaxşı qulaq assanız,

bunlar olacaq».

7

Ədalətin ibadətdən üstünlüyü

1

Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü



günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu.

2

O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun



adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki,

3

Ordular Rəbbinin evində olan kahinlərlə



peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruş-

sunlar.


4

Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:

5

«Bütün ölkə xalqına və kahinlərə söylə:



“Yetmiş il ərzində beşinci və yeddinci aylarda

Oruc tutub yas saxladığınız zaman

Mənim üçünmü oruc tuturdunuz?

6

Yeyib-içdiyiniz zaman



Özünüz üçün yeyib-içmirdinizmi?”

*

6:2 Z



ə

k. 1:8; Vəhy 6:2,4 *

6:5 V

ə

hy 7:1 *



6:5 Ruhudur – yaxud kül

ə

yidir. *



6:12 Yer. 23:5; 33:15; Z

ə

k. 3:8




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə